"Krasnodar"dan ayrılan qadınlardan ibarət Azərbaycan yığmasının kapitanı Sevinc Cəfərzadə karyerasını Türkiyənin "Yüksekova" klubunda davam etdirəcək.
İdman.biz xəbər verir ki, bu barədə offsideplus.az saytı məlumat yayıb.
Qeyd edək ki, yığmamızın qolkiperi Aytac Şərifova da bu komandada forma geyinir.
İdman.biz