"Sevilya"nın prezidenti Xose Mariya del Nido Karrasko transfer pəncərəsi bağlandıqdan sonra rəsmi mətbuat konfransında Əndəlus klubunun 66 milyon avroluq borcu olduğunu deyib.
İdman.biz bildirir ki, Karrasko borca rəğmən klubun məsuliyyətli transfer siyasəti yürütdüyünü deyib.
"Bəzi oyunçular Sou, Yanuzay və Markao kimi komanda yoldaşlarına kömək etmək üçün müqavilələrini dəyişdilər və biz onlara təşəkkür edirik. Biz məmnunuq, çünki maliyyə vəziyyəti yaxşılaşır, xalis borcumuzu 66 milyon avroya endirmişik, yeni idman menecmentimiz, yeni məşqçilər korpusumuz və yeddi yeni transferimiz var", - prezident deyib.
Xatırladaq ki, ötən mövsüm Andalusiya klubu İspaniya çempionatının cədvəlində aşağı liqaya düşmüş "Leqanes"i cəmi 1 xal qabaqlayaraq 17-ci yeri tutub.
İdman.biz