İspaniya La Liqasının 8-ci turu çərçivəsində keçirilən "Sevilya" – "Barselona" oyunu başa çatıb.
İdman.biz xəbər verir ki, görüşdə meydan sahibləri 4:1 hesabı ilə inamlı qələbə qazanıblar.
"Sevilya"*nın heyətində Aleksis Sançes (penaltidən), İsaak Romero, Xose Anxel Karmona və Akor Adams fərqləniblər. "Barselona"nın yeganə qolunu Markus Raşford vurub.
Qonaqların hücumçusu Robert Levandovski 76-cı dəqiqədə, hesab 2:1 olarkən penaltini dəqiqliklə yerinə yetirə bilməyib.
Qeyd edək ki, hazırda "Sevilya" 8 oyundan sonra topladığı 13 xalla turnir cədvəlinin 4-cü pilləsində, "Barselona" isə 19 xalla 2-ci yerdə qərarlaşıb.