top
Səudiyyə klubu Məhəmməd Salah üçün həftədə 2,5 milyon funt-sterlinq maaş təklif edib Idman.biz
12 dekabr 2025, 13:20
- ↺ +

Səudiyyə klubu Məhəmməd Salah üçün həftədə 2,5 milyon funt-sterlinq maaş təklif edib

Misir millisinin və İngiltərənin "Liverpul" klubunun cinah hücumçusu Məhəmməd Salahın gələcəyi ilə bağlı sensasion iddia ortaya çıxıb. Səudiyyə Ərəbistanından olan adı açıqlanmayan bir klub ulduz futbolçu üçün rekord səviyyədə maliyyə təklifi hazırlayıb.

İdman.Biz "Indykaila News"a istinadla xəbər verir ki, sözügedən klub Salahı heyətinə qatmaq üçün ona həftədə 2,5 milyon funt-sterlinq (təxminən 5,4 milyon AZN) maaş təklif edib. Bu isə illik təxminən 120 milyon funt-sterlinq (təxminən 258 milyon AZN) deməkdir.

Təklif olunan məbləğ Avropanın aparıcı futbol ulduzlarının qazancını xeyli üstələyir. Məsələn, İngiltərənin "Mançester Siti" klubunun hücumçusu Erlinq Holand həftədə təxminən 525 min funt (təxminən 1,13 milyon AZN), İspaniyanın "Real Madrid" klubunun forvardı Kilian Mbappe isə 600 min funt (təxminən 1,29 milyon AZN) maaş alır. "Barselona"nın gənc istedadı Lamin Yamal isə bu göstəricilərdən dəfələrlə az qazanır və hələlik Avropanın ən çox qazanan futbolçuları siyahısına daxil deyil.

33 yaşlı Salah 2017-ci ilin yayından "Liverpul"da çıxış edir. O, mersisayd təmsilçisinin heyətində İngiltərə Premyer Liqasını, Çempionlar Liqasını, ölkə kuboklarını və klublararası dünya çempionatını qazanıb.

Cari mövsümdə Salah klub səviyyəsində 19 oyuna çıxıb, 5 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanının "Əl Xulud" klubunun rəhbəri Ben Harburq Riyaddakı Dünya Futbol Sammitində çıxışı zamanı "Liverpul"un hücumçusu Məhəmməd Salahın Səudiyyə Pro Liqasına uyğun olmadığını söyləyib.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 08:00

Liverpool, Alman futbolçu Florian Wirtzi performansını yaxşılaşdırmasa, 2027-ci ildə transferə çıxara bilər

Futbol
Bu gün, 05:10

Barcelona Artur Diasın transferi üçün Rafinha’dan kömək gözləyir

Futbol
Bu gün, 03:18

Juventusun Bruno Fernandesi transferi üçün 50‑60 milyon avro tələb – ciddi maliyyə maneəsi

Futbol
Bu gün, 02:14

Edin Çeko milli komandadakı son oyununu fəxri dəhlizlə başa çatdırdı

Futbol
Bu gün, 01:38

Levandovski 7 il sonra Polşa millisində hat-trik vurdu

Futbol
Bu gün, 01:02

Tottenham və Liverpool Kaoru Mitomanı transfer üçün maraqlandırır

Futbol
Bu gün, 00:43

Luis de la Fuente, Ronaldun Portuqaliya millisinin düşərgəsini tərk etməsi barədə şərh verməkdən imtina etdi

Futbol
Dünən, 22:55

U-20 milli komanda baş məşqçisi: Yolumuz hələ əvvəlində, Moldova ilə dostluq matçı yaxınlaşır

Futbol
Dünən, 21:58

Nunu Mendeş, Ronaldun milli komandadan ayrılmasına münasibətini açıqladı

Minifutbol
Dünən, 21:26

U-19 futzal millimiz Xorvatiya, Ukrayna və Yunanıstanla bir qrupda

Futbol
Dünən, 20:57

PSJ hücumçusu Ferran Torres İspaniya millisində zədələnib

Basketbol
Dünən, 20:38

Sumqayıt, NTD-ni 111:94 hesabı ilə məğlub etdi;

Futbol
Dünən, 17:31

Neftçi dostluq oyununda Araz‑Naxçıvanı 2‑0 məğlub etdi

Futbol
Dünən, 16:45

U-20 milli komandamızın heyətində Həzrət Səmədovun zədə səbəbindən çıxması

Futbol
Dünən, 11:39

Ayxan Hüseynov: “0:0 dəyən oyundan sonra qələbə üçün daha çox çalışmalıyıq”

Futbol
Dünən, 11:23

Lixtenşteyn yarıpeşəkar yığmasının Bakıdakı 0:0 nəticəsinə mediya və rəsmi orqanların reaksiyası

Futbol
Dünən, 11:08

Gəncəbasar futbolçusu Kəpəzlə sınaq matçı öncəsi hazır olduğunu bildirdi

Futbol
Dünən, 09:41

UEFA Millətlər Liqası: Günün əsas oyunları və qrup mübarizələri

Basketbol
Dünən, 09:38

Maykl Cordanın 1998-ci NBA finalının forması 12,26 milyon dollara rekord qiymətə satıldı

Futbol
Dünən, 09:20

Qana millisinin baş məşqçisi Karluş Keyroş 3 ayda ikinci dəfə istefa verdi

Futbol
Dünən, 06:31

Kurtua açıqladı: “Atletiko” azarkeşlərinə yönəlmiş kimi görünən sözlər əslində Liverpoola yönəlmişdi

Futbol
Dünən, 04:03

İspaniya millisinin futbolçusu Niko Uilyams zədə səbəbiylə düşərgədən ayrıldı

Futbol
Dünən, 02:10

Almaniya və Portuqaliya üçün qalibiyyətlər

Futbol
01 oktyabr 2026, 22:38

Ayxan Abbasov: “Məsuliyyəti öz üzərimə götürürəm, qələbə üçün aşağıdan başlamalıyıq”

Oxşar xəbərlər