top
Sessi Dalmeyda: Bu mövsüm nəsə əldə edəcəyik - Neftçidə mentalitet dəyişir Idman.biz
03 dekabr 2025, 12:42
- ↺ +

Sessi Dalmeyda: "Bu mövsüm nəsə əldə edəcəyik" - "Neftçi"də mentalitet dəyişir

"Məncə, indi komandada mentalitet yaxşı istiqamətdə dəyişib. Futbolçuların komanda üçün daha çox fədakarlıq etdiyini görürəm".

Bunu "Neftçi"nin futbolçusu Sessi Dalmeyda sport24.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zirə"yə məğlub oldunuz. Oyun barədə nə deyə bilərsiniz? Sizcə, niyə uduzdunuz?

- Məncə, bu oyunda uduzmağa layiq deyildik. Qalibiyyətə daha yaxın olan tərəf biz idik. İstər birinci hissəni, istərsə də ikinci yarını yaxşı oynadıq, amma uduzduq. Oyunu məncə əlavə vaxtda itirdik. Buna baxmayaraq, komandamızla qürur duyuram, çünki mübarizə apardıq. Döyüşdük, sadəcə bu oyunu qazanmaq üçün kifayət etmədi. Və indi kubokdan kənarda qaldıq.

- Samir Abasovdan sonra komandada nə dəyişib?

- Məncə, indi komandada mentalitet yaxşı istiqamətdə dəyişib. Futbolçuların komanda üçün daha çox fədakarlıq etdiyini görürəm. Yeni baş məşqçi ilə çoxlu müsbət dəyişikliklər var - yeni düşüncə, yeni yanaşma. Ona işləmək üçün imkan versək, böyük işlər görəcəyinə inanıram.

- Sanki əlavə vaxtda "Neftçi" penaltiləri gözləyirdi…

- Mən də elə hiss etdim. Komandada oyunu qazanmaq üçün güc qalmamışdı. Ayaqlarımız bizi irəli aparmırdı. Bu da məğlubiyyətə səbəb oldu - oyunu qazanmaq üçün lazımi mentalitet və güc çatmadı.

- "Mübarizə apardıq" deyirsiniz. Bəziləri mübarizə apardı, amma bəziləri yox. Məsələn, Varqas topu götürüb bir neçə dəfə driblinq edir və topu itirirdi...

- Bilirsiniz, bu futboldur. Driblinq etmək onun oyun üslubudur. Biz də onun arxasında olmalı, onu sığortalamalıyıq. Bir oyunçunu günahlandırmaq düzgün deyil. Futbol səhv oyunudur. Bəzən bir nəfərin səhvi görünür, amma uduzan bütöv komandadır. O topu itirdi, bəli, amma biz onu örtməli idik. Məsələ budur.

- "Neftçi" son 4 çempionat oyununda da qələbə qazana bilmir. Turnir cədvəlində 7-ci yerdəsiniz və kubokda mübarizəni dayandırdınız. Amma "Neftçi"nin yaxşı heyəti, yaxşı şəraiti var. Problem nədir? Komandaya nə lazımdır?

- Məncə, indi elə bir dövrdəyik ki, komanda ilə məşqçi heyəti arasında yeni bir bağ yaranır. Komandaya yeni nəfəs, yeni hava gəlib. Dəfələrlə dediyim kimi, bu taktiki yanaşma və inamla məşqçiyə işləmək imkanı versək, istədiyimiz yerə çatacağıq. Mən buna inanıram.

- Bəzən düşünürsünüz ki, "Neftçi"ni seçməklə səhv etmisiniz?

- Xeyr, xeyr. Mən belə düşünmürəm. Burada məsələ "Apollon" yaxşıdır, "Neftçi" yaxşıdır" deyil. Mən bura bir məqsədlə - titul qazanmaq üçün gəlmişəm. "Neftçi" böyük ambisiyaları olan böyük klubdur. Amma klubun da, futbolçuların da müəyyən vaxta ehtiyacı olur. "Vaxt lazımdır" demək çətindir, çünki artıq dekabrdır. Amma yenə də inanıram - həm özümə, həm komandaya. Bizə sadəcə bir dönüş nöqtəsi lazımdır. Məşqçi, Abubakar gəlib və onunla birlikdə komandada böyük inam yaranıb. Bizim güclü futbolçularımız var. Hiss edirəm ki, nəsə gəlir, nəsə dəyişir. Uduzduq, bəli. Amma bu o demək deyil ki, zəifik. Bu mövsüm nəsə əldə edəcəyik - mən buna çox inanıram. Sadəcə daha çox mübarizə lazımdır. Meydanda yıxılan futbolçu qalxıb geri sprint etməlidir, bizə belə mentalitet lazımdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 14:07

Fyodor Yemelyanenko UFC ilə müqavilə bağlamadığı sirri və Dana Uayt haqqında açıqlama verdi

Futbol
Bu gün, 14:00

Şəki klubuna yeni baş məşqçi təyin edildi: Şəhriyar Məmmədova

Boks
Bu gün, 13:48

Azərbaycan boksçuları 2026 Avropa çempionatlarında 25 medal qazanıb;

Futbol
Bu gün, 13:40

Çin Xarici İşlər Nazirliyi Kilian Mbappenin Bəyanatına Reaksiya Verdi

Qarabağ FK
Bu gün, 13:33

“Neftçi”nin baş icraçı direktoru: “Mövsümü çempionluq və titullarla başa vurmaq istəyirik”

Qarabağ FK
Bu gün, 13:25

Maksim Medvedev: Uşaqlara telefon deyil, dəstək verilməlidir

Futbol
Bu gün, 13:20

Mançester Yunayted rəhbərliyi Maykl Kerrikə son şans verib, əvəzləyici hələ seçilmir

Futbol
Bu gün, 13:10

Fleetwood Town, İngiltərə Liqa Kubokunda Arsenalı penaltirilədə məğlub edərək çeyyara yüksəldi

Qarabağ FK
Bu gün, 13:00

“Qəbələ” “Qarabağ”ın fransalı legioneri Jeremi Qnaliyə maraqlıdır

Güləş
Bu gün, 12:56

Azərbaycan yunan-Roma güləşi millisi dünya çempionatında 2 qızıl və 1 gümüş medal qazanaraq komanda reytinqində ikinci yeri tutdu

Futbol
Bu gün, 12:41

Rui Jorje Bakıda U-15 Dünya Futbol Çempionatı və Festivalını yüksək qiymətləndirdi

Futbol
Bu gün, 12:40

U-15 Milli Komanda Cənubi Amerikaya 3:1-ə məğlub Oldu

Futbol
Bu gün, 12:36

Messi, 20 illik namizədlik fasiləsi ilə Qızıl Top Rekordunu qırdı

Qarabağ FK
Bu gün, 12:21

Azərbaycanlı hücumçu Lorenzo Mezzotero Sampdoriya əsas komandasına çağırıldı - FOTO

Futbol
Bu gün, 12:20

Çelestini Bernli klubunun yeni baş məşqçisi olacaq

Futbol
Bu gün, 12:13

Zirə Kapitanı Qismət Alıyev: “Medallar üçün mübarizə davam edəcək”

Futbol
Bu gün, 12:00

PFL: Xankəndi və MOİK-in ev oyunlarının Xankəndi stadionunda keçirilməsi məsələsi əsaslı yoxlanılır

Futbol
Bu gün, 11:42

FİFA rəsmisi Kollina: Bakıdakı U-15 dünya çempionatı və festivalı gənc futbolçular üçün möhtəşəm təcrübədir

Futbol
Bu gün, 11:41

Azərbaycan Kubokunda 28 oktyabr: "Kəpəz"dən yürüş, Qusar derbisi və Premyer Liqa takımları üçün sensasiya təhlükəsi

Futbol
Bu gün, 11:40

Chelsea Yasin Ayarini Qazanmaya Cəhd Etdi: Milan, Qalatasaray, Fənərbaxça da Maraqlanır

Futbol
Bu gün, 11:35

Bakıda U15 dünyalı ərsəyagoturan argentinalı gənc Qarfanyoli İtaliya mətbuatında təqdim edildi

Futbol
Bu gün, 11:33

Azər Bağırov: Arsen Vengerin iştirakı ilə keçirilən ustad dərsi məşqçilər üçün böyük dəyər daşıyır

Futbol
Bu gün, 11:26

İspaniya Superkuboku 2027 üçün İstanbul seçildi – Azərbaycan ev sahibliyi təklif etdi

Minifutbol
Bu gün, 11:20

UEFA Çempionlar Liqası: "Araz-Naxçıvan" Polşada "Buba Mara"ya qarşı meydanda

Oxşar xəbərlər