top
Sessi D’Almeyda Araz-Naxçıvanla oyundan və Abubakarın transferindən danışdı Idman.biz
20 oktyabr 2025, 10:38
- ↺ +

Sessi D’Almeyda "Araz-Naxçıvan"la oyundan və Abubakarın transferindən danışdı

"Əlbəttə, xal itkisi üzücüdür. Biz meydana yalnız 3 xal üçün çıxmışdıq".

Bunu "Neftçi"nin yarımmüdafiəçisi Sessi D"Almeyda futbolxeber.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Azərbaycan Premyer Liqasının 8-ci turunda "Araz-Naxçıvan"la xalları yarı böldünüz. 2:2-lik heç-heçəni necə şərh edərdiniz?

- Çətin oyun alındı. Matça yaxşı başladıq. Ardıcıl təhlükəli hücumlar qurduq. Bunun da nəticəsində hesabı açdıq. Sonradan rəqib bərabərlik qolunu vurdu. İkinci hissədə də hücumlarımızı davam etdirdik. Yekunda meydandan cəmi 1 xalla ayrıldıq. Qalib gəlmədiyimizə görə təəssüflənirik.

- Yaxşı oynasanız da, yenə də qalib gələ bilmədiniz...

- Əlbəttə, xal itkisi üzücüdür. Biz meydana yalnız 3 xal üçün çıxmışdıq. Təəssüf ki, sonda qazancımız 1 xal oldu.

- Nə üçün hesabı açdıqdan sonra "Neftçi" meydanda dayandı? Sanki komanda uduzmaqdan qorxur...

- Əslində, müəyyən çatışmazlıqlar var. Lakin mən bunları mətbuat üçün sadalamaq istəməzdim. Razıyam ki, hesabda önə keçdikdən sonra müdafiəyə daha çox diqqət ayırdıq. Bu da bizə baha başa gəldi.

- Abubakarın gəlişinə münasibətiniz necədir?

- Abubakar böyük futbolçudur. Belə bir oyunçun gəlişi "Neftçi"yə güc qatacaq, inam gətirəcək. Abubakar kimi futbolçu ilə bir komandada oynamağı kim istəməz ki?!

- Milli komandanız DÇ-2026-da çıxış etməyə çox yaxın olsa da, son turda bu şansı əldən verdi. Mundiala yollanmağınıza üçün nə çatmadı?

- Bəli, dünya çempionatına çox yaxın idik. Təəssüf ki, son turda Nigeriyaya uduzduq. Nəticədə də qrupu üçüncü pillədə başa vurduq. Belə demək mümkünsə, 1 xal bizi mundialdan məhrum etdi.

- "Araz-Naxçıvan"la görüşdə rəqibiniz olan Felipe Santosla bundan sonra Benin milli komandasında birgə çıxış edəcəksiniz...

- Bəli, bu münasibətlə onu təbrik etdim. Dünya çempionatına yollana bilməsək də, qarşıdan Afrika Millətlər Liqası gəlir. İnanıram ki, həmin turnirdə uğurlu çıxış edəcəyik və Santos da komandamız üçün faydalı olacaq.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Tennis
Bu gün, 18:30

İspan çempion Rafael Nadal Realın Direktorlar Şurasına təyin ediləcək

Futbol
Bu gün, 18:24

PSJ 8 dəqiqədə 4 qol vurar, Çempionlar Liqasında tarix yazdı

Futbol
Bu gün, 18:23

Yunay Emeri: "Barselona"ya 0:3 hesabı ilə məğlubiyyətimizi şərh etdi: "Hesab 0:2 olanda belə ümidimi itirməmişdim"

Futbol
Bu gün, 18:09

"Sabah"ın prezidenti Maqsud Adıgözəlov Çempionlar Liqası gəlirlərinin investisiya fonduna yönləndirilməsini açıqladı

Qarabağ FK
Bu gün, 18:05

U-19 "Qarabağ" "Dinamo"ya (Zaqreb) cavab oyununda 0:7 hesabı ilə uduzdu

Futbol
Bu gün, 18:00

Sabah'ın prezidenti: 'Çempionlar Liqasına vəsiqə qazanılsa da strateji dəyişmədik'

Minifutbol
Bu gün, 17:54

Vitali Borisov: Yerli futzalçılar üçün zamana ehtiyac var

Qarabağ FK
Bu gün, 17:54

"Qarabağ"ın U-19 komandası UEFA Gənclər Liqasında mübarizəni dayandırıb;

Futbol
Bu gün, 17:52

Sabahın U-19 komandası UEFA Gənclər Liqasında Vikinqə 0:5 hesabı ilə məğlub olub

Digər
Bu gün, 17:41

Suraxanı Atma Qovşağında keşirilən seçmə yarışda idmançılar atma bacarıqlarını nümayiş etdiriblər

Futbol
Bu gün, 17:41

Arteta 16 yaşlı Doumenə dəstək verdi: Praqada rekord debut gözlənilir

Gimnastika
Bu gün, 17:32

Azərbaycan tamblinq komandası dünya çempionatının finalına yüksəldi

Tennis
Bu gün, 17:19

Rafael Nadal "Real Madrid"in direktorlar şurasına daxil olacaq

Tennis
Bu gün, 17:06

22 qat Böyük Dəbilqə qalibi Rafael Nadal "Real"ın İdarə Heyətinə təqdim olunacaq;

Futbol
Bu gün, 17:00

Elmar Baxşıyev: Sabahın Norveçdəki 'Viking'e qarşı oyunu üçün şəraitə tez uyğunlaşması vacibdir

Futbol
Bu gün, 16:49

Liverpool məşqçisi Andoni İraola Fenerbahçe qarşısında inamı məhv etməyi tələb etdi

Futbol
Bu gün, 16:40

Liverpool, Valverde üçün 100 milyon avroluq təklif hazırlayır

Futbol
Bu gün, 16:39

Rodri, Barselona futbolçusu, Atletiko qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:22

Rodri, Atletiko qarşısında yaralanma səbəbindən oyunu buraxa bilər

Futbol
Bu gün, 16:20

Barcelona itkisindən sonra Rodri yaralanıb – Atletico qarşı oyunu buraxacaq

Futbol
Bu gün, 16:17

Mingəçevir futbolçuları maaş ödənməməsi səbəbindən boykot etdilər, matç oynamadı

Voleybol
Bu gün, 16:10

Ceyran İmanova: “Turan” komandasının əsas hədəfi qrup mərhələsinə vəsiqə qazanmaqdır

Futbol
Bu gün, 16:05

Paulu Fonseka 'Lion'dan ayrılıb 'Sportinq'e transfer oldu

Futbol
Bu gün, 16:00

“Sabah”ın çempionluq play-offa yüksəlmə ehtimalı 6,8%

Oxşar xəbərlər