"Monterrey" klublararası dünya çempionatı ərəfəsində "Əl-Nəsr"in hücumçusu Kriştiano Ronaldonu transfer etmək istəyir. Sport24.az xəbər verir ki, bu barədə insayder Nikolo Skira sosial şəbəkə hesabında məlumat yayıb.
Mənbənin sözlərinə görə, Ronaldonun "Real"dakı komanda yoldaşı Serxio Ramos 40 yaşlı futbolçu ilə əlaqə saxlayıb.
Qeyd edək ki, klublararası dünya çempionatı iyunun 15-dən iyulun 13-dək ABŞ-da keçiriləcək. "Monterrey" E qrupunda "İnter", "River Pleyt" və "Urava Red Daymond"la qarşılaşacaq.