İstanbul nəhəngləri "Qalatasaray" və "Fənərbaxça"nın təklifini qəbul etməyən Serxio Ramos Səudiyyə Ərəbistanına yollanmağa hazırlaşır. Sport24.az "Marca"ya istinadən xəbər verir ki, "Sevilya"dan ayrılan təcrübəli müdafiəçi "Əl-Oruba"ya keçməyə yaxındı.
Hazırda ərəblər onu transfer etmək üçün danışıqlar aparır. Bu komanda yüksək liqaya yeni vəsiqə qazanıb.
Qeyd edək ki, 38 yaşlı müdafiəçi azad agent statusu daşıyır.