top
Sərxan Hacıyev yeni sponsordan danışdı Sport24.az
21 fevral 2025, 19:28
- ↺ +

Sərxan Hacıyev yeni sponsordan danışdı

Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə geyim brendi "Danilov" arasında sponsorluq müqaviləsinin imzalanma mərasimi keçirilib. Sport24.az xəbər verir ki, müqaviləni AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və "Danilov" brendinin təsisçisi İlyas Danilov imzalayıblar.

 

Sazişə əsasən, "Danilov" brendi qarşıdakı bir il ərzində kişilərdən ibarət A milli komandanın rəsmi sponsoru olacaq.

 

Sərxan Hacıyev tədbirdə çıxış edərək, nüfuzlu yerli şirkətlərin Azərbaycan futbol ailəsinə maraq göstərməsinin sevindirici hal olduğunu deyib:

 

"Bugünkü əməkdaşlıq münasibətilə hər iki tərəfi və ümumilikdə futbol ictimaiyyətini təbrik edirəm. Əminəm ki, bu müqavilənin müsbət nəticələrini görəcək və gələcəkdə bir-birimizin uğurlarına sevinəcəyik. Bizim üçün bu əməkdaşlıq xüsusi önəm daşıyır. Çünki Azərbaycan brendi ilə işbirliyinə başlayırıq. İnanıram ki, "Danilov" brendinin məhsullarından istifadə edərək, qələbələrə doğru inamlı addımlar atacağıq".

 

İlyas Danilov da öz növbəsində AFFA ilə əməkdaşlıqdan məmnun olduqlarını vurğulayıb:

 

"Danilov" şirkəti olaraq bizim üçün çox özəl gündür. AFFA ilə müqavilə bağlayırıqsa, deməli, Azərbaycanda sözünü deyən brendlərdən biriyik. Əminəm ki, bu sövdələşmə hər iki tərəf üçün uğurlu olacaq. Birlikdə davamlı olaraq yalnız uğurlara imza atacağımıza inanırıq".

 

Tədbirin sonunda milli komandamızın çərçivəyə salınmış xüsusi forması AFFA tərəfindən "Danilov"a hədiyyə olunub. Həmçinin "Danilov" brendi Azərbaycanın dünya şöhrətli hakimi Tofiq Bəhramovun 1966-cı ildə keçirilən dünya çempionatının finalındakı məşhur qərarı ilə qeydə alınan qolun əks olunduğu xüsusi rəsm əsərini AFFA-ya hədiyyə edib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 01:54

Fənərbağça, Çempionlar Liqasında 18 illik geridönüş məğlubiyyətini sona erdi

Futbol
Bu gün, 01:37

Real Madrid məşqçisi Mourinyo: 'Valverde'dən qapıya zərbə vurmasını istəmədim'

Basketbol
Bu gün, 01:29

Neftçi basketbolu: Müsibət məğlubiyyətdə də güclü xarakterimiz var

Futbol
Bu gün, 01:14

Kilian Mbappe UEFA Çempionlar Liqasında 74-cü qolunu vurdu

Futbol
Bu gün, 00:51

“Yuventus” “Mançester Yunayted”in sloveniyalı forvardı Benjamin Şeşkodur transfer etmək istəyir

Futbol
Bu gün, 00:41

Velko Simic’in sakatlanması ‘Sabah’ın heyətində itki yaradır

Futbol
Bu gün, 00:32

“Barselona” Rafinya Diası ilə 2030-cu il iyun 30-dək müqavilə imzaladı

Futbol
Dünən, 23:51

Romero, Atletico'nun Barcelona qarşısında oynayacaq qarşılaşmada zərbə səbəbindən iştirak etməyəcək

Futbol
Dünən, 23:40

Denis Zakaria, Monako kapitanı, dünyanın ən yaxşı futbolçusunu Lamin Yamal olaraq təyin etdi

Futbol
Dünən, 23:25

Arsenal’a transfer olacağı planlaşdırılan gürcü futbolçu ciddi zədə aldı

Futbol
Dünən, 23:24

Ansu Fati 2026-cı il zədəsi ilə sahədə olmayacaq

Futbol
Dünən, 22:54

Vinicius Junior Çempionlar Liqası oyunundan əvvəl dəhşətli xatirə anında göz yaşı süzdü

Futbol
Dünən, 22:48

Vikinq və Sabah komandalarının UEFA Çempionlar Liqası IV turu üçün start heyətləri;

Futbol
Dünən, 22:43

Fransa polisi Qızıl top mərcində şübhə araşdırır

Futbol
Dünən, 22:17

Braziliyada futbol yarımfinalında 53 qırmızı vərəqə ilə kütləvi dava başladı

Futbol
Dünən, 22:03

Cerrard Cud Bellinqemi Zidanla müqayisə edir, onu dünyanın ən yaxşı 11-ə daxil edərdi

Futbol
Dünən, 21:45

De Yonq əsas heyətə qayıtmaq istəyir, lakin Flik hələ qərar vermir

Digər
Dünən, 21:28

Kəpəz Regional Expo Gəncə 2026 sərgisinə qatılacaq

Futbol
Dünən, 21:22

Premyer Liqanın doqquzuncu turunun ən yaxşı futbolçusu “Çelsi”ninstrat Romelo Laviya seçilib

Gimnastika
Dünən, 21:17

Azərbaycan gimnastları dünya çempionatında uğurlu start etdilər

Futbol
Dünən, 21:07

Rafael Benites Premier Liqaya qayıtmaq istədiyini elan etdi, uyğun layihə tapmaq çətinlik yaradır

Voleybol
Dünən, 20:59

Superliqa III turu başladı: Ordu 3:0 Azərreyl

Futbol
Dünən, 20:53

Real Madridə verilən penalti səhvən qərarlandı

Gimnastika
Dünən, 20:41

Tofiq Əliyev: Dünya çempionatının təyin mərhələsində liderlik etdik, ardıcıllıqla üçüncü dünya çempionluğu hədəfimizdir

Oxşar xəbərlər