top
Sertan Taşkın: “Orda bəzi qaydalar var ki, adamı bezdirir” Sport24.az
21 avqust 2024, 13:00
- ↺ +

Sertan Taşkın: “Orda bəzi qaydalar var ki, adamı bezdirir”

Ötən mövsüm Türkiyənın I Liqasında mübarizə aparan "Manisa"nın şərəfini qoruyan Sertan Taşkın bu yay  Vətənə dönərək "Sumqayıt"la anlaşıb. 26 yaşlı müdafiəçi Sport24.az-a müsahibəsində həm karyerasının Türkiyə dönəmi barədə danışıb, həm də bizi maraqlandıran başqa sualları cavablandırıb.

 

- Legioner həyatın qısa çəkdi. Türkiyədə karyeranın uğursuz alınmasına səbəb nə oldu?
- Uğursuz oldu deməzdim. Sadəcə, istədiyim kimi olmadı. Bunun da səbəbi klubumuzda ciddi maliyyə problemlərinin olmasıydı. Sonra klubun prezidenti bütün futbolçuları yığıb dedi ki, gələn mövsüm üçün gözlənilən ödənişləri edə bilməyəcəm. Belə olduqda mən də daxil 17 futbolçu komandadan ayrıldı.

 

- Türkiyənin başqa klublarından təklif yox idi?
- Var idi. Sadəcə, orda bəzi qaydalar var ki, adamı bezdirir. Əsas da status məsələsiylə bağlı idi. Məsələn, bəzi türkdilli ölkələrin oyunçuları Türkiyədə legioner hesab olunmur. Mən isə legioner sayılırdım. Türk futbolçu statusuna keçmək alınmadı. 3-4 klubdan təklif gəlmişdi.

 

- Başqa ölkələrə yollanmaq variantı var idi?
- Açığı, təklif var idi, amma elə də ciddi deyildi.

 

- Sonda  niyə məhz "Sumqayıt"ı seçdin?
- Real təkliflər arasında ən optimalı "Sumqayıt"dan gəldi. Bundan başqa Samir Abasovun işini bəyənirəm və onun rəhbərliyi altında çıxış etmək istədim.

 

- Son turda komandan doğma meydanda "Səbail"i 2:1 məğlub etdi. Kənardan oyunu izləyənlər arasında sən də vardın. Matçla bağlı fikirlərin maraqlıdı...
- Ümumi götürəndə pis oyun olmadı, sadəcə, əlimizə düşən fürsətlərdən lazımınca yararlana bilmədik və qollar gec gəldi. Düşünürəm ki, turlar irəlilədikcə daha yaxşı çıxış edən "Sumqayıt" görəcəyik.


ABDULLA İSMAYILOĞLU

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 20:13

İnfantino, Trampa əlaqələri səbəbindən ABŞ Konqresində çağırıla bilər

Futbol
Bu gün, 19:51

De Yonq: Çox az insan matçları 90 dəqiqə izləyir – müdafiəçi izah edir

Futbol
Bu gün, 19:37

İraq, İranın futbol komandasına təyinat sənədi üçün təyyarə enişinə icazə vermədi

Digər
Bu gün, 19:32

Tofiq Musayev: Zəfər Gününü qürurla qeyd edirik

Futbol
Bu gün, 19:29

"Bode-Glimt"ə evində Mançester Siti, İnter, Sporting və Bormuniya məğlub olub (Çempionlar Liqası)

Futbol
Bu gün, 19:28

Marafon və Dinamo qələbə qazandı

Digər
Bu gün, 19:22

Avstraliyada Kotton Kubokunda atdan yıxılan 22 yaşlı jokey İzzi Nil vəfat edib

Futbol
Bu gün, 19:08

Kukurelya: İngiltərənin Premier Liqası daha açıq və gözlənilməzdir

Digər
Bu gün, 19:03

İgidlər Göygöldə keçirilən intellektual yarışda birinci oldu

Futbol
Bu gün, 19:01

Oleq Baklov "King’s Cup 2026" turnirində Tacikistan millisinə dəvət olundu

Cüdo
Bu gün, 18:56

EJU vaxt uzatmağa görə cəza tətbiqini izah etdi

Futbol
Bu gün, 18:45

Van Deyk Liverpulda qalma və yeni klubda davam etmə ehtimallarından narahat olmadığını bildirib

Futbol
Bu gün, 18:38

Lorenzo Mezzoteronun topuğunda burxulma şübası yarandığı açıqlanıb

Futbol
Bu gün, 18:29

“Barselona” Conatay Ta-nı transfer etmək istəyir

Basketbol
Bu gün, 18:25

Frenki Fidler FIBA Çempionlar Liqasının tarixində nadir başlanğıc göstərərək seçilmiş üçlüyə daxil oldu

Futbol
Bu gün, 18:19

Kəpəz altı futbolçusuz məşqlərini bərpa etdi

Futbol
Bu gün, 18:16

Emin Abbasov yeni müşavir təyin edildi

Futbol
Bu gün, 18:15

Mançester Yunayted baş məşqçisi Maykl Kerrikdən ayrılacaq

Futbol
Bu gün, 18:08

Argentina millisi 10 nömrəli formanın yeni sahibləri üçün iki namizəd

Futbol
Bu gün, 17:44

Araz‑Naxçıvan 2026/27 mövsümündə Avropanın qələbəsiz 16 klubundan biridir

Cüdo
Bu gün, 17:40

Azərbaycan 14 cüdoçu ilə dünya çempionatında iştirak edəcək

Futbol
Bu gün, 17:20

İtalyan məşqçi Simone Inzaghi "Əl-Hilal'dan" ayrılmağa qərar verdi

Futbol
Bu gün, 17:14

Vensan Kompani Bayernin düşərgəsinə geri döndü

Qarabağ FK
Bu gün, 17:00

Aleksey Kaşuk: "Baş məşqçi də məni şəxsən təbrik etdi"

Oxşar xəbərlər