top
Seriya A: Torino və Sassuolodan qələbələr, Milandan çətin qələbə – YENİLƏNİR + VİDEO Idman.biz
01 mart 2026, 23:25
- ↺ +

Seriya A: "Torino" və "Sassuolo"dan qələbələr, "Milan"dan çətin qələbə – YENİLƏNİR + VİDEO

İtaliya A Seriyasının 27-ci turu çərçivəsində keçirilən "Torino" - "Latsio" matçı meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Turin klubu öz azarkeşləri önündə paytaxt təmsilçisini xalsız yola salıb.

İdman.Biz xəbər verir ki, hesab 21-ci dəqiqədə açılıb. Covanni Simeone dəqiq zərbə ilə "Torino"nu hesabda irəli çıxarıb. Meydan sahiblərinin üstünlüyünü isə 53-cü dəqiqədə Duvan Sapata möhkəmləndirib. Kolumbiyalı hücumçu Rafael Obradorun ötürməsini qola çevirərək matçda son nöqtəni qoyub.

Bu məğlubiyyətlə "Latsio" çempionatda qələbəsiz oyunlar seriyasını dörd matça çatdırıb. Paytaxt klubu 34 xalla turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb. Xallarını 30-a yüksəldən "Torino" isə 14-cü sıraya qalxıb.

20:25

İtaliya A Seriyasının 27-ci turu çərçivəsində keçirilən "Sassuolo" - "Atalanta" matçı meydan sahiblərinin 2:1 hesablı sürpriz qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun hələ 16-cı dəqiqəsində "Sassuolo"nun hücumçusu Andrea Pinamonti birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub. Azlıqda qalan meydan sahibləri buna baxmayaraq, 23-cü dəqiqədə İsmayıl Konenin qolu ilə hesabı açıblar.

İkinci hissədə üstünlüyünü artıran "qara-yaşıllar" 69-cı dəqiqədə Kristian Torstvedtin vurduğu qolla fərqi ikiyə çatdırıblar. Görüşün sonlarında, 89-cu dəqiqədə Yunus Musa "Atalanta"nın yeganə qoluna imza atsa da, bu, bərabərlik üçün kifayət etməyib.

Bu nəticədən sonra xallarını 38-ə çatdıran "Sassuolo" turnir cədvəlində səkkizinci pilləyə yüksəlib. 45 xalı olan "Atalanta" isə yeddinci sırada qərarlaşıb.

17:36

İtaliya A Seriyasının 27-ci turu çərçivəsində keçirilən "Kremoneze" - "Milan" matçı qonaqların çətin qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, oyunun taleyi yalnız son dəqiqələrdə həll olunub. Görüşün 90-cı dəqiqəsində müdafiəçi Strahinya Pavloviç hesabı açıb.

Meydan sahiblərinin bərabərlik qolu üçün irəli atıldığı vaxtda - 90+4-cü dəqiqədə "Milan" əks-hücumda ikinciqolu vurub. Sonradan meydana daxil olan Kristofer Nkunku ötürməsi ilə portuqaliyalı ulduz Rafael Leaunu qapıçı ilə üz-üzə qoyub və o, son nöqtəni qoyub - 2:0.

Bu qələbədən sonra "Milan" 57 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "İnter"lə xal fərqi 10-dur. "Kremoneze" isə 24 xalla 17-ci sırada yer alıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Futbol
Bu gün, 11:30

Napoli klubunun prezidenti baş məşqçisini mətbuat konfransından çəkdi

Cüdo
Bu gün, 11:29

Bakı şəhərində 483 cüdoçu iştirak edəcək yarış noyabrın 8-də yekunlaşacaq

Futbol
Bu gün, 11:14

Braziliyada 36 yaşlı futbolçu Bismark Vinisius silahlı hücuma məruz qalıb və öldürüldü

Qarabağ FK
Bu gün, 11:00

Turan Tovuz: 10,000 manatlı mükafat, tələskənlik və gələcək uğur üçün dərs

Basketbol
Bu gün, 10:58

Lebron Ceymsin evində şübhəli şəxs oğlu kimi təqdim oldu

Digər
Bu gün, 10:49

Bakıda Zəfər Kuboku çərçivəsində 14 kateqoriyalı yorğa yarışları keçirildi

Güləş
Bu gün, 10:40

İki qızıl medalla Azərbaycan üzgüçüləri Macarıstan Kubokunda qələbə qazandı

Futbol
Bu gün, 10:34

“Sabah” və “Şamaxı” Zəfər turunu yekunlaşdıracaq

Digər
Bu gün, 10:29

Azərbaycan kayakçılarının və kanoeçilerin Batumda beynəlxalq super sprintdə mükafatlar qazanması

Futbol
Bu gün, 10:25

Qubadlıda futbolun zafər sevincinə təsiri: Döyüşçü Araz Balayevin xatirələri

Futbol
Bu gün, 10:12

Manchester United 40 ildən sonra antirekordunu təkrarladı

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Oxşar xəbərlər