top
Seriya A: Roma, Atalanta və Genoadan qələbələr, Milandan gözlənilməz məğlubiyyət Idman.biz
23 fevral 2026, 01:58
- ↺ +

Seriya A: "Roma", "Atalanta" və "Genoa"dan qələbələr, "Milan"dan gözlənilməz məğlubiyyət

İtaliya A Seriyasının 26-cı turu çərçivəsində keçirilən matçda "Roma" doğma meydanda "Kremoneze"ni qəbul edib. "Olimpiko" stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı parlaq qələbəsi ilə yekunlaşıb.

İdman.Biz xəbər verir ki, oyunda bütün qollar ikinci hissədə vurulub. 59-cu dəqiqədə Brayan Kristante hesabı açıb. 77-ci dəqiqədə Evan Ndika fərqi ikiyə çatdırıb. Matçın son nöqtəsini isə 86-cı dəqiqədə gənc yarımmüdafiəçi Nikkolo Pizilli qoyub.

Bu qələbə sayəsində xallarının sayını 50-yə çatdıran "Roma" turnir cədvəlində üçüncü pilləyə yüksəlib. 24 xalı olan "Kremoneze" isə 16-cı sırada qərarlaşıb.

Növbəti turda – martın 1-də bizi iki böyük qarşılaşma gözləyir. "Roma" səfərdə "Yuventus"la üz-üzə gələcək, "Kremoneze" isə öz meydanında "Milan"ı qəbul edəcək.

23:18

İtaliya A Seriyasının 26-cı turu çərçivəsində keçirilən "Milan" - "Parma" matçı gözlənilməz nəticə ilə yekunlaşıb. "San-Siro" stadionunda baş tutan görüşdə meydan sahibləri minimal hesablı məğlubiyyətlə barışmalı olublar - 0:1.

İdman.Biz xəbər verir ki, Matçın taleyini həll edən yeganə qol isə 80-ci dəqiqədə vurulub. "Parma"nın müdafiəçisi Maryano Troylo dəqiq zərbə ilə milanlıları məyus edib.

Bu məğlubiyyətdən sonra 54 xalda qalan "Milan" ikinci pillədəki mövqeyini qorusa da, lider "İnter"lə aradakı xal fərqi 10-a çatıb. Aktivində 32 xal olan "Parma" isə 12-ci sıraya yüksəlib.

Növbəti turda "qırmızı-qaralar" martın 1-də "Kremoneze" ilə üz-üzə gələcəklər. "Parma" isə fevralın 27-də "Kalyari"ni qəbul edəcək.

20:18

İtaliya Seriya A-da 26-cı tur çərçivəsində "Atalanta" doğma meydanda "Napoli"ni qəbul edib. Qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, matçda hesabı qonaqlar açıblar. Qarşılaşmanın 18-ci dəqiqəsində "Napoli"nin müdafiəçisi Sem Bokema fərqlənərək komandasını önə çıxarıb. İlk hissə neapolluların üstünlüyü ilə yekunlaşıb.

Lakin ikinci yarıda "Atalanta" təzyiqi artıraraq geri dönüş etməyi bacarıb. 61-ci dəqiqədə Mario Paşaliç tarazlığı bərpa edib. Matçın sonuna yaxın, 81-ci dəqiqədə isə Lazar Samardjiç vurduğu qolla Berqamo təmsilçisinə vacib qələbə qazandırıb.

Bu məğlubiyyətə baxmayaraq, "Napoli" 50 xalla turnir cədvəlinin üçüncü pilləsində qalıb. Xallarının sayını 45-ə çatdıran "Atalanta" isə yeddinci sıradakı mövqeyini möhkəmləndirib.

18:00

İtaliya A Seriyasının 26-cı turu çərçivəsində keçirilən matçda "Genoa" doğma meydanda "Torino"nu qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı parlaq qələbəsi ilə başa çatıb.

İdman.Biz xəbər verir ki, "Genoa"nın heyətində Bruk Norton-Kaffi, Kaleb Ekuban və Junior Messias fərqlənərək komandalarına vacib üç xal qazandırıblar. Qonaqlar üçün oyunun gedişatı ikinci hissənin əvvəlində daha da çətinləşib. Belə ki, Emirxan İlhan meydandan qovulduqdan sonra "Torino" bütün ikinci hissəni azlıqda oynamaq məcburiyyətində qalıb.

Bu qələbə sayəsində xallarının sayını 27-yə çatdıran "Cenoa" turnir cədvəlində 14-cü pilləyə yüksəlib. Eyni xala malik olan "Torino" isə 15-ci sıraya geriləyib.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Futbol
Bu gün, 08:40

Manuel Noyer ən azı ilin sonuna qədər meydandan uzaq qalacaq

Boks
Bu gün, 08:35

Gülər Hüseynova Dakar-2026 Yeniyetmələr Olimpiya Oyunlarının 1/4 finalında Panama boksçusuyla üz-üzə gələcək

Futbol
Bu gün, 08:20

Bayern prezidenti Uli Hönes: Musialanın xəstəliyi tam sağala bilməyəcək

Futbol
Bu gün, 08:00

Sassuolo baş məşqçisi Alberto Aquilani vəzifəsindən ayrıldı

Futbol
Bu gün, 06:33

“Manchester United”un möhtəşəm dönüşü Carrickin gələcəyini dəyişə bilər

Futbol
Bu gün, 05:27

Zidane, Qızıl topun həqiqi sahibi Mbappe olduğunu bildirib

Formula 1
Bu gün, 05:21

Hamilton Leclerc ilə gərginliyi aradan qaldıran görüşün detallarını açıqladı

Futbol
Bu gün, 03:38

Ağadadaş Salyanski: Milli komanda dəvəti gözləyirdim – Müsahibə

Formula 1
Bu gün, 02:45

Neymar Formula-1 yarışında San-Paulu Grand Prix-də diqqət mərkəzinə girdi

Futbol
Bu gün, 02:23

Barselona La Liqada 2-1 qələbə qazanaraq Atletico'yi məğlub etdi;

Futbol
Bu gün, 02:23

Manchester United və digər Premier Liqa klubları Vitor Rokenin transferinə maraqlanır

Futbol
Bu gün, 02:03

“Qalatasaray”ın məşhur futbolçusu Cevad Prekazi vəfat edib

Futbol
Bu gün, 01:41

Kivu: Qələbədən sonra futbolçulara daha çox səy göstərmələri üçün xəbərdarlıq edir

Olimpiada
Bu gün, 01:29

Azərbaycanlı sprinter Şuvayev 100 metr finalında yerini tutdu

Futbol
Bu gün, 01:20

Flick, Rafinyanın Barcelona ilə yeni müqaviləsini təqdir etdi

Futbol
Bu gün, 00:58

Bröndbü azarkeşləri Kopenhagen derbisində geniş pirotexniki şou təşkil ediblər

Digər
Bu gün, 00:29

Trampın UFC rəhbərinə mətbuat katibi vəzifəsi təklifi və qarışıqlıq

Futbol
Bu gün, 00:10

Murad Məmmədovun Pafos komandası 4 qol vurdu

Digər
Bu gün, 00:01

9 Noyabr: Azərbaycanda Dövlət Bayrağı Günü

Futbol
Dünən, 23:49

Mahir Emreli, köhnə komandasını məğlub edərək məhsuldar ötürmə ilə yadda qaldı

Futbol
Dünən, 23:45

Mahir Emreli Legiya 4-2 qələbəsində asistlə çıxış etdi

Olimpiada
Dünən, 23:41

Azərbaycan Dakar-2026-da 15 pillə irəliləyiş edərək yeddinci sıraya çıxdı

Oxşar xəbərlər