top
Sergey Zenyov: “Azərbaycanda hər zaman yığmanın uğursuzluğundan narahat idilər” İdman.biz
15 noyabr 2024, 18:13
- ↺ +

Sergey Zenyov: “Azərbaycanda hər zaman yığmanın uğursuzluğundan narahat idilər”

"Keçən il Azərbaycana qarşı oynayanda Bakıya gəlmək istəyirdim. Amma zədələndim. İndi bu matçı səbirsizliklə gözləyirəm. O zamanla bağlı çox yaxşı xatirələrim var".

İdman.biz xəbər verir ki, bunu Azərbaycanın Millətlər Liqasında rəqibi olan Estoniyanın futbolçusu Sergey Zenyov deyib.

İki mövsüm "Qəbələ"nin şərəfini qorumuş Zenyov üçün bu matç xüsusi əhəmiyyət daşıyır. 35 yaşlı futbolçu yenidən bu şəhərdə meydana çıxacaq. O, ölkəsinin Soccernet.ee saytına müsahibəsində Azərbaycanla bağlı xatirələrindən danışıb: "Avropa Liqasının oyunlarından yalnız 1-ni Qəbələ şəhər stadionunda keçirdik. Qalan matçlar Bakıda baş tutdu. Oyunun bu şəhərdə təşkilinə necə razılıq verdiklərini bilmirəm. Gözəl yerdir, amma ətrafda heç nə yoxdur. Mağazalar çox kiçikdir. Biz Bakıdan qayıdanda hər zaman 1 həftəlik bazarlığımızı edirdik. Paytaxtda məşqlər edib, oyunları Qəbələdə keçirirdik. Bu baxımdan da yolumuz çox çətin idi. Orda oynadığım zaman komanda yoldaşım olmuş azərbaycanlılarla ünsiyyətim yoxdur. Çünki dil baryerimiz vardı. Onların çoxu rus dilini bilmir. Bakıdan kənarda doğulanlar heç bilmirdi".

Zenyov ölkəmizdə klublarla müqayisədə millidə inkişafın yüksək səviyyədə olmadığını da vurğulayıb: "Azərbaycanda hər zaman yığmanın uğursuzluğundan narahat idilər. Bu barədə tez-tez yazırdılar. Onlar da müxtəlif həll yollarını sınayırlar. Bir vaxtlar serbləri milliləşdirirdilər. İndi isə Avropanın müxtəlif ölkələrində nənə və ya babası azərbaycanlı olan oyunçuları tapmağa çalışırlar. Buna misal olaraq, Estoniyadan Azərbaycanın gənclər komandasına dəvət olunan Murad Vəliyevin adını çəkə bilərəm".

Qeyd edək ki, Azərbaycan – Estoniya görüşü sabah saat 18:00-da başlayacaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Güləş
Bu gün, 01:47

Dünya çempionu Sənan Süleymanov evləndi - VİDEO

Qarabağ FK
Bu gün, 01:29

“Qarabağ”dan ayrılan Abbas Hüseynov “Meat Food” mağazasının sahibi oldu

Futbol
Bu gün, 01:11

Rüfət Dadaşovun son dəqiqə qoluyla Dinamo 1-0 qalib gəldi

Güləş
Bu gün, 00:56

Nihad Süleymanlı gümüş medal qazandığını, finalda bir anlıq səhv etdiyini açıqladı

Futbol
Bu gün, 00:40

“Mançester Yunayted” Premyer Liqada aşağı zona sürükləndi

Güləş
Bu gün, 00:33

Neftçi İdman Klubu Zəfər Gününə həsr etdiyi güləş turnirində 60‑dan çox gənc idmançı yarışdı

Qarabağ FK
Bu gün, 00:01

8 Noyabr – Azərbaycanın Zəfər Günü: Şuşa azadiyyəsi və 44 günlük Vətən müharibəsinin qələbəsi

Futbol
Dünən, 23:40

Zirə 2:1 ilə Qəbələ'yi məğlub etdi – Video

Cüdo
Dünən, 23:29

Bakıda 215 cüdoçu yarışdı: ilk günün qalibləri müəyyənləşdi

Futbol
Dünən, 23:24

Transavia 7C oturacaqlarını Ronaldun adı ilə dəyişdirdi, ləğv etmədi

Oxşar xəbərlər