Ukrayna Azərbaycanla qarşılaşmada yaxşı çıxış edə bilməyib.
"Report"un məlumatına görə, bunu Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov mətbuat konfransında deyib.
Mütəxəssis Bakıda Azərbaycan yığmasına qarşı keçirdikləri DÇ-2026-nın seçmə mərhələsinin oyunu ilə bağlı fikirlərini bölüşüb:
"Dünən də bildirmişdim ki, heç bir rəqib zəif deyil. Söyləmək istəyirəm ki, meydanın durumu da ürəkaçan deyildi. Yaxşı çıxış edə bilmədiyimizə görə xal itirdik. Azərbaycan yığması əks hücumlara bel bağlayırdı".
Qeyd edək ki, Tofiq Bəhramov stadionunda baş tutan Azərbaycan - Ukrayna oyunu 1:1 hesablı bərabərliklə yekunlaşıb.
DÇ-2026 Futbol Azərbaycan Ukrayna