Ukrayna millisinin baş məşqçisi Sergey Rebrov DÇ-2026-nın seçmə mərhələsində Azərbaycanla oyun öncəsi keçirilən mətbuat konfransında Yunanıstan klubuna keçidi ilə bağlı xəbərləri təkzib edib.
İdman.Biz xəbər verir ki, o, hazırda yalnız milli komandadakı işinə kökləndiyini bildirib.
"Yenə eyni suallar. Hər dəfə kimisə təkzib etməli oluram. Məşqçi yaxşı işləyirsə, ona maraq göstərilməsi təbiidir. Amma mən hazırda yalnız Ukrayna millisindəki işimə köklənmişəm və ölkəmə hörmətlə yanaşıram. Burada sonadək işləmək niyyətindəyəm", - Rebrov əlavə edib.
Qeyd edək ki, bu gün Bakı vaxtı ilə saat 22:45-də Ukrayna - Azərbaycan oyunu keçiriləcək.