Serbiya millisinin baş məşqçisi postuna əsas namizəd müəyyənləşib. Sport24.az xəbər verir ki, bu barədə ölkənin "MaxBet Sport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Serbiya Futbol Assosiasiyası yığmanı əvvəllər MLS-də "Çikaqo Fayr"ı və İspaniyada isə "Ovyedo"nu çalışdırmış Velko Paunoviçə tapşırmaq qərarına gəlib.
Qeyd edək ki, millinin sabiq baş məşqçisi Draqan Stoykoviç oktyabrın əvvəlində Albaniyaya evdə uduzduqları (0:1) DÇ-2026-nın seçmə mərhələsinin oyunundan sonra postundan ayrılıb.