top
Sənan Qurbanov Zirəyə məğlubiyyətdən sonra azarkeşlərdən üzr istədi Sport24.az
02 dekabr 2025, 22:03
- ↺ +

Sənan Qurbanov "Zirə"yə məğlubiyyətdən sonra azarkeşlərdən üzr istədi

"Neftçi" Azərbaycan Kubokunun 1/8 final mərhələsində "Zirə"yə 0:1 hesabı ilə məğlub olaraq turnirdə mübarizəni dayandırıb. Sport24.az xəbər verir ki, "ağ-qaralar"ın məşqisi Sənan Qurbanov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- "Zirə"ni təhlil etmişdik. Futbolçulara rəqibin zəif və güclü tərəflərini demişdik. Məşq etməyə zamanımız olmadı. Daha çox futbolçuların bərpasına diqqət etmişdik. Rəqibin hücumlarının qarşısını ala bilirdik, bizim hücumlarımız da təhlükəli olurdu. 120 dəqiqənin bitməsinə az qalmış buradığımız qol üzücü oldu. Azarkeşlərimiz çox yaxşı dəstək göstərirdilər. Onlardan üzr istəyirəm.

 

- Cordan Rezabalanın meydana daxil olması üçün komanda qol buraxmalı idi?

- Oyun elə gedirdi ki, dəyişiklik etmək çətin idi. Orta xətdən oyunçu çıxarmaq istəmirdik. İkisi də yaxşı oynayırdı. Qol buraxdıqdan sonra Rezabalanı meydana buraxdıq.

 

- Bassala Sambu cinahda effektli deyildi. Niyə yenə onu eyni bu mövqedə oynatdız?

- "Zirə" cinahlarda daha təhlükəlidir. Sambu işgüzar futbolçudur. Sarı vərəqə aldı, dəyişdik. Qorxduq ki, 10 nəfərlə qalarıq.

 

- "Neftçi"nin uğursuzluğunun səbəbi nədir? Varqasa məşqlərdə deyilir ki, futbol komanda oyunudur? 

- Komanda yığılanda orada deyildim. Yaxşı futbolçulardan ibarət komandayıq. Tanıdığım, bildiyim oyunçuları meydana buraxdım. Biz iclasları daha çox edirik. Əlbəttə deyirik ki, komanda kimi hücum edib, müdafiə olunmalıyıq. Düzdür, top itkisindən sonra qol buraxdıq. Üzücü məqamdır. Çempionata köklənməkdən başqa yolumuz yoxdur. Ümid edirəm ki, "Neftçi" çempionatda məğlubiyyətə son deyəcək və uğur qazanacaq.

 

- Komandada psixoloji cəhətdən eniş yaşanır. Bunu necə aradan qaldıracaqsız?

- Qeyri-stabillik var. Tovuz səfərində komanda pis təsir bağışlamadı. Bu gün də pis deyildi. Psixoloji durumumuz o qədər pis deyil. Bir qələbə, bir pozitivlik komandaya çox kömək edəcək.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Digər
Bu gün, 18:41

“Mançester Yunayted”in Karriki istefaya göndərməməsinin səbəbləri üzə çıxıb

Digər
Bu gün, 18:29

Fati 6 həftəlik sıradan çıxdı

Digər
Bu gün, 18:27

“Liverpul” Mak Allisterlə bağlı qərarını dəyişir - yeni müqavilə hazırlanır

Digər
Bu gün, 18:14

“Şəfa” darmadağınla mərhələ adladı

Digər
Bu gün, 18:13

İranda tanınmış alpinist edam edildi: daha altı idmançı ölüm təhlükəsində

Boks
Bu gün, 18:00

Dörd Azərbaycanlı boksçu noyabrın 7-də İstanbulda WBC kəmərləri uğrunda yarışıb

Futbol
Bu gün, 17:53

Səməd Qurbanov: U-15 Dünya Çempionatı Gənc Futbolçuların Gələcəyini Göstərir

Qarabağ FK
Bu gün, 17:40

"Qarabağ" U-19 UEFA Gənclər Liqasında Zagreb "Dinamosu"na 1:2 hesabıyla məğlub oldu

Futbol
Bu gün, 17:40

"Napoli", "Şaxtyor"un braziliyalı müdafiəçisi Vinisius Tobiasa maraq göstərir

Qarabağ FK
Bu gün, 17:35

Qarabağ U‑19 Dinamo tərəfindən 1:2 məğlub edildi

Cüdo
Bu gün, 17:35

Əbu-Dabi Böyük Dəbilqə turnirində Azərbaycanın cüdoçularının püşkatma rəqibləri müəyyənləşib

Futbol
Bu gün, 17:20

Real Madrid, Liverpulun Argentinalı futbolçusunu transfer etməkdə maraqlıdır

Futbol
Bu gün, 17:17

Turan Tovuz və Sabahın matçı öncəsi heyət vəziyyəti təsdiqləndi – İdmam.Biz açıqlaması

Futbol
Bu gün, 17:00

"Sumqayıt"ın futbolçusu Renan Santana:

Cüdo
Bu gün, 16:57

Xankəndidə Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək

Qarabağ FK
Bu gün, 16:51

AFFA İntizam Komitəsi "Sabah" və "Qarabağ"ın U-17 komandalarının futbolçularına qarşı qərarlarını açıqladı

Qarabağ FK
Bu gün, 16:40

"Qarabağ" "Sabah"la oyundan sonra 6 min manat cərimə alıb

Futbol
Bu gün, 16:40

Xviça Kvaratsxeliyanın çarpaz bağları qopdu, əməliyyat edildi

Futbol
Bu gün, 16:33

AFFA-nın İntizam Komitəsi 10 komandaya texniki məğlubiyyət cəzası verib

Şahmat
Bu gün, 16:32

Murad İbrahimli “Shirvan Open 2026” beynəlxalq şahmat festivalının qalibi oldu

Futbol
Bu gün, 16:27

AFFA "Səbail" klubunun prezidenti Mirzə Bayrampuru 4 oyunluq cəzalandırdı

Digər
Bu gün, 16:23

"Turan Tovuz"la oyunda qırmızı vərəqə alan "Neftçi"nin futbolçusu İqor Ribeyro 2 oyunluq cəzalanıb

Qarabağ FK
Bu gün, 16:20

Ağdam klubi 'Sabah' matçında azarkeşlərin pis rəftarı səbəbindən 6 000 manat cərimələnib

Futbol
Bu gün, 16:20

Jadon Sancho İspaniya klubunun təklifini rədd etdi

Oxşar xəbərlər