top
Şəmkir və Vidadi Cəfərov arasında borc qalmaqalı Idman.biz
02 avqust 2025, 10:15
- ↺ +

"Şəmkir" və Vidadi Cəfərov arasında borc qalmaqalı

Ötən mövsüm 31 qolla 2-ci Liqanın bombardiri olan Vidadi Cəfərovun "Şəmkir"lə mübahisəsi həll olunana oxşamır.

İdman.biz xəbər verir ki, futbolçu Fanat.Az-a açıqlamasında qərb təmsilçisinin ona 2600 manat borcu olduğunu, həmin pulu ala bilmədiyi üçün AFFA-ya şikayət etməyə hazırlaşdığını deyib.

O, klubla 1 illik müqavilə bağladığını vurğulayıb: "Son ayın maaşını almamışam. Bundan başqa, Şəmkirdə qaldığım evin pulunu da özüm ödəməli oldum. Əvvəldən nəzərdə tutulan bonusları da ödəməyiblər. Müqaviləyə əsasən 25 qol vuracağım təqdirdə, daha 800, ondan sonrakı hər 5 qola görə 100 manat almalıydım. Eləcə də 26 oyundan 23-də meydana çıxsam, əlavə 500 manat verilməliydi. Mən də 24 matçda oynamışam. Deyirlər ki, müqaviləni bizimlə yox, əvvəlki rəhbərliklə bağlamısan, get, hara şikayət edirsənsə, et... Bu nə deməkdir ki? Mən axı klubla müqavilə bağlamışam. Borclu olduqları məbləği ödəməsələr, AFFA-ya şikayət edəcəm".

Qarşı tərəfdən bu iddiaya münasibət öyrənilib. Klubun prezidenti Vüsal Məmmədov futbolçunun dedikləri ilə razılaşmayıb: "Mənim heç dədəmə də borcum yoxdur, nəinki hansısa futbolçuya. Komanda üzvləri ilə razılaşdığımız məbləği qəpiyinə qədər vermişəm. Vidadi hara şikayət edir, öz işidir. Biz yarımpeşəkar klubuq, amma hər işimizi qanuni əsasla görürük. Klubun Vidadiyə yox, onun mənə borcu var. Mən açıb-ağartmaq istəmirəm, etdiyim yaxşılıqları, əlbəəl verdiklərimi dilə gətirmək fikrində deyiləm. Amma gəldiyi ilk günü yadından çıxarıb deyəsən, forma əyninə olmurdu. Biz ona təklif etdik ki, gəlsin danışaq, yeni müqavilə barədə söhbət edək. Premyer Liqadan təklif aldığını dedi. Sonra eşitdik ki, "Quba"ya keçib. "Quba" Premyer Liqa klubu imiş, xəbərimiz yoxmuş...".

Klub funksioneri qarşıdakı mövsümlə bağlı iddialarından da danışıb: "Yaxşı heyət yığmışıq. Vüqar Nadirov komandanın başındadır, onunla ötən mövsüm yaxşı nəticələr əldə etmişdik. Qarşıdakı mövsümdə isə hədəf çempionluqdur. Avqustun 3-dən təlim-məşq toplanışına start verəcəyik".

Qeyd edək ki, "Şəmkir" ötən mövsüm 2-c Liqanı 5-ci yerdə başa vurub.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:53

Simeone Kan İn Linin sağlamlığını qorumaq üçün matçda iştirak etməməsinə qərar verdi

Digər
Bu gün, 22:43

Bakıda keçiriləcək dünya çempionatında 78 ölkə tarix yazacaq

Digər
Bu gün, 22:39

Fiqu Lamin Yamal barədə: “Onunla oynasaydım, sol cinaha keçməli olardım”

Digər
Bu gün, 22:32

Azərbaycan və Qazaxıstan güləş federasiyaları arasında əməkdaşlıq müzakirə olunub - FOTO

Digər
Bu gün, 22:31

“Şamaxı”da yeni təyinat

Digər
Bu gün, 22:24

“Barselona”nın “Real Madrid”lə oyunda sağ cinah müdafiəçisi müəyyənləşir

Digər
Bu gün, 22:20

"Sabah Arena"da "Masazır tribunası"

Digər
Bu gün, 22:10

Messi gənc futbolçulara səsləndi: “Qazandığınızdan daha çox məğlub olacaqsınız” - VİDEO

Digər
Bu gün, 21:56

“Sabah”da yeni transfer

Digər
Bu gün, 21:55

Xaqan Əhməd ikinci qrossmeyster normasını yerinə yetirdi

Digər
Bu gün, 21:44

Helmut Marko Rassellin dünya çempionu olmaq şansına inanmır

Digər
Bu gün, 21:29

Arda Güler “Real Madrid”lə müqaviləsini beş il müddətinə uzadıb

Digər
Bu gün, 21:26

Ronaldo üçün şərtlər açıqlandı

Digər
Bu gün, 21:03

İstiqlal idman idarəsinin direktoru Qazaxıstan-Azərbaycan əməkdaşlığına dair: Çövkən və kökpar üzrə birgə festival keçirilməsinə hazırdıq

Futbol
Bu gün, 20:57

Mançester Yunaytedin 1:4 məğlubiyyətindən sonra Maykl Kerrikin işi yəqin ki, Başlanğıc matçı Bornmut qarşısında deyil, yeni baş məşqçi axtarışı ilə sınaqdan keçirəcəkdir

Futbol
Bu gün, 20:54

Real Madrid, Barcelona və PSG Haaland üçün rəqabət aparır, Real iki ulduzunu satmaq məcburiyyətində qala bilər

Digər
Bu gün, 20:39

“Bavariya”ya ağır zərbə: Luis Dias bir neçə həftə oynaya bilməyəcək

Digər
Bu gün, 20:27

"Real"ın prezidenti "El Klasiko"da iştirak etməyəcək

Futbol
Bu gün, 20:20

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri məlum oldu

Cüdo
Bu gün, 20:13

Lökbatanda "TT FIGHT" peşəkar döyüş klubunun yeni idman zalı açıldı

Futbol
Bu gün, 20:05

Harri Keyn birinci, Yamal ikinci, Mbappé üçüncü

Cüdo
Bu gün, 20:01

Azərbaycan veteran cüdoçusu Fərhad Rəcəbli 12-ci dəfə Avropa çempionu oldu

Futbol
Bu gün, 19:51

Famil Xəlilov: Azərbaycan U-15 Dünya Çempionatında layiqincə təmsil olunmaqdır

Futbol
Bu gün, 19:51

FIFA U-20 Dünya Çempionatı 2027-nin tarixləri Azərbaycan və Özbəkistanda rəsmi olaraq açıqlanıb

Oxşar xəbərlər