top
Səmir Abasov: Neftçidə çalışmaq Sumqayıtda çalışmaqdan daha çətindir Sport24.az
13 aprel 2025, 22:32
- ↺ +

Səmir Abasov: "Neftçi"də çalışmaq "Sumqayıt"da çalışmaqdan daha çətindir

"Neftçi" Misli Premyer Liqasının 30-cu turu çərçivəsində evdə "Zirə"yə 1:4 məğlub olub. Sport24.az xəbər verir ki, paytaxt klubunun baş məşqçisi Samir Abasov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

 

- "Neftçi" hesabda 3:0, 4:0 olanda da azarkeşlər oyunun sonunu gözləməyə qorxurlar. Yayda qurulan komandanın gücü bir hissəyə çatır? Siz hesabda irəlidə ola-ola uduzmağı nə ilə əlaqələndirirsiz?

- Problemlərimizi bilirik. Deyirlər bilirsizsə, niyə çözmürsüz? Çox çətin prosesdir. Bizim hər oyunda baş verən prosesləri deyirəm. Əfsuslar olsun ki, bəzi komponentləri dəyişməkdə çətinlik çəkirik. İki qol vurduq, Ağadadaş Salyanski təkbətək çıxıb, rəqibə qırmızı vərəqə aldıra bilərdi. Rəqibin etdiyi hər hücum təhlükəli epizodla bitir. Bunu aradan qaldıra bilmirik. Bu, reallıqdır, deməliyik. Motivasiya ilə oyuna çıxmağa çalışırıq. Bu gün uduzduğumuz oyun, baş verən proseslər dediyimiz problemlərin təsdiqidir. Birə-bir mübarizələri uduzuruq. Gizlədiləsi bir şey yoxdur. Statistika da hər şeyi göstərir. Təsəlli olaraq kubok qalıb. Çox çətin oyuna gedirik. Olan problemləri daha da çox qabardıb burada çox danışmaq istəmirik. Bu sezonu qurtaracaq oyuna çıxmalıyıq. O oyunda daha başqa motivasiya ilə, karyeramızın son matçına çıxırıq kimi oynamalıyıq. Zaman göstərəcək. Bildiyimiz şeylər başımıza gəlir. Onları aradan qaldırmağa çətinlik çəkirik. Bu sezon çox çətin görünür. Çox şeyləri mətbaut konfransında açıb deyə bilmirik. 

 

- "Sabah"la kubok matçında geridönüşə inanırsız?

- İnanıram. "Turan Tovuz"la oyundan sonra "Sabah" da kuboka son çıxış yolu kimi baxır. Bu gün nə qədər üzücü olsa da, faciə olsa da, xeyirli bir şey çıxarmağa çalışacağıq.

 

- Azarkeşlərlə də görüşmədiz. Bütün bunların sonunda özünüzün bu məğlubiyyətlərdə rolunuzu görürsüz?

- Çox yaxşı sualdır. İnkişaf etmək istəyiriksə, özümüz özümüzü də analiz etməliyik. Ən yaxşı yol özündə günah görüb, özünü tənqid edib, daha da yaxşılaşdırmaqdır. Bütün məğlubiyyətlərdə günah baş məşqçidədir. Baş verən proseslərdə günahımız var. Amma əl-qolumuzu sallamalı deyilik. Bilirdik ki, çətin dönəmdə gəlirik, problemli komandanı götürürük. Bilirdik ki, günahkar kimi baş məşqçini görəcəklər. Bu cür faciə olan oyunlardan...Həqiqətən faciədir. Nəticə çıxarmalıyıq.

 

- Rəşad Sadıqov bildirdi ki, Samir Abasov yaxşı komanda hazırlayıb. Həmkarınızın tərifini necə şərh edərdiz?

- Sağ olsun, təşəkkür edirəm. Bütün həmkarlarımla yaxşı münasibətdəyəm. Onlar özləri bilir də, nə yolun yolçusuyam, heç bir baş məşqçini tənqid etməyi xoşlamıram. Burada utanmadan dilə gətirənlər də var. Şükürlər olsun ki, tək-tük olsa da, bizim futbolumuzda öz "stoyka"sını saxlayan insanlar var. Rəşad kimi. Az olsa da, var. İş başındayıq. Allahdan arzu edirəm ki, bu cür insanlar həmişə iş başında olsun və ondan da yüksək yerlərdə işləsin.

 

- "Sumqayıt"ın büdcəsi "Neftçi"dən aşağıdır, orada daha aşağı maaşa futbolçular oynayır. Onlarla işləmək çətin idi, yoxsa "Neftçi"nin futbolçuları ilə? Ümumiyyətlə, "Neftçi" səviyyəsində, iddialı olacaq kollektiv yığışıb?

- "Neftçi"də işləmək "Sumqayt"da işləməkdən daha çətindir. "Sumqayıt"da klub tərəfindən məqsədlər bir yana, baş məşqçi kimi iddian var və o yolu daha rahat gedə bilirsən. Planı rahat qura bilirsən. Burada isə hər oyunda qalibiyyət olmalıdır deyə, narahatlıq var. Baxmayaraq ki, komandanı sən yığmamısan, hazırlamamısan. "Neftçi"də ikinci dönəmim olduğuna görə, bizim duruşumuz birinci dönəmdən fərqlənir. Bunları keçdiyimə görə, alışmışam, hər şeyi gözümüzün qabağına alaraq gəlmişik. "Neftçi"də çətindir. "Sumqayıt"a yeni gedəndə, məqsəd çempionatda qalmaq idi, öhdəsindən gəldik. Sonra Konfrans Liqasına da getdik. "Neftçi"də çətin olsa da, çalışırıq. Amma iddialı məsələsinə gəldikdə, xeyr iddialıdan uzaq komandayıq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Gimnastika
Dünən, 23:54

Azərbaycan Milli Komandası Dünya Çempionasında Medal Qazanıb Vətənə Qayıdı

Futbol
Dünən, 23:36

De la Fuente: Yamalın sağlamlığını önə çəkərək Çexiya oyunundan çıxarmadıq

Futbol
Dünən, 23:21

Tçuameni Fransa Milli Takımı üçün iki oyunu qaçırma riskində

Voleybol
Dünən, 23:01

“Turan” qadın voleybol komandası Maritsa’yı 3:0 məğlub etdi, çempionlar liqasının qrup mərhələsinə yüksəldi – İDMAN.BİZ TOVUZDAN

Basketbol
Dünən, 22:44

"Sabah"ın baş məşqçisi Lazar Spasiç "Trabzonspor"a qalibiyyəti (91:72) dəyərləndirdi: "Azərbaycanlılar komandaları ilə fəxr etmelidir"

Basketbol
Dünən, 22:35

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının IV turunda qələbə qazandı

Voleybol
Dünən, 22:35

Turan" prezident Həsən Zeynalov: 3:0 qələbə ilə CEV Çempionlar Liqasına yüksələldik, mümkün olmayan heç nə yoxdur

Futbol
Dünən, 22:29

Cerrard: Yamal 19 yaşında Ronaldudan daha qabaqdadır

Gimnastika
Dünən, 22:19

Maqsud Mahmudov: Gümüş medal qazandıq, gələn il belaruslu rəqibləri məğlub edib qızıl medal istəyirik

Gimnastika
Dünən, 22:19

Tofiq Əliyev: Dünya Çempionatında Gümüş Medal Qazandım, Lakin Finalda Risk Etməliydim

Gimnastika
Dünən, 22:08

Mixail Malkin: Zədəyə baxmayaraq, gələcəkdə qızıl medal qazanacağımıza inanırıq;

Futbol
Dünən, 22:01

Latsio 23 yaşlı müdafiəçi Romano Floriani ilə müqavilə uzatdı

Futbol
Dünən, 21:49

İtaliya Futbol Federasiyası Qalliani şikayətinə cavab verir

Gimnastika
Dünən, 21:42

Selcan Mahsudova batut gimnastikası üzrə dünya çempionatında gümüş medal qazanmaqla tarixə yönəldikləri üçün sevindiyini bildirib;

Voleybol
Dünən, 21:38

Turanın baş məşqçisi: Bakıda belə ajiotaj yoxdur

Oxşar xəbərlər