top
Səməd Nəsibov Turan Tovuzun yeni təyinatlarından danışdı: Peşəkarlıq önəmlidir Idman.biz
06 iyul 2025, 22:47
- ↺ +

Səməd Nəsibov "Turan Tovuz"un yeni təyinatlarından danışdı: Peşəkarlıq önəmlidir

"Uzun axtarışlardan sonra məhz bu mütəxəssislərin üzərində dayandıq".

İdman.biz xəbər verir ki, bu sözləri Offsideplus.az-a açıqlamasında "Turan Tovuz"un idman və əməliyyatlar üzrə direktoru Səməd Nəsibov klubdakı yeni təyinatlarla bağlı danışarkən deyib.

Bir gün əvvəl Tovuz təmsilçisinin əsas komandasına 3 təyinat baş tutub. Qazaxıstanlı Aleksandr Kornilova həkim, italiyalı Marko Kaserə fiziki hazırlıq üzrə məşqçi, onun həmyerlisi Vinçenzo Çestaroya isə atletik hazırlıq üzrə məşqçi vəzifəsi tapşırılıb.

Nəsibov sözügedən təyinatlara münasibət bildirib: "Klubun maliyyə şərtlərinə uyğun yüksək peşəkarlığa malik şəxslər axtarırdıq. Onlardan biri - Aleksandr Kornilovla əvvəllər çalışdığımız üçün işinə bələdik. Digər ikisinin isə italyan olması sırf təsadüfdür. Bizim üçün çalışacağımız mütəxəssisin hansı ölkədən olmasının və milli mənsubiyyətinin heç bir əhəmiyyəti yoxdur. Önəmli olan peşəkarlığıdır".

Klub rəsmisi vurğulayıb ki, "Turan Tovuz"da xarici məşqçilərlə əməkdaşlıq yeni təcrübə deyil: "İki il öncə də bizdə ispan məşqçi vardı. Ondan əvvəllər də xarici məşqçilərlə çalışmışıq. Futbol dünyasında belə bir fikir var ki, ispan və italyan fiziki hazırlıq məşqçiləri nisbətən daha peşəkar olur. Çünki onların məktəbləri daha yaxşıdır. Düzdür, biz öncədən məhz bu millətlərdən məşqçi axtarmırdıq, ancaq yekunda belə alındı. Çempionatın gedişində akademiyadakı gənc məşqçiləri də sözügedən mütəxəssislərlərlə iş prosesinə cəlb edəcəyik. Əcnəbi mütəxəssislər bu gün var, sabah yoxdur. İstəyirik ki, bizim özümüzdə də peşəkar mütəxəssislər yetişsin".

Qeyd edək ki, hər 3 mütəxəssislə 1 illik müqavilə imzalanıb.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Futbol
Dünən, 22:17

Manchester United futbolçuları Michael Carrickin vəzifəsindən kənarlaşdırılmasını gözləyir

Futbol
Dünən, 22:02

Trabzonspor 4-3 Rize, Beşiktaş 2-0 Başakşehir: Türkiyə Super Liqası

Futbol
Dünən, 21:57

Murad Məmmədov zədəni sağaldı və Pafos üçün növbəti oyunda çıxdı

Oxşar xəbərlər