Şotlandiyanın "Seltik" klubu Avropa Liqasının üçüncü turunda Avstriyanın "Şturm" klubu ilə rastlaşıb.
İdman.Biz bildirir ki, oyun 2:1 şotlandiyalıların qələbəsi ilə başa çatıb.
Qolları meydan sahiblərindən Liam Skeylz (61) və Benyamin Nüqren (64) vurublar. Qonaqların heyətində Tomi Xorvat (15) fərqlənib.
"Seltik" üç oyundan sonra 4 xal toplayıb, "Şturm"un isə 3 xalı var.