"Barselona"nın gənc vunderkindi Lamin Yamal "Selta"ya qarşı oynamayacaq. Sport24.az xəbər verir ki, bu barədə "kataloniyalılar"ın baş məşqçisi Hans Flik məlumat yayıb.
Təcrübəli çalışdırıcı 17 yaşlı cinah oyunçusunun zədə səbəbindən "Selta"yla oyunda iştirak etməyəcəyini bildirib:
"Onun 100% sağalmasına ehtiyacımız var. Sabah oynamayacaq. Yamal çox vacib oyunçudur, nə vaxt meydana çıxa biləcəyini birlikdə görəcəyik".
Futbolçu noyabrın 7-də Çempionlar Liqasında "Srvena Zvezda" ilə oyunda (5:2) topuq biləyindən zədə alıb.