top
Səlhab Məmmədov: Cenevrədəki heykəlin FIFA tərəfindən sülh mükafatı üçün seçilməsi gözlənilməz idi Idman.biz
08 dekabr 2025, 14:34
- ↺ +

Səlhab Məmmədov: Cenevrədəki heykəlin FIFA tərəfindən sülh mükafatı üçün seçilməsi gözlənilməz idi

ABŞ Prezidenti Donald Trampa Dünya Çempionatı-2026-nın Vaşinqtonda keçirilən püşkatma mərasimi zamanı təqdim olunan "sülh mükafatı" üçün hazırlanmış bürünc heykəlcik həm dünya futbolunda, həm də Azərbaycanda böyük marağa səbəb olub.

Sonradan məlum olub ki, həmin heykəlcik Səlhab Məmmədov və Əli İbadullayevin müəllifi olduğu məşhur "Düşüncələr və xəyallar" heykəlinin mini-nüsxəsidir. Bu əsərin orijinalı hazırda Cenevrədə - BMT-nin baş qərargahının qarşısında yerləşir.

İdman.Biz məsələ ilə bağlı heykəlin müəlliflərindən biri - Xalq rəssamı, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının prorektoru və Rəssamlar İttifaqı sədrinin birinci müavini Səlhab Məmmədovdan eksklüziv açıqlama alıb.

"FIFA bütün futbol federasiyalarına müraciət edib bu yeni nominasiyanı, sülh mükafatının heykəlciyi üçün öz variantlarını təqdim etmələrini istəmişdi. Bizim Əli İbadullayevlə birgə yaratdığımız heykəl onların da diqqətini çəkibmiş. Düşünürəm ki, onu ona görə seçdilər ki, əsər təşkilatın dəyərlərini əks etdirir və bu nominasiyaya mükəmməl şəkildə uyğun gəlir. Heykəl yer kürəsi həm də futbol topunu simvolizə edir; müxtəlif ölkə və qitələrin insanları onu birgə tutur. Heykəlin nüsxəsi ilə yanaşı, bizdən medal və xatirə nişanı hazırlamağı da sifariş etdilər. Çünki nominasiyanın qalibinə yalnız heykəlcik deyil, həmin komplekt tam şəkildə təqdim olunacaq", - deyə Səlhab Məmmədov bildirib.

"Əlbəttə, dünya futbolunda bu şəkildə iz qoyduğumuza və belə əhəmiyyətli bir mükafat üçün məhz azərbaycanlı heykəltəraşların əsərinin seçilməsinə çox sevinirəm. Yeddi il əvvəl dördmetrlik heykəlimiz BMT-nin qarşısında ucaldılan zaman onun bir gün FIFA-ya lazım olacağını heç təsəvvür etmirdik. Açığı, bu mükafat ətrafında belə böyük ajiotaj olacağını da gözləmirdim", - Xalq rəssamı əlavə edib.

Vüqar Vüqarlı

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 06:01

Milanın baş məşqçisi Ruben Amorim, Manchester United kapitanı Bruno Fernandeşi cəlb etmək istəyir

Futbol
Bu gün, 05:11

PSJ-nin ardıcıl ikinci il Qızıl Top mükafatını qazanması böyük qürurdur

Futbol
Bu gün, 04:47

Harri Keyn 30 ildən sonra Bundesliqanın ilk Qızıl Top mükafatını qazandı

Futbol
Bu gün, 04:13

Lamin Yamalın əmisi Ballon d'Or səsverməsini tənqid etdi: “Keynin oynamağa üç günü qalıb”

Futbol
Bu gün, 03:34

Harry Kane “Qızıl top”un qalibi bəlli oldu

Futbol
Bu gün, 03:12

Keyn 25 ildən sonra “Qızıl top”u qazandı, London yubiley mərasimində İspaniya və Barselona qalib gəldi

Futbol
Bu gün, 02:06

“Sevilya” Osasuna’yı 2-0 hesabı ilə məğlub etdi - VİDEO

Futbol
Bu gün, 01:44

İspaniya milli komandası baş məşqçisi Luis de la Fuente 'İlin məşqçisi' mükafatını qazanıb

Futbol
Bu gün, 01:30

PSJ, ‘Lion’u 2:0 məğlub edərək Liqa 1 liderliyini ələ alıb

Futbol
Bu gün, 01:25

Britaniyalı yuxu məşqçisinin Cristiano Ronaldonun qeyri‑adi vərdişləri barədə açıqlamaları

Futbol
Bu gün, 01:20

Lamin Yamal, Üçüncü Dəfə Yılın Ən Yaxşı Gənc Futbolçusunu Qazanır

Futbol
Bu gün, 01:00

Lamin Yamal "İlin gənc istedadı" mükafatını üçüncü dəfə qazanaraq tarix yazdı

Qarabağ FK
Bu gün, 00:59

Qarabağ – Dinamo matçının hakimləri: Estoniyalı Karl Koppel, Riivo Stolts, Tor Vaas və dördüncü Ali Əliyev

Futbol
Bu gün, 00:43

Xankəndi baş məşqçisi: Kubokda rotasiya, əsas hədəf liqada qalmaq

Futbol
Bu gün, 00:32

Qalatasaray 2-1 Fənərbağça: Osimhenin qolları liderliyini qorudu

Futbol
Bu gün, 00:28

İstanbul derbisində Qalatasaray 2-1 qalib gəldi

Şahmat
Bu gün, 00:07

Murad İbrahimli “Şirvan Open” beynəlxalq şahmat festivalının A qrupunda birincilik qazandı

Futbol
Dünən, 23:43

Mbappe "Qızıl Top" tarixində ilk onluğa ardıcıl doqquzuncu dəfə daxil olan ilk fransalı futbolçu oldu

Futbol
Dünən, 23:30

İspaniya mətbuatı Bakıda yeni U-15 futbolistlərini axtarır

Futbol
Dünən, 23:17

Qızıl Top rəsmi saytının səhv paylaşımı: 2026-cı ilin qalibləri barədə yanlış məlumat

Futbol
Dünən, 23:15

Cristiano Ronaldo 30 günlük qəsdən sonra Portuqaliya milli komandasında oyuna qayıdır

Futbol
Dünən, 22:58

Qızıl Top rəsmi saytında qalibin fotoşəkili erkən yayımlandı

Futbol
Dünən, 22:40

Napoli baş məşqçisi Massimiliano Alleqri iki oyunluq diskvalifikasiya və 10 min avroluq cərimə aldı;

Futbol
Dünən, 22:35

Arsen Venger: VAR artıq futbolun ayrılmaz hissəsidir

Oxşar xəbərlər