top
Şelburn - Qarabağ: Qarşılaşma öncəsi təhlil və gözləntilər Idman.biz
Bu gün, 14:28
- +

"Şelburn" - "Qarabağ": Qarşılaşma öncəsi təhlil və gözləntilər

"Qarabağ" avrokuboklarda adından söz etdirməyə başlayandan 2-ci təsnifat mərhələlərini, əsasən, rahat keçdiyindən bu dəfə də Azərbaycan çempionuna ümidlər böyükdür. Komanda yalnız 2023-cü ildə "Rakov"la oyunlarda çətinlik çəkmiş, iki qarşılaşmanın nəticəsinə əsasən Polşa klubuna uduzmuşdu – 1:1, 2:3. Amma bu dəfəki rəqib "Şelburn" güclülərdən sayılmır.

Avrokuboklarda diqqətəlayiq uğurları yoxdur. Yalnız uzaq 2004-cü ildə "Zirə"nin hazırkı rəqibi Split "Hayduk"unu UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsindən kənarlaşdıraraq (2:0, 2:3) üçüncü mərhələyə çıxmasını qeyd etmək mümkündür.

Üstəlik "Qarabağ" üçün irlandlarla ilk qarşılaşma təcrübəsi də uğurlu olub. Təmsilçimiz 2019-cu ildə UEFA Çempionlar Liqasının elə 2-ci təsnifat mərhələsində qarşılaşdığı "Dandolk" səddini rahat keçib – 3:0, 1:1. Amma ötən mövsümün yekunları əsasında yenilənmiş UEFA reytinqində Azərbaycanın 30-cu, İrlandiyanın isə 31-ci pillədə yer alması iki ölkənin çempionatlarının təxminən eyni səviyyədə olduğunu göstərir.

"Şelburn" ötən mövsüm 18 illik fasilədən sonra öz ölkəsində çempionluğu qazansa da, cari mövsüm ümidləri doğrultmur. 25 turdan sonra beşinci yerdədir və lider "Şemrok Rovers"dən də 14 xal geri qalır. Yalnız iyulda hələ ki, məğlub olmamaları faktı diqqəti çəkir: bütün turnirlərdə 4 oyunda 3 qələbə.

Rəqibin hazırkı heyətində, əsasən, irlandlar oynayırlar – amma onlar milli komanda səviyyəsində futbolçular deyillər. Daha çox İngiltərə liqalarında çıxış edənlərə üstünlük verən İrlandiya millisinə sonuncu dəfə 2006-cı ildə "Şelburn"dan oyunçu dəvət olunub.

"Qarabağ"ın bu yay heyətinə qatdığı yeni oyunçulardan da yalnız mərkəz müdafiəçisi Sami Mmaee milli komandada çıxış etmək təcrübəsinə malikdir. Anası mərakeşli olduğundan Mərakeş millisini seçsə də, 2020-ci ildən bəri orada cəmi 10 oyunda forma geyinməsi, həmin komandada ondan daha güclü futbolçuların yer almasının göstəricisidir.

Bununla belə, Mmaee müdafiədə dirənişli və əzmkar oynaması, fiziki gücü, hücumlara qoşulmaq həvəsi (əvvəlki iki klubunda beş mövsümə ümumilikdə 7 qol da vura bilib) ilə diqqəti çəkir.

Görünür, onun "Ferentsvaroş" (bir oyunda oynayıb, onda da 57-ci dəqiqədə zədələnərək əvəzlənib) və xüsusilə də Zaqreb "Dinamo"sunun heyətində "Qarabağ"a (hər iki oyunu əvəzlənmədən keçirib, Bakıda sarı vərəqə ilə cəzalandırılıb) qarşı matçlarda göstərdiyi oyun Qurban Qurbanovun diqqətini o qədər çəkib ki, onu icarə əsasında komandaya götürməyə razı olub. Halbuki "Qarabağ" hansısa oyunçunu müvəqqəti heyətə cəlb etmək üsulundan nadir hallarda istifadə edir. Sonuncu dəfə 2022-ci ildə qapıçı Luka Quqeşaşvilinin icarə əsasında "Qarabağ"a gəlməsini xatırlamaq mümkündür.

Digər transferlərdən braziliyalı dayaq yarımmüdafiəçisi Pedro Bikalyo "Palmeyras"ın oyunçusu kimi gəlsə də, nə klublararası dünya çempionatında iştirak edib, nə də bu komandanın son illərdəki uğurlarında imzası var. Çünki vaxtının çoxunu icarələrdə keçirib, son olaraq da Portuqaliyanın aşağı liqalarında "Alverka"da oynayıb.
Amma "Qarabağ"ın Portuqaliya çempionatından (hətta aşağı liqadan) transferlərini uğurlu saymaq mümkündür. Kevin Mediana, Kadi Borges, Julio Romao və Juninyonu xatırlamaq mümkündür.

Bu məqamı nəzərə alan Azərbaycan çempionu Portuqaliya bazarında fəallığını davam etdirir.

Sürətinə görə Usein Boltun şərəfinə onun soyadını götürən braziliyalı sağ cinah müdafiəçisi Dani Bolt və kot d"ivuarlı mərkəz yarımmüdafiəçisi Kris Kuaku Portuqaliyanın aşağı liqasından təşrif buyurublar.

Yeni transferlər müdafiə və yarımmüdafiə xəttinə aid olduğuna görə "Qarabağ" hücumda yenə Emmanuel Addai, Musa Qurbanlı və Nəriman Axundzadənin ümidinə qalacaq. Amma əlbəttə ki, komandada qol vurmağı bacaran Leandro Andrade, Kadi Borges və Abdullah Zubir kimi yarımmüdafiəçilər də var.

Gedən futbolçulardan isə yalnız Yassin Benzia komanda üçün itki sayıla bilər.

Xarici komandalarla yoxlama görüşlərinə gəlincə, "Qarabağ" Avstriyadakı ilk sınaq oyununda "Metallist 1925"ə (Ukrayna) 4:5 hesabı ilə uduzub. Ardınca "Tvente" (Niderland) ilə iki matç keçirib - 3:2, 1:2. Daha sonra "Zalsburq"la (Avstriya) oyunda da uğursuzluq qeydə alınıb - 1:2.

Hazırlıq zamanı məğlubiyyətlərin sayının çoxluğu, həmçinin bəzi oyunlarda məhsuldarlığın yüksək olması da diqqəti çəkir. Hər halda "Tvente" ilə qarşılaşmalardan sonra "hər iki matçda komandamızın çıxışı gələcəyə ümid verdi" deyən Qurban Qurbanovun böyük təcrübəsinə əsaslanan sözlərinə inanaq.

Qeyd edək ki, bu gün İrlandiyanın paytaxtı Dublində "Tolka Park" stadionunda keçiriləcək və xorvatiyalı hakim Ante Çulinanın idarə edəcəyi "Şelbrun" - "Qarabağ" qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Rasim Mövsümzadə

İdman.biz

Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 21:15

Markus Reşford icarə əsasında "Barselona"ya keçib

Futbol
Bu gün, 21:15

Elmar Baxşıyev: "Aris"lə oyunda daha artığını etməyə gücümüz var

Futbol
Bu gün, 21:04

"Zirə" - "Hayduk": Konfrans Liqası matçı bərabərliklə başa çatdı

Futbol
Bu gün, 21:04

Saul Niqes "Atletiko"dan ayrıldı

Cüdo
Bu gün, 21:01

Azərbaycan cüdoçuları Avropa Gənclər Yay Olimpiya Festivalında 6 medalla liderdir

Futbol
Bu gün, 21:00

"Zirə" və "Hayduk" arasında hesab bərabərləşdi

Futbol
Bu gün, 20:57

Viktor Pau "Barselona"dan "Braqa"ya Keçməyə Yaxındır

Futbol
Bu gün, 20:43

"Napoli" qapıçı və yarımmüdafiəçi mövqeləri üçün transferlərə hazırlaşır

Futbol
Bu gün, 20:34

UEFA Konfrans Liqası: "Zirə" - "Hayduk" matçı - Hesab açılıb, ikinci hissə başlayıb - YENİLƏNİB-3

Futbol
Bu gün, 20:32

Konfrans Liqası: "Zirə" "Hayduk"u məğlub etdi - 1:0

Futbol
Bu gün, 20:28

Konfrans Liqası: "Zirə" "Hayduk" üzərində qələbə qazandı

Futbol
Bu gün, 20:24

Ürfan Abbasov: "Aris"in zəif nöqtələrindən istifadə edərək qələbə qazanmağa çalışacağıq

Futbol
Bu gün, 20:21

"Sumqayıt" FK Əlcəzairli Futbolçu Rayan Senhadji ilə Müqavilə İmzalayıb

Futbol
Bu gün, 20:17

"Zirə" - "Hayduk" matçının ilk yarısı "Zirə"nin üstünlüyü ilə başa çatıb - YENİLƏNİB

Futbol
Bu gün, 20:10

"Zirə" "Hayduk"u məğlub etdi

Cüdo
Bu gün, 20:05

Universiada: Azərbaycanlı cüdoçuların çıxışları - Vəziyyət dəyişir/YENİLƏNİB/FOTO

Futbol
Bu gün, 20:01

Konfrans Liqası: "Zirə" "Hayduk"a qalib gəldi - NƏTİCƏ

Futbol
Bu gün, 20:00

"Zirə" - "Hayduk" oyununda hesab açıldı: Konate fərqləndi

Voleybol
Bu gün, 19:58

Çimərlik voleybolu üzrə Azərbaycan çempionatında yarımfinal oyunlarının vaxtı açıqlanıb

Futbol
Bu gün, 19:58

Ürfan Abbasov: "Sabahkı oyuna yaxşı hazırlaşmışıq, rəqibi təhlil etmişik"

Futbol
Bu gün, 19:58

"Portu" Danimarka millisinin üzvü Viktor Froholdtu 20 milyon avroya transfer edib

Futbol
Bu gün, 19:51

"Sumqayıt" Rayan Senhadji ilə müqavilə imzalayıb

Futbol
Bu gün, 19:50

Konfrans Liqası: "Zirə" - "Hayduk" matçı başladı

Futbol
Bu gün, 19:49

Qusarda faciə: Veteran futbolçu Eldar Əlixanov oyun zamanı vəfat etdi

Oxşar xəbərlər