"Qarabağ"ın son dəqiqə qolları "Şelburn"un Çempionlar Liqası ümidlərini puç etdi".
İdman.biz xəbər verir ki, İrlandiyanın "Irishmirror" nəşri dünən "Qarabağ"la "Şelburn" komandalarının oyunu barədə yazını belə başlıqla təqdim edib.
"Şelburn" aciz qaldı – "Qarabağ" Çempionlar Liqasının ikinci təsnifat mərhələsində səviyyə fərqini nümayiş etdirdi". Bu da "Irishexaminer"in manşetidir.
RTE də Azərbaycan çempionunun ünvanına iltifat etməkdən çəkinməyib: "Qarabağ" "Tolka" stadionunda "Şelburn"u amansızcasına cəzalandıraraq ustalığını göstərdi".
"Irishtimes" isə öz komandalarını cəsur adlandırıb: "Cəsur "Şelburn" "Qarabağ"ın son dəqiqə hücumları qarşısında tab gətirə bilmədi".
Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqası 2-ci təsnifat mərhələsinin ilk oyunu çərçivəsində İrlandiyada yerli "Şelburn"a 3:0 hesabı ilə qalib gəlib.
İdman.biz