"Liverpul"un hücumçusu Məhəmməd Salah klubla müqavilə müddətini artırması barədə danışıb. Sport24.az xəbər verir ki, misirli futbolçu bunları deyib:
"Klubun tarixinə əsaslanaraq, müqavilə müddətini artırmaq şansını 10 faiz qiymətləndirdim. Klubun fəlsəfəsi belədir, əvvəllər 30 yaşdan yuxarı futbolçularla necə davrandıqlarını bilirəm. Düzü, "Liverpul"da qalacağımı gözləmirdim. Düşünürəm ki, klub hələ də onlara töhfə verib-verməyəcəyimi görmək üçün məni sınayırdı. Mən daha çox istəmirdim, sadəcə iki illik müqavilə istəyirdim".
31 yaşlı vingerin bu mövsümün sonunda başa çatmalı olan müqaviləsi 2027-ci ilə qədər uzadılıb.