top
Səkkiz ildən sonra: 9 qat çempionun 9 xalı İdman.biz
06 noyabr 2024, 13:22
- ↺ +

Səkkiz ildən sonra: 9 qat çempionun 9 xalı

Misli Premyer Liqasında mövsümün təxminən 1/3 hissəsi arxada qalıb.

İdman.biz xəbər verir ki, ilk 12 turun yalnız təxirə salınan iki oyunu baş tutmayıb.

İki baş məşqçi ilə 9 xal
Çempionatın arxada qalan hissəsinin ən böyük uğursuzu "Neftçi"dir. 9 qat ölkə çempionu mövsüm ərəfəsindəki transferləri və Roman Qriqorçuku baş məşqçi təyinatı ilə iddialı olacağı siqnalı versə də, "ağ-qaralar" nəinki çempionluq, hətta avrokubok mübarizəsindən çox uzaq düşüb.

10 komanda arasında 8-ci olan komanda 9 turdan sonra baş məşqçisini də dəyişib. Qriqorçuk və onu əvəzləyən Samir Abasovun dövründə ümumilikdə 9 xal yığılıb.

Səkkiz ildən sonra
"Neftçi" hər turda orta hesabla 1-dən də aşağı, cəmi 0,75 xal toplayıb. Doqquzqat çempionun 9 xal yığmasının nə qədər acınacaqlı olmasını tarix də göstərir.

Azərbaycan çempionatlarının daimi iştirakçısı 33-cü mövsümündə öz antirekordunu təkrarlayıb. 8 il əvvəl də ağır günlərini yaşayan "Neftçi" ilk 12 oyununda vur-tut 9 xal yığmışdı.

Görünməmiş eniş
Avrokuboklardan kənar qalmaq kimi uğursuzluğun qeydə alındığı ötən mövsümün müvafiq dövründə Bakı klubunun 18 xalı var idi. Bu, indiki göstəricidən 2 dəfə artıqdır.

Tarixə nəzər salsaq, əvvəlki mövsümlə müqayisədə belə eniş olmayıb. İlk dəfə "ağ-qaralar" 12 turdan sonra bir il əvvəlkinin yarısı ilə kifayətlənib.

Tarixdə 6-cı dəfə
Daim liderlər sırasında olan paytaxt təmsilçisi adətən 12 tura 20 və ya daha çox xal yığıb. 33 mövsümdə 6-cı dəfə belə göstərici əlçatmaz olub.

Ümumiyyətlə, "Neftçi" ilk dəfə 2008/09 mövsümündə "20"yə çatmayıb. Düzdür, ilk 4 mövsümdə qələbəyə 3 deyil, 2 xal verilib. Müqayisənin düzgün olması üçün həmin illərdə də indiki qaydanı tətbiq etsək, ilk 4 çempionatdakı 12 turda ən aşağı göstərici 23 xala bərabərdir. İlk dəfə 2008/09 mövsümündə xal hesabında 20-yə çatmayan "ağ-qaralar" 2015-17-ci illərdə ardıcıl üç çempionatda belə uğursuzluq yaşayıb. 2015/16 və 2017/18 mövsümlərində 2008/09-dakı 13 xalla göstərici təkrarlanıb, 2016/17 isə antirekordla yadda qalıb. Sonrakı 5 il daha yaxşı səviyyədə keçsə də, həm ötən, həm cari mövsüm yenə uğursuz başlayıb.

Unudulmaz "92"
"Neftçi"nin tarixində ən yaxşı 12 oyunluq start isə ilk çempionata təsadüf edib. Həmin vaxt Əhməd Ələsgərovun komandası ardıcıl 12 qələbə ilə o vaxtkı qayda ilə 24 xal yığıb. Bu, indiki hesablama ilə 36 xala bərabərdir. Həmin nəticə isə cari mövsümdəkindən 4 qat üstündür.

1992-ci ilin unudulmaz seriyası sonradan startda təkrarlanmasa da, daha üç dəfə 30 xal səddi fəth olunub. Çempionatın ilk 12 oyununun nəticələri 1994/95 və 2000/01 mövsümlərində 32, 1996/97-də isə 31 xala uyğun olub.

"Neftçi"nin ilk 12 oyunda topladığı xallar
1992 - 36
1993 - 23
1993/94 - 23
1994/95 - 32
1995/96 - 27
1996/97 - 31
1997/98 - 20
1998/99 - 21
1999/2000 - 26
2000/01 - 32
2001/02 - 26
2003/04 - 29
2004/05 - 26
2005/06 - 21
2006/07 - 21
2007/08 - 24
2008/09 - 13
2009/10 - 20
2010/11 - 27
2011/12 - 25
2012/13 - 21
2013/14 - 25
2014/15 - 22
2015/16 - 13
2016/17 - 9
2017/18 - 13
2018/19 - 29
2019/20 - 21
2020/21 - 21
2021/22 - 20
2022/23 - 25
2023/24 – 18
2024/25 – 9

Qeyd edək ki, ilk 4 mövsümdə qələbəyə görə 2 xal verilsə də, siyahıda indiki qaydalara uyğun göstərilib.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 15:19

Şahrudin Məhəmmədalyev "Qarabağ"da 100-cü Premyer Liqa matçını keçirib

Voleybol
Bu gün, 15:13

"Turan" Azərbaycan komandası qrup mərhələsinə vəsiqə qazanmaq üçün hazırlaşıyor

Futbol
Bu gün, 15:05

Hossam Həsən Misir Milli Komandasından çıxarılıb, Əli Maher yeni baş məşqçi təyin edildi

Şahmat
Bu gün, 14:54

Azərbaycan şahmatçıları Avropa çempionatının müxtəlif yaş qruplarında liderdir

Futbol
Bu gün, 14:45

Araz-Naxçıvan son dörd mövsümün ən pis nəticəsini təkrarladı

Futbol
Bu gün, 14:21

Qalatasaray’da zədə şoku davam edir: Osimhen və Leao da yaralanıb

Futbol
Bu gün, 14:03

Lənkəranda ilk dəfə Qızlar U-12 Futbol Liqası başlandı

Futbol
Bu gün, 13:51

AFFA-nın milli futbolçuları üçün danışılmış oyunlarla mübarizə təlimi keçirildi

Futbol
Bu gün, 13:42

18 yaşlı Rus futbolçu Azərbaycan U-21-ə qoşuldu

Futbol
Bu gün, 13:40

David Silva 40 yaşında yenidən sahədə, ən yaxşı oyunçu seçildi

Digər
Bu gün, 13:35

Binə Atçılıq Mərkəzində "Zəfər Kuboku" uğrunda yorğa at yarışları keçirildi

Futbol
Bu gün, 13:24

Ferran Torresun Barselona klubuna geri dönmə ehtimalları gündəmdə

Futbol
Bu gün, 13:13

Bavariya■ Nın İdman Direktoru Keynin İngiltərə millisinə çağırılmasının faydalı olacağını bildirib

Futbol
Bu gün, 13:11

Can Naibov, Rusiya klubunun futbolçusu, Azərbaycan U-21 milli komandasının düşərgəsinə qoşuldu

Futbol
Bu gün, 13:04

Mançester Siti Premier Liqada 122 ildən sonra ilk dəfə 7 qələbədən sonra ardıcıl 3 məğlubiyyət alıb

Digər
Bu gün, 12:49

Prezident İlham Əliyev Xankəndidən Zəfər Günü münasibətilə xalqa müraciət edib

Qarabağ FK
Bu gün, 12:45

"Flamenqo"nun 2025-ci ilin çempionu Juninyo "Pumas"dakı uğurlu performansı ilə mövqeyini möhkəmləndirib

Futbol
Bu gün, 12:40

Qalatasarayın portuqaliyalı vingeri Rafael Leao əzələ zədəsi səbəbindən Portuqaliya millisinin qarşısını verə bilməyəcək

Formula 1
Bu gün, 12:33

Ferrari içində gərginlik yüksəlir: Hamilton və Leclerc arasında anlaşmazlıq

Digər
Bu gün, 12:25

Conni Uoker 3-cü raundda Valdo Kortes-Akostanı nokautla məğlub etdi

Şahmat
Bu gün, 12:15

Şahmatçımız Nicat Abasov Almaniyadakı Bavariya Açıq Çempionatında ilk məğlubiyyətini aldı

Digər
Bu gün, 12:00

Milli futsal komandası Latviyaya qarşı DÇ-2028 əsas mərhələsində

Futbol
Bu gün, 11:54

Fiorentina azarkeşləri Juventusdan keçən futbolçular üçün “donqardan xilas olmaq” ritualı təşkil edir

Futbol
Bu gün, 11:32

Zəfər Günü: Vətən Müharibəsi İştirakçısı Araz Balayevlə Futbolun Moral Gücü

Oxşar xəbərlər