top
Şəhriyar Əliyev: Millidə oynamayanda tempdən düşürsən - MÜSAHİBƏ İdman.biz
13 noyabr 2024, 16:23
- ↺ +

Şəhriyar Əliyev: "Millidə oynamayanda tempdən düşürsən" - MÜSAHİBƏ

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibə verib.

- "Turan Tovuz" son turda "Səbail"lə bərabərə qaldı. Bu nəticə sizi razı saldı, yoxsa uğursuz nəticə hesab edirsən komanda adına?

- "Səbail"i meydana yeni baş məşqçi çıxarmışdı. Yeni məşqçi gələndə komandanın oyun sistemində dəyişiklik olur. Futbolçular da çalışır ki, yaxşı çıxış etsinlər. Atmosfer başqa cür olur. Oyunun ağır keçəcəyini də bilirdik. İlk hissədə çox zəif çıxış etdik. Fasilədən sonra toparlana bildik. Bəlkə qələbə də qazanmaq mümkün idi. Bir xal qazandıq, xallarımızın üzərinə növbətisi gəldi. Çalışacağıq ki, qarşıdakı oyunlarda xallar qazanaraq yuxarı pillələrdə olaq.

- Səncə nəyə görə qələbə qazana bilmədiniz? "Səbail" çox güclü mübarizə apardı, yoxsa nə idi başqa səbəb?

- Bayaq dediyim kimi, komanda oyuna yeni baş məşqçi ilə çıxmışdı. Düzü, "Səbail"in necə oynayacağını, matçın da hansı axarda gedəcəyini bilmirdik. Bir xal qazandıq. Çempionat elədir ki, hər bir komanda digərindən xal almağı bacarır. Aşağıda pillədə qərarlaşan komandalar da yuxarıda yerləşənlərdən də xal alır. Çempionatımız həqiqətən ağırdır. Üç xal qazanmaq istəyirdik. Rəqiblər də xal itirmişdi. Çalışırdıq ki, "Səbail"i məğlub edərək rəqiblərdən uzaqlaşaq.

- "Turan Tovuz" fasiləyə bir xalla yollandı. Hazırkı fasilə komandanın xeyrinə olacaq?

- "Sumqayıt", "Kəpəz"i məğlub etmişdik, "Qarabağ" və "Səbail"dən bir xal aldıq. Məğlub olmamışıq. Dörd oyuna 8 xal qazandıq. Doğrudur, daha çox xal qazanmaq mümkün idi. Fasilə yaranıb. Zədəlilərimiz özünə gələcək, futbolçuların yorğunluğu aradan qalxacaq. Yaxşı nəticələr qazanmaq istəyirik.

- Bu dəfə milli komandaya dəvət edilmədin. Sənin üçün gözlənilməz oldu? Niyə dəvət edilmədin?

- Milli komandamızın baş məşqçisi var. Mən futbolçuyam, stabil oynayaraq komandamıza xeyir verərək, millinin də baş məşqçisinin diqqətini cəlb etmək istəyirəm. Bu dəfə dəvət olunmadım. Daha ideal formada olmağa çalışacam ki, növbəti toplanışlara çağırsınlar.

- Ümumiyyətlə, əvvəlki matçlarda sanki hiss olunurdu ki, Santuş sənə önəm verir, oyunlara buraxırdı. Son dəfə səninlə söhbəti olmuşdu? Kurban Berdiyev narazılıq edirdi ki, Xəyal Nəcəfov və Şəhriyar Əliyev millidən qayıdanda fiziki durumları yaxşı olmur. Səncə, bunun dəvət edilməməyinə təsiri oldu?

- Milli elədir ki, ora hamı dəvət almaq istəyir. Kimin dəvət olunması isə baş məşqçinin qərarıdır. Millidə 3-4 gündən bir oyun oynayırsan. Məşqlər elə də ağır getmir. Oynamayanda isə tempdən düşürsən. Yenidən özünə gəlməyin üçün vaxt çəkir. Klubun düşərgəsində isə fasilə zamanı fiziki durumu daha yaxşı etmək olur. Futbolçu olaraq çalışırıq ki, formada qalaq və komandamıza xeyir verək. Əsas olan millimizin qələbə qazanmasıdır. Kimin oynamasının fərqi yoxdur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 10:06

Lionel Messi, MLS-in müntəzəm mövsümündə 26 qol vuraraq Qızıl buts mükafatını qazandı

Futbol
Bu gün, 10:00

Eşqin Əhmədov: Milliyə dəvət və debut gözləntiləri

Boks
Bu gün, 09:56

Şara Bullet və Adesanya 5 dekabrda Səudiyyə Ərəbistanında UFC Fight Night-də görüşəcək

Digər
Bu gün, 09:45

Trump, UFC prezidenti Dana White-a Ağ Evdə yüksək vəzifə təklif etdi

Futbol
Bu gün, 09:33

İmişli və Sumqayıt Yevlaxda son oyununda xallıq fərqini görəcək

Futbol
Bu gün, 09:30

Nadir Nəbiyev AFFA baş katibi ilə dörd rayonda futbol infrastrukturu yoxladı

Boks
Bu gün, 09:27

İstanbulda Murad Əliyev qazanan boksçusu fanlar tərəfindən hücum edildi

Minifutbol
Bu gün, 09:22

Azərbaycan futzal milli komandası Latviya ilə qarşılaşacaq: ilk qalibiyyət üçün mübarizə

Futbol
Bu gün, 09:16

Avropada 28 futbol mübarizəsi: Barselona, Liverpul, Yuventus və digər böyük klublar

Futbol
Bu gün, 09:08

Valverde: 62%-i uzaqdan qollar vurur

Futbol
Bu gün, 09:00

Bayquşlar Şamaxını qarşılaşacaqlar

Futbol
Bu gün, 08:40

UEFA, Arsen Vengeri FIFA prezidenti namizədi olaraq dəstəkləmək istəyir

Futbol
Bu gün, 08:20

İmişli Sumqayıtı qonaq edir

Futbol
Bu gün, 08:03

Çalhanoğlu “İnter”də müqaviləsinin uzadılmasını şərt kimi təqdim etdi

Futbol
Bu gün, 08:00

Boka Xuniors Argentina liqasının 2026-cı il çempionu oldu

Futbol
Bu gün, 07:12

Arteta Noni Maduekenin inkişafını və əsas komandada yerini açıqladı

Futbol
Bu gün, 07:11

Inter Miami və Charlotte MLS-də 3:3 bərabərliklə bitirdi

Tennis
Bu gün, 06:13

Alkaras Paris Mastersdə ilk dəfə finala çıxdı

Futbol
Bu gün, 05:13

Nigeriyanın 17‑yaş qızlar futbol komandası ilk dəfə dünya çempionu oldu

Futbol
Bu gün, 04:12

Tenerife klubunun ölən futbolçusunun biryaşlı qızına 18 yaşına qədər maddi dəstək

Futbol
Bu gün, 03:02

Tottenham hakim səhvinə görə rəsmi şikayət verəcək

Futbol
Bu gün, 02:20

Real Madrid səfərdə Valencia'yı 3-0 məğlub edib;

Futbol
Bu gün, 02:00

PSJ Ilya Zabarny qolu ilə 1:0 qalib gəldi və liderliyini qorudu

Formula 1
Bu gün, 01:59

Lando Norris Braziliya Qran-prisinin sıralanma turunu birinci yerə tutdu

Oxşar xəbərlər