top
Şəhriyar Əliyev: Digərinə baxanda, ən çətin rəqib bizə düşüb - MÜSAHİBƏ İdman.biz
02 dekabr 2024, 18:36
- ↺ +

Şəhriyar Əliyev: "Digərinə baxanda, ən çətin rəqib bizə düşüb" - MÜSAHİBƏ

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyevin apapsort.az saytına müsahibəsi

- "Turan Tovuz" Misli Premyer Liqasında "Araz-Naxçıvan"la matçda məğlub oldu. Həmin görüşdə qalib gələrək "Araz-Naxçıvan"a bir az da yaxınlaşmaq olardı. Yəqin ki, istədiyiniz də bu idi?
- Oyuna yaxşı hazırlaşmışdıq. Rəqibi də yaxşı analiz etmişdik. Bu matçda qalib gələrək "Araz-Naxçıvan"la xal fərqini azaltmaq istəyirdik. Rəqib də düşündüyümüz kimi oynadı. İlk hissədə 1-2 qol epizodumuz oldu. Dəyərləndirə bilmədik. "Araz-Naxçıvan" da bizi əks-hücumda tutdu və qol vurdu. Qarşıdakı turlarda aradakı xal fərqini aradan qaldırmağa çalışacağıq.

- Demək olar ki, öz səhvinizdən uduzdunuz, Emmanuel Hakman topu uzaqlaşdıra bilmədi və qol buraxdınız. Səncə, bəs "Turan Tovuz" özü niyə rəqib qapısı qarşısında qol epizodları yarada bilmədi?
- "Araz-Naxçıvan" müdafiədə sıx oynayırdı. Belə oyunlarda maksimum 2-3 qol epizodu yaradırsan. Çünki rəqib müdafiədə kompakt və düzgün oynayırdılar. İlk hissədə şansımız oldu. Dəyərləndirə bilmədik. Səhvlərimizi aradan qaldıracağıq.

- Artıq bu sezon "Araz-Naxçıvan"a iki matçda da məğlub olmusunuz. Demək olar ki, rəqib sizin üçün uyğunsuz və güclüdür?
- Bəli, "Araz-Naxçıvan" güclü komandadır. Futbolçuların keyfiyyəti yaxşıdır. İki dəfə onlara uduzmuşuq. Amma bəlkə də, iki oyunda da uduzmaya bilərdik. Öz səhvlərimizdən qollar buraxdıq. Rəqiblə aramızdakı oyuna qədər xal fərqini azaltmaq istəyirik. İnanıram ki, bunu bacaracağıq. Hələ iki dəfə onlarla oynayacağıq.

- "Turan Tovuz" hazırda üçüncü pillədədir və "Araz"dan 9 xal geridədir. Yəqin ki, onlara çatmaq bundan sonra çətin olacaq?
- Bəli, 9 xal böyük fərqdir. Amma çempionatın sonuna qədər çox oyun var. Çalışmaq lazımdır ki, hər oyunda maksimum nəticə qazanaq və ən azından bu yerdə qalaq. Liqa çox çətindir, komandalar bir-birinə yaxındır. Həqiqətən də çətin keçir hər şey.

- "Turan Tovuz" 12-ci turdan bu yana qələbə qazana bilmir. Necə düşünürsən, oyun planında hansısa eniş var, ya sadəcə bəxtiniz gətirmir oyunlarda?
- Qələbə qazanmadığımız oyunlar var. "Qarabağ"la bərabərə qalmışıq, "Sabah"la matç da var. "Sabah" da hər il çempionluğa oynayan komanda olub. "Araz-Naxçıvan"ı da gördünüz, yaxşı komandadır. Bircə autsayder "Səbail"lə matçda xal itirmişik. Amma "Səbail" də həmin oyun yaxşı çıxış etmişdi. Rəqiblər də bizi analiz edir. Bəxt amili deməzdim. Çalışacağıq ki, daha da artıraq, baş məşqçinin tapşırıqlarını yerinə yetirək, xallar qazanaq.

- Ölkə kubokunda 1/8 final mərhələsində rəqibiniz "Sabah"dır. Demək olar ki, kubokda ən çətin rəqib sizə düşüb? "Sabah"ı keçməyiniz nə dərəcədə realdır?
- Bəli, digər cütlüklərə baxanda, ən çətin rəqib bizə düşüb. "Sabah" da son vaxtlar yaxşı formadadır, günü-gündən daha yaxşıya doğru gedirlər. Bunu oyunları ilə göstəriblər. Onlarla Tovuzda çempionat matçında da oyunlarını göstərdilər. Komandanın yeni baş məşqçisi var. Oyun sistemində dəyişikliklər edir. Çalışacağıq ki, baş məşqçimizin verdikləri tapşırıqları yerinə yetirək və mərhələni keçək. Allah qoysa, 1/4 finala adlayarıq.

- Ümumiyyətlə, "Turan Tovuz"un kubokda hansısa iddiası var?
- Biz həm çempionatda, həm də kubokda bacardığımız qədər yuxarı yerlər üçün oynayacağıq. Sona qədər mübarizə aparacağıq. Kubokda da şansımız varsa, irəliləmək istəyirik. İndi "Sabah"la oyunu fikirləşirik. Bu matçda qalib gəlsək, sonrakı mərhələləri fikirləşmək olar.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:00

La Liqa 12-ci tur: "Mərakeş"i başqa yerdə çəkin deyərək, "Real Madrid" Valensiya səfərində, liderlik uğrunda isə "Barselona" ilə "Atletiko" mübarizəsində

Digər
Bu gün, 18:44

Bakıda yanğınsöndürmə-xilasetmə idmanı üzrə dünya çempionatında Belarus və Rusiya komandaları birinci yeri tutublar

Voleybol
Bu gün, 18:37

Yusubov: Qızlar Özlərinə İnam Edə Bilməyirlər, Komanda Təcrübə Çatışmazlığı Var

Futbol
Bu gün, 18:29

UEFA "Səbahi"nin "Vikinqə" 4:1 hesabıyla məğlubiyyətini qeyd etti

Futbol
Bu gün, 18:28

Tomas Tuxel: İngiltərə millisinin UEFA Millətlər Liqasındakı bir nömrəli hədəfi birinci yeri tutmaq və Avro-2028-ə hazırlaşmaqdır

Digər
Bu gün, 18:15

Azərbaycan Atletika Federasiyası ERBC 2026-da Portuqaliyada iştirak edir

Futbol
Bu gün, 18:13

Bavariya Məşqçisi Kompanın Sağlamlığı İlə Bağlı Müsbət Gelişmə

Futbol
Bu gün, 17:55

Superliqada liderlik dueli: Qalatasaray‑Amed və Fənərbağçanın yeni dövrü

Futbol
Bu gün, 17:42

Bernardu Silva Portuqaliya millisində Ronaldunun əvəzinə yeni kapitan olacaq

Qarabağ FK
Bu gün, 17:35

“Xankəndi” baş məşqçisi: “Bir xal qazanmadıq, iki xal itirdik”

Futbol
Bu gün, 17:28

Premyer Liqa: Manchester United aşağı düşmə riskində, liderlik mübarizəsi davam edir

Digər
Bu gün, 17:23

Elmira Aslanovanın rəhbərlüyündəki Azərbaycan qadın alpinistləri Everest baza düşərgəsinə uğurla çatdı

Digər
Bu gün, 17:20

Minifutbol üzrə Azərbaycan Milli Komandasının baş məşqçisi Elşad Quliyevə 50 yaşı münasibətilə AMF-dən xatirə hədiyyəsi təqdim edildi

Formula 1
Bu gün, 17:16

Mercedes sürücüsü Corc Rassell motorun dəyişdirilməsi üçün 5 mövqeli cərimə aldı

Futbol
Bu gün, 17:15

Sergen Yalçın Türkiyə milli yığmasının 26 oyunçusunu seçdi

Gimnastika
Bu gün, 17:07

Azərbaycanın tamblinq yığması üçüncü dəfə dünya çempionu oldu

Gimnastika
Bu gün, 17:00

Azərbaycanın tamblinq millisi Çində keçirilən dünya çempionatında ardıcıl üçüncü qızılı qazanıb

Futbol
Bu gün, 17:00

"Xankəndi"nin futbolçusu Bəhruz Teymurov ikinci dəfə "Ayın qolu" seçildi

Futbol
Bu gün, 16:59

AFFA nümayəndələri Prqa UEFA Klub Lisenziyalaşdırılması və Maliyyə Davamlılığı konfransında iştirak ediblər

Olimpiada
Bu gün, 16:44

Anar Bağırov: Dakardakı Yeniyetmələrin Olimpiya Oyunlarında idmançılarımız istiliyə və nəqliyyat çətinliklərinə baxmayaraq cüdoçu İbrahim Talıbovun qazandığı qızıl medal ilə fəxri kürsüyə çıxıb

Qarabağ FK
Bu gün, 16:42

İmişli futbol klubunun U-19 komandasına qatılan 6 afrikalı futbolçudan dördü ilə müqavilə bağlanılıb

Futbol
Bu gün, 16:35

AFFA, Almaniya və ABŞ-da futbolçuları izləyir

Futbol
Bu gün, 16:20

Emin Mahmudov: Milli forma karyeramı sonlandırdım

Futbol
Bu gün, 16:14

Cud və Cob Bellinqem qardaşları ilk dəfə İngiltərə millisinin heyətində birgə yer alırlar

Oxşar xəbərlər