top
Şəhriyar Əliyev: Ötən mövsümdəki kimi oynasaq, avrokuboklara vəsiqə qazana bilmərik Report.az
12 avqust 2025, 11:04
- ↺ +

Şəhriyar Əliyev: "Ötən mövsümdəki kimi oynasaq, avrokuboklara vəsiqə qazana bilmərik"

"Turan Tovuz" klubunun kapitanı Şəhriyar Əliyev "Report"a müsahibə verib. O, komandanın Türkiyədə keçirdiyi təlim-məşq toplanışından və heyətə yeni qoşulan futbolçulardan danışıb. Baş məşqçi Kurban Berdyevin futbolçuların qarşısına qoyduğu hədəflərdən söz açan müdafiəçi klubun İdarə Heyətinin sədri Ehtiram Quliyevlə Türkiyədəki görüşlərindən də bəhs edib.

- Turan Tovuz" yeni mövsümə hazırlıq məqsədilə Türkiyədə təlim-məşq toplanışı keçdi. Hazırlıq prosesini necə dəyərləndirərdiniz?

- İlk növbədə komandanın fiziki hazırlığını düzəltməyə çalışdıq. Bir aylıq hazırlıq dövrü plan üzrə davam etdi. Bəzi yeni futbolçular komandaya sonradan qoşuldular. Baş məşqçimiz Kurban Berdıyev istəyirdi ki, yoxlama görüşlərində hamıya şans versin. Çünki hər futbolçunun hazırlıq səviyyəsinə baxmaq istəyirdi. Əsas odur ki, Premyer Liqanın startına qədər hər birimiz hazır vəziyyətdə olaq.

- Özünüzü yeni mövsümə hazır hesab edirsiniz?

- Xeyr! Tam olaraq hazır sayılmırıq. Xüsusilə də bəzi futbolçuların fiziki hazırlığı qənaətbəxş deyil. Çünki onlardan düşərgəyə sonradan qoşulanlar oldu. Bununla belə, hər kəs öz üzərində çalışır, yaxşı hazırlıq prosesi keçmişik. İnşallah, toplanışın faydasını görəcəyik. Bəzi çatışmazlıqlar da mövsümün növbəti həftələrində aradan qalxacaq.

- Yeni mövsüm öncəsi "Turan Tovuz" iddialı tranferlərlə yadda qaldı. İbrahima Vaci və Filip Ozobiç kimi futbolçular komandaya qoşuldular. Gələn futbolçularla bağlı nə deyə bilərsiniz?

- Adı çəkilən futbolçularla yanaşı, başqa transferlər də oldu. Onların heç biri əvvəlcədən baxılıb, bəyənilib, sonra komandaya götürülüb. Ozobiç və Vaci kimi futbolçuların təqdimata ehtiyacı yoxdur. Onların necə oyunçu olduqlarını hamı gözəl bilir. Öz təcrübələri ilə "Turan Tovuz"a böyük fayda verəcəklərinə şübhə etmirik. Roberto Olabeni də xüsusi fərqləndirmək istərdim. O, məşqlərdə özünü o qədər yaxşı tərfdən göstərir ki... Çox yaxşı pressinq edir, lazım gəldiyi qədər sərt mübarizə aparır. Bizə belə futbolçular lazımdır. Bəzən görürsən ki, futbolçu özünü zədədən qoruyur. Amma Olabeni çox soyuqqanlıdır. Belə futbolçularla irəli gedəcəyimizə inanırıq. Oyunçu sayının çox olması da yaxı haldır. Çünki zədəli futbolçunun yerini dolduracaq biri olmayanda, komandada axsamalar baş verir. Futbolçular əlli dəfə izlənildikdən sonra "Turan Tovuz"a cəlb olunurlar.

- Toplanış zamanı baş məşqçi Kurban Berdıyev futbolçulara daha çox nəyi tapşırırdı?

- Ötən mövsüm baş məşqçimiz bizə bildirirdi ki, avrokuboklara düşməliyik və bunun üçün çalışmalıyıq. Yay "transfer pəncərəsi"ndə çox oyunçu ala bilməmişdik, əsasən heyəti qorumağa üstünlük verdik. Qışdan sonra da zədəlilərin çox olması komandada problemlər yaratdı. Əsas hücumçularımızdan Otto Conun başqa komandaya keçidi də müəyyən qədər mənfi təsir etdi. Öz aramızda söhbətlər apardıq və belə qənaətə gəldik ki, ötən mövsümdə olduğu kimi mübarizə aparsaq, avrokuboklara vəsiqə qazana bilməyəcəyik. Ona görə də gücümüzü bir qədər də artırmalıyıq. Çünki Premyer Liqada komanda sayı da artıb. "Araz-Naxçıvan", "Neftçi" və "Sabah"ın transferləri göz qabağındadır. "Qarabağ" da hər zaman olduğu kimi yaxşı formadadır. Bu komandalarla mübarizədə ilk "üçlüy"ə düşmək asan olmayacaq. Qarşımıza məqsəd qoydular ki, ikiqat çox çalışaq.

- Toplanış zamanı klubun İdarə Heyətinin sədri Ehtiram Quliyev komandaya baş çəkdi. Görüş zamanı hansı söhbətlər apardınız?

- Hər şeydən əvvəl Ehtiram müəllim futbolçuların insanlığına önəm verən biridir. Klubun rəhbəri olması ilə yanaşı, bizimlə dost kimi rəftar edir. Bu, bir futbolçu üçün böyük nemətdir. Toplanış zamanı bildirdi ki, hansısa çatışmazlıqlar varsa, aradan qaldırmağa hazırdır. Daha sonra keçirdiyimiz yoxlama oyunları və hazırlıq prosesi ilə maraqlandı. Bildirdi ki, hər zaman komandanın arxasında dayanıb.

- Komandanın ev oyunlarını keçirdiyi Tovuz şəhər stadionunun ot örtüyü dəyişdirilir. Bu müddətdə "Turan Tovuz" rəqiblərini Bakıda yerləşən "Azərsun Arena"da qəbul edəcək. Bu məsələ sizi nə dərəcədə narahat edir?

- Həqiqətən istəməzdik azarkeşlərimizdən uzaq qalaq. Ancaq düşünürük ki, bu bizim, komandamızın və azarkeşlərin xeyirindəir. Təsəvvür edin ki, səliqəli formada təbii ot örtüklü stadionumuz olacaq. Müvəqqəti olaraq dişimizi sıxmalıyıq. Nəzərə almaq lazımdır ki, süni örtükdə futbol oynamaq çox çətindir. Çox əziyyət çəkirdik. Səfər oyunlarında azarkeşlərimizin sayı ev sahibi komandanın tərəfdarlarından çox olur. Biz onlara, onlar da bizə güvənirlər. Tək məqsədimiz azarkeşlərimizi sevindirməkdir.

- Misli Premyer Liqasının I turunda səfərdə "İmişli" ilə qarşılaşacaqsınız. Bu oyunla bağlı düşüncələriniz nədir?

- Rəqib Premyer Liqanın debütantıdır. Onlar meydana yeni həvəs və nəfəslə çıxacaqlar. Rəqibin gücünə bələd deyilik. Üstəlik, nəzərə almaq lazımdır ki, çempionatda ilk turlar həmişə çətin keçir. "Qarabağ", "Araz-Naxçıvan", "Sabah" kimi klubları təhlil etmək asandır. Çünki həm avrokubok görüşlərini izləyirsən, həm də heyət əsasən ötənilki futbolçulardan qurulur. "İmiş"linin heyəti isə 95 faiz yenilənib. Oyun sistemlərini bilmirik. Lakin hədəflərimiz böyükdür, mövsümə qələbə ilə başlamaq istəyirik.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Oxşar xəbərlər