top
Şəhriyar Əliyev: Finalda məhz Qarabağa azarkeşlik edirəm, səbəbini də açıqlayıram - MÜSAHİBƏ Idman.biz
09 may 2025, 16:16
- ↺ +

Şəhriyar Əliyev: "Finalda məhz "Qarabağ"a azarkeşlik edirəm, səbəbini də açıqlayıram" - MÜSAHİBƏ

"Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev Sportal.az saytına müsahibəsi

- Zədədən sonra hazırda vəziyyətin nə yerdədir? Fərdi məşq edirsən?

- İndi yaxşıyam. Ayağımdakı zədənin hardasa 10 faizi qalıb. Əvvəlki kimi ağrılarım yoxdur. Fərdi məşqlərə başlamışam. Bir həftədir stadionda qaçıram. Zaman aparan məsələdir. Tam sağalmağa çalışıram.

- Ümumiyyətlə, mövsümün qalan hissəsində oyuna çıxmaq şansın var? Yoxsa, artıq yeni mövsümə hazır olmaq istəyirsən?

- Tam bilinmir. Çempionatın bitməsinə 3 tur qalıb. Bu da 2-3 həftə edir. Mən isə heç fərdi olaraq tam 100 faiz məşq edə bilmirəm. Fərdi 100 faiz məşq etdikdən sonra komandaya qoşulacam. Həkimin dediyi templə gedirəm. Bu, 50-60 faizdir. Zaman göstərəcək. İstəyərəm ki, komandaya kömək edim.

- Bir ara Türkiyədə müalicə edildin. Ümumiyyətlə, nə baş verdi ki, geridönüşün baş tutmadı?

- Türkiyədə 15-16 gün müalicə aldım. Əzələmdə ağrılar sağalsa da, əzələmin altında problemlər qalmışdı. O da elə bir şeydir ki, qan yığılmışdı və o da məni çox incidirdi. Əməliyyat da oluna bilərdim, amma müalicə ilə sağaldım. Müalicəmin tam düzəlməsinə 10 faiz qalıb. Həkimlərimiz risk etmək istəmirlər. Zədə aldıqdan sonra bəlkə də bərpa prosesində bir az yanlışlıq oldu. Ona görə belə problem yaşandı.

- "Turan Tovuz"u meydanda olmasa da, meydandan kənarda dəstəkləyirsən. Yəqin ki, meydandan kənar daha çətindir, nəinki meydanda?

- Meydanda olmasam da, komandamın yanında olmağa çalışıram. Kənardan baxmaq çox çətindir. Komandaya kömək etməyi çox istəyirəm. Tam sağaldıqdan sonra komandaya kömək edəcəm.

- "Turan Tovuz" 4-cü pillədədir və uzun müddətdir ki, uğurlu nəticə qazana bilmir. Bunu nə ilə əlaqələndirirsən? Səncə, komanda nəyə görə belə qeyri-stabil çıxış etdi?

- "Araz-Naxçıvan"la aramızda xal fərqi var. Çalışacağıq ki, qarşıdakı 3 turda maksimum nəticə qazanaq. "Araz-Naxçıvan" da üçüncü yer üçün mübarizə aparır. Premyer Liqada çox qızğın mübarizə gedir. Bəzi oyunlarda xallar itirdik. Düzdür son oyunlarda qələbə qazana bilmirik. Şanssızlıq da yaşadıq. Zədəli və cəzalı futbolçularımız oldu. Bu da oyunumuza təsir etdi. Düşünürəm ki, zədəlilərimiz tez komandaya qoşular və həmişəki kimi mübarizəmizi aparırıq. İtkilərimiz çox idi. Onların yerini dolduran futbolçular da bunun öhdəsindən gəlməyə çalışırlar.

- Avrokuboklara yollanmaq üçün 4-cü yeri tutub, "Qarabağ"ın kubokun finalında "Sabah"ı məğlub etməsini gözləməlisiz. Səncə, bütün bunlar reallaşacaq?

- Biz sırf 4-cü yeri fikirləşmirik. Üç oyunda maksimum xallar yığmağı düşünürük. "Araz-Naxçıvan" bizdən 6 xal öndədir. Onlar bir qələbə ilə 3-cü yeri tutacaqlar. Amma biz sona qədər mübarizə aparmağa çalışacağıq. Hər kəs avrokuboklarda iştirak etmək istəyər. Ona görə də finalda "Qarabağ"ı dəstəkləyərəm ki, kubokun qalibi olsun. Bu dəqiqə özümüzü fikirləşirik ki, qalib gələk və yuxarı pillələrə qalxaq. Dördüncü yeri tutsaq, istəyərəm ki, "Qarabağ" qlaib gəlsin və biz avrokuboklara yollanaq.

İdmanbiz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Qarabağ FK
Bu gün, 16:23

İncəsənət mütəxəssisi Aslan Kərimov: “Qarabağ”ın gözlənilməz xal itkiləri və turnir cədvəlinin ümumi təhlili

Qarabağ FK
Bu gün, 16:00

Coşqun Diniyev yeni klub tapmır, karyerası sonlanacaq

Futbol
Bu gün, 15:54

Babək Quliyev UEFA-dan 2027-ci il U-17 Avropa çempionatında hakim‑inspektor təyinatı alıb;

Futbol
Bu gün, 15:41

Matvey Safonovun baqajı Moskvada itir

Futbol
Bu gün, 15:27

Barselona La Liqada ilk 12 turda 48 qolla ən məhsuldar ikinci startı qeydə alıb

Futbol
Bu gün, 15:25

Mesut Ozil FIFA-nı ikiüzlü standartlardan ittiham edib, qara siyahıya alındı

Futbol
Bu gün, 15:20

Lamine Yamal diz əksinə də təəssüflə Çexiyaya qarşı oyuna çıxmayacaq

Futbol
Bu gün, 15:10

Manchester United 40 ildən sonra yenidən düşmə zonasına düşdü

Futbol
Bu gün, 14:58

Mançester Siti və Barselona, Yuventusun müdafiəçisi Andrea Kambyazonun peşəkar keçidində

Digər
Bu gün, 14:54

Real Madrid Iker Kasilyasın oğullarını akademiyadan çıxardı

Futbol
Bu gün, 14:34

Zirə vs Qəbələ maçı: 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş aksiya

Digər
Bu gün, 14:27

UEFA Fransa Futbol Federasiyasını 10 min avro cərimələyib;

Futbol
Bu gün, 14:19

“Kristal Palas”ın baş məşqçisinin işdən çıxması gözlənilir

Futbol
Bu gün, 14:00

“Sabah” klubunun rəhbəri Ramin Həsənov “TransferRoom” mükafatının “İlin rəhbəri” namizədləri arasında!

Futbol
Bu gün, 13:47

Şirvan – Marafon oyunu yağış səbəbindən təxirə salına bilər

Formula 1
Bu gün, 13:33

Liam Louson Racing Bulls müqaviləsini uzatacaq və Braziliya Grand Prix-də 8-ci mövqeyə nail oldu

Olimpiada
Bu gün, 13:29

Dakar'da Azərbaycançılar iki qızıl medal qazanıb

Futbol
Bu gün, 13:25

22 yaşlı portuqaliyalı vinger Karlos Forbes üçün yarış: "Arsenal", "Tottenhem", "Mançester Yunayted", "Roma" və "Fiorentina" maraqlıdır

Futbol
Bu gün, 13:07

Mahir Emreli Polşada 'Legiya' matçında yüksək performans göstərdi

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Oxşar xəbərlər