I Liqanın şəriksiz lideri "Şəfa" IX turda "Şahdağ Qusar"ın qonağı olacaq.
Bakı təmsilçisinin baş məşqçisi Elgiz Kərəmli qarşılaşma barədə fanat.az-a fikirlərini bildirib.
33 yaşlı mütəxəssis vurğulayıb ki, "Şahdag Qusar"ı ötən ildən tanıyırıq. Bu mövsüm iddiali olmasalar da, əzmkar kollektiv formalaşdırıblar. Yaxşı müdafiə olunurlar. Onların müdafiəsini yarmaq bizim üçün heç də asan olmayacaq. Son oyunda "Difai" ilə heç-heçə etdiyimizə görə bu matçda xal itirmək niyyətində deyilik. Çalışacağıq ki, azarkeşlərimizi növbəti qələbə ilə sevindirək".
Qeyd edək ki, turnir cədvəlinin zirvəsində mövqe tutan "Şəfa"nın 20 xalı var. Liderin ən yaxın təqibçisi "Səbail" isə 18 xal toplayıb.