top
Şəfanın baş məşqçisi legioner transferi istəmədiyini açıqladı Idman.biz
10 sentyabr 2025, 16:52
- ↺ +

"Şəfa"nın baş məşqçisi legioner transferi istəmədiyini açıqladı

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmlinin Sportal.az-a müsahibəsi

- İki gündən sonra artıq yeni mövsümdə ilk oyununuza çıxacaqsınız. Komandanı mövsümə 100 faiz hazır hesab etmək olar?

- Çempionata kimi komandanı 100 faiz hazır etmək çətindir. Çünki liqa oyunları daha sürətli və gərgin keçir. Futbolçular 3-4 turdan sonra fiziki və psixoloji cəhətdən maksimum hazır ola bilirlər.

- Mövsümöncəsi sizi daha çox düşündürən və narahat edən məqam hansıdır?

- Yoxlama oyunlarında çoxsaylı qol epizodları yaradırdıq. Lakin onlardan çox az istifadə etməyimiz, az qol vurmağımız məni narahat edən məqamdır.

- Maraqlıdır ki, komandaya legioner transferi yalnız İran vətəndaşı olan, amma əslən Azərbaycandan Əmir İbrahimzadədir. Maraqlıdır, legionersiz çətin olmayacaqki? Çünki əsas rəqibiniz sayılan "Səbail"də legioner transferləri var..

- Klub məni dəvət edəndə,əvvəlcədən bildirmişdi ki, legioner transferi etməyəcəyik. Klubun strategiyası yalnız azərbaycanlı futbolçularla oynayıb, inkişaf əldə etməkdir.
Mənə üçün də xoş olduğu üçün qəbul etdim. Əvvəlcədən şərtləri qəbul etdikdən sonra nəyisə bəhanə etmək mənə görə düzgün deyil. Mən özüm şəxsən rəhbərliyə bildirmişəm ki, Premyer Liqaya vəsiqə qazandıqdan sonra da legioner transferi istəmirəm.

- Necə düşünürsüz, "Şəfa"nın əsas rəqibi hansı komanda olacaq çempionluq mübarizəsində?

- I Liqa hər il ötən illərə nisbətən daha da çox çətinləşir. Bu il komandaların heyətlərində daha çox Premyer Liqada oynamış futbolçular olacaq. Əsas rəqiblər "Mingəçevir", "Səbail" MOİK və son günlərdə transfer bazarında aktivləşən, heyətini kifayət qədər gücləndirən "Zaqatala"nı görürəm. "Baku Sportinq" də heyətini I Liqa təcrübəsi olan futbolçulardan qurub. Digər komandalar da çox əzmkar futbolçulardan təşkil edilib, heç bir oyun asan keçməyəcək. Görünən odur ki, çempionatda bütün görüşlərin gərgin keçəcək.

- "Şəfa"nın çempionluğa əsas namizəd göstərilməsi üzərinizdə təzyiq yaratmırki? Komanda təzyiqlərə də hazırdır, psixoloji sarıdan?

- Çempionluq hər oyuna qələbə qazanmaq adı ilə çıxmaq istəyən hər bir komanda üçün əlavə gərginlik yaradır. Lakin futbolçularımızın yetərincə yetərincə təcrübəsi var və bu barədə narahatlığım yoxdur.

- U-21 yığmasında oyunçunuz Nahid Əliyev forma geyinir. Onun Portuqaliya və Bolqarıstanla matçdakı performansı futbol ictimaiyyəti tərəfindən bəyənildi. Yəqin ki, özünüz də oyunu izlədiz..

- Bəli, əlbəttə ki, oyunu izləmişəm. Oyundan sonra da Nahidlə danışıb, ona dəstəyimizi bildirmişik. Yeni yaranmış klub üçün milliyə oyunçu vermək böyük uğurdur. Bolqarıstanla görüşdə də oynadı. Düşərgəmizə qoşulub. O, bizim üçün vacib futbolçudur.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər