I Liqada çempionluğa iddialı olan "Şəfa" daha bir futbolçunun keçidini həll etməyə hazırlaşır.
İdman.biz Sportal.az-a istinadən xəbər verir ki, paytaxt təmsilçisi "Neftçi"nin və U-21 yığmamızın sabiq üzvü Ramin Nəsirlini heyətinə qatmaqda israrlıdır.
Son olaraq, "Araz-Naxçıvan"da oynamış yarımmüdafiəçi artıq komandanın düşərgəsindədir.
Latviyada "Dauqavpils" klubunda da oynamış Nəsirlinin "Şəfa"ya keçidinin yaxın vaxtlarda rəsmiləşməsi gözlənilir.
İdman.biz