top
Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi Idman.biz
Bu gün, 21:56
- ↺ +

Şəfa-nın baş məşqçisi Zaur Həşimov: “Sumqayıt”la oyunda penalti təyin edilməli və ikinci sarı vərəqə göstərilməli idi

"Şəfa"nın baş məşqçisi Zaur Həşimov Misli Premyer Liqasının 10-cu turunda "Sumqayıt"la səfər oyununu (1:1) dəyərləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis matçdan sonra keçirilən mətbuat konfransında komandasının çıxışından razı qaldığını, lakin qələbəni əldən verdikləri üçün məyus olduğunu bildirib.

"Ardıcıl məğlubiyyətlərdən sonra xal qazandığımız üçün sevincliyik. Digər tərəfdən, məyusuq. Çünki çoxsaylı qol imkanları yaratsaq da, onlardan yararlana bilmədik. Yenə hesabda önə keçdiyimiz oyunda qol buraxdıq və qələbəni əldən verdik. Buna baxmayaraq, futbolçularıma təşəkkür etdim. Həqiqətən də yaxşı oynadılar. Son iki turda da komandamın çıxışından razı qalmışdım".

Həşimov "Sumqayıt"la görüşə xüsusi hazırlıq keçmədiklərini və komandasının qarşıya qoyulan məqsədə çatacağına inandığını qeyd edib:

"Uduzduğumuz bütün matçlarda mübarizədən çəkinməmişik. "Şamaxı" ilə oyunda dominant futbol nümayiş etdirdik. "Kəpəz"lə görüşdə də belə idi. Komanda artıq ümid verməyə başlayırdı. "Sumqayıt"ı xüsusi təhlil etməmişdik. Digər oyunlara necə hazırlaşırıqsa, bu matça da eyni qaydada hazırlaşmışdıq. "Şəfa" çempionatda öz sözünü deyəcək gücdədir. Düşünürəm ki, qarşımıza qoyulan məqsədə çatacağıq".

Baş məşqçi hakim idarəçiliyi ilə bağlı bəzi epizodlardan narazı qaldığını da gizlətməyib:

"İsa Süleyman top qapıçının əlində olarkən onu vurdu. Bu, açıq-aydın görünürdü. Amma hakim bunun qəsdən edilmədiyini bildirdi. Fikrimcə, həmin epizodda penalti təyin olunmalı və futbolçuya ikinci sarı vərəqə göstərilməli idi. Bəlkə də, bu qərar oyunun taleyini həll edəcəkdi. Musa Quelin sarı vərəqə aldığı epizodda isə rəqib bizim futbolçunun ayağını tapdalamışdı. Bu qərar da bizim üçün anlaşılmaz oldu. Gərgin oyun idi, hakimləri də başa düşürəm. Hansısa qərəzin olduğunu düşünmürəm".

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 22:59

Gənclərbirliyi 5-0 qələbə ilə Alanyasporu məğlub etdi

Futbol
Bu gün, 22:52

Traktor 90+9 dəqiqədə qol ataraq 2-2 nəticə alıb

Futbol
Bu gün, 22:45

Tenerifedə futbolçu ağır zədə alıb, matç 2:2 hesabı ilə yarımçıq dayandırıldı

Formula 1
Bu gün, 22:24

Andrea Kimi Antonellinin 2026-cı il üçün qazancı 26 milyon avro təyin olunub

Futbol
Bu gün, 22:22

Fənərbağça klubunun yeni baş məşqçisi Serjiu Konseysau təyin edildi

Gimnastika
Bu gün, 22:16

Bakıda 2027-ci ildə idman gimnastikası üzrə Dünya Kuboku mərhələsi keçiriləcək

Futbol
Bu gün, 22:09

Flik: ‘Biz Real və PSG ilə eyni səviyyədə’

Futbol
Bu gün, 21:48

Mançester Yunayted Bruno Fernandeşin əvəzləyicisini Komonun hücumçusundan tapmağa çalışır

Futbol
Bu gün, 21:48

Filipe Kandido: Nəticə ilə barışmalı, 1:1 heç-heçə istədiyimiz deyildi

Futbol
Bu gün, 21:42

Zaur Həşimov: Sumqayıt ilə 1 xalla ayrıldığımıza görə sevincliyəm

Futbol
Bu gün, 21:38

Zaur Həşimov: Komanda artıq qalibiyyət ümidini bərpa edir

Qarabağ FK
Bu gün, 21:25

“Qarabağ” FK ev oyunlarını yenidən Azersun Arena'da keçirəcək

Futbol
Bu gün, 20:59

“Fənərbağça”nın yeni baş məşqçisi “Milan”ın sabiq sürücüsü Serjiu Konseysau olacaq

Güləş
Bu gün, 20:57

Meryem Cavadova finala yetişə bilmədi, Azərbaycan yalnız bir medal qazanıb

Futbol
Bu gün, 20:41

Messi və Ronaldo 26 namizədli rəmzi komanda siyahısında

Digər
Bu gün, 20:32

Azərbaycan taekvondoçusu Qaşim Maqomedov Serbiyada Açır turnirində qızıl medal qazandı

Futbol
Bu gün, 20:28

İspaniya La Liqasında hakimlər ilk dəfə oyunlardan sonra qərarlarını ənənəvi şəkildə izah etməyə başlayıb

Gimnastika
Bu gün, 20:27

Tamblinq üzrə Azərbaycan millisinin üzvü Tofiq Əliyev Çində keçiriləcək dünya çempionatı öncəsi ilk podium məşqini uğurla başa vurdu

Futbol
Bu gün, 20:27

"Qalatasaray"ın futbolçusu Aleksey Batrakov "Çelsi", "Mançester Siti" və "Mançester Yunayted"in transfer siyahısına daxil olub

Digər
Bu gün, 20:21

Azərbaycanın sambo üzrə dünya çempionatında iştirak edən 7 idmançıdan ibarət heyəti müəyyənləşib

Futbol
Bu gün, 20:11

Karrik: “Mən istefa etməyəcəyəm, bu iddialara inanmıram”

Futbol
Bu gün, 19:58

Bellingem Zinedini 50 Qolla Geridə Qoydu

Futbol
Bu gün, 19:58

Barselona, 70 milyon avro üçün Bastoninin transferi üçün danışıqları yenidən başlatdı

Oxşar xəbərlər