top
Şəfa: Böhran və Təzyiq altında Sport24.az
18 fevral 2026, 11:00
- ↺ +

"Şəfa": Böhran və Təzyiq altında

Bu gün I Liqada 15-ci tur start götürür. Turun mərkəzi oyununda lider "Şəfa" dördüncü pillədə qərarlaşan "Mingəçevir"i qəbul edəcək. Meydan sahibləri 14 turdan sonra 32 xalla çempionatın lideridir, "Mingəçevir" isə 25 xalla dördüncü pillədədir. Nəzərə alsaq ki, çempionatın sonuna hələ 19 tur var, deməli, rəqiblər arasındakı 7 xal ciddi fərq deyil. Hər halda qarşıda hələ 57 xalın taleyi həll olunacaq.

Lider olmasına baxmayaraq, "Şəfa" son turlar çempionluq mübarizəsində "Mingəçevir"lə yanaşı, əsas rəqibləri olan "Baku Sportinq" və "Səbail"in nəfəsini yaxından hiss edir. Bunda isə təbii ki, komandanın mövsümün ikinci yarısına istənilən səviyyədə start verməməsinin böyük rolu var. "Şəfa" qış fasiləsindən sonra əvvəlcə "Baku Sportinq", daha sonra isə "Səbail"lə heç-heçə etdi. Düzdür, komanda əsas rəqiblərinə uduzmayıb. Lakin fasilədən sonra ilk "dördlük"də qərarlaşan komandalar arasında qələbə üzünə həsrət tək komanda olması ciddi siqnaldı. "Şəfa"nın istər maliyyə durumuna, istərsə də heyətinə görə bütün rəqiblərini nəzərə çarpacaq dərəcədə qabaqladığını da əlavə etsək, vəziyyətin dramatik həddə çatdığını söyləyə bilərik.

Üstəlik, növbəti rəqib "Mingəçevir"dir. Belədə, "Şəfa"nın qış fasiləsindən sonra qələbəsizlik seriyasının davam etmə ehtimalı az deyil. Bu baş verəcəyi təqdirdə yeni qurulmağa başlayan binanın sütunlarının çat verəcəyini proqnozlaşdırmaq olar. Hər halda klub prezidenti Sərdar Salmanzadənin baş məşqçi haqda söylədikləri də bu cür düşünməyə rəvac verir: "Əlbəttə, bütün komandalarda belədir ki, ardıcıl məğlubiyyətlər olacağı təqdirdə nəticələrə cavabdeh şəxs olan baş məşqçi ilə yollar ayrılır" (idmanxeber). Bunu baş məşqçi Elgiz Kərəmli də gözəl anlayır. Üstəlik, hər bir kollektivdə baş məşqçini sevənlər də olur, sevməyənlər də. İkincilərə aid olanların mümkün büdrəmədən istifadə etmək cəhdlərinin də daxili ab-havaya təsir edəcəyi gün kimi aydındı.

Digər tərəfdən "Baku Sportinq"in bu tur "Cəbrayıl", "Səbail"in isə MOİK-lə oynadığını nəzərə alsaq, böyük ehtimal, bu kollektivlər liderlə xal fərqi daha da azaldacaqlar. Belədə "Şəfa"nın bu psixoloji təzyiqə nə dərəcədə hazır olduğu, necə tab gətirəcəyi maraqlıdır. Hər halda cari mövsüm məğlubiyyət kimi acını dadmayan komandanın sonrakı durumu ciddi fəsadlara səbəb ola bilər.

Üstəlik, "Mingəçevir" də liderlə matça yalnız qələbə üçün çıxacaq. Qış fasiləsində heyətini xeyli gücləndirən, Amil Yunanov, Fuad Bayramov, Nurlan Novruzov, Elçin Mustafayev, Bahadur Həziyev, Nika Çaçaşvili kimi Premyer Liqa təcrübəsi olan futbolçuları transfer edən bölgə təmsilçisinin hədəfi çempionluqdur. İddiasını ortaya qoymaq üçün isə lider üzərində qələbədən gözəl nə ola bilər!? "Mingəçevir" tərəfi də anlayır ki, "Şəfa" ilə görüşdə məğlubiyyət komandanın iddiasına olduqca ciddi zərbə olar. Bu səbəbdən də hər iki tərəf oyuna çox böyük gərginliklə çıxacaq. Belədə isə əsas yük baş məşqçilərin üzərinə düşəcək. Əlbəttə, müqayisə aparsaq, "Mingəçevir"in baş məşqçisi Ramiz Məmmədov "Şəfa"dakı həmkarı Elgiz Kərəmlini təcrübə baxımından qat-qat üstələyir. Ramiz Məmmədov nəinki aşağı liqa, Premyer Liqada da böyük təcrübəyə malikdir. Hətta ölkə xaricində belə çalışmağa fürsət tapıb. Elgiz Kərəmli isə ötən il ikinci liqada heyətinin genişliyinə baxmayaraq, "Şahdağ-Qusar"ı irəli buraxdı və yalnız ikinci olmaqla kifayəyləndi.

"Şahdağ-Qusar" demişkən, maraqlıdır ki, bu komandanı hazırda Kərəmlinin atası, məşhur veteran futbolçu Nazim Əliyev çalışdırır. Soyadları fərqli olsa da, onların ata-oğul olduqları çoxlarına məlumdur. Belədə "Şəfa"nın "Şahdağ-Qusar"la oyunları da maraqla gözlənilir. Hər halda Qusar təmsilçisinin cari mövsüm üçün heç bir iddiası qalmayıb.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 13:00

Şəfa kapitanı: 2:2 matçda hakimlərdən 5 xal itirdi, haqsızlıq edilib

Güləş
Bu gün, 12:50

Dünya Güləş Birliyinin Dakar yarışlarında Azərbaycanlı güləşçilər qızıl medal qazanıb

Futbol
Bu gün, 12:30

Şirvan – Marafon qarşılaşması II Liqada

Futbol
Bu gün, 12:30

Kozo Taşima FIFA prezidenti olmaq üçün namizədlik açıb, İnfantinoya rəqib olacaq

Basketbol
Bu gün, 12:15

Polina Şukina Azərbaycan Milli Basketbol Komandasından “Basketball Without Borders” proqramına qatılacaq

Futbol
Bu gün, 12:15

Biləsuvar 7:1 qələbə ilə AFFA Region Liqasının yeni mövsümünü başladı

Futbol
Bu gün, 12:01

Höness Musiala'nın əvvəlki səviyyəsinə qayıtması şübhəlidir

Futbol
Bu gün, 12:00

Sultanov: Müdafiə səhvləri məşqçilərin öhdəliyindədir

Futbol
Bu gün, 11:46

Azərbaycan İkinci Liqasında 10-cu turun 9 noyabrda üç qarşılaşma

Şahmat
Bu gün, 11:31

Vüqar Rəsulov II Beynəlxalq Prezident Kubokunda 60 min dollarlıq mükafat fondu ilə yarışacaq

Voleybol
Bu gün, 11:04

Maritsa Tovuzda Turanla cavab oyunu üçün yollandı

Qarabağ FK
Bu gün, 11:00

XI turun yekunu: Qarabağda sürpriz məğlubiyyət, Neftçi liderlikdə, Sabah və Turan Tovuz bərabərliklə zirvəyə yaxınlaşıb

Futbol
Bu gün, 10:57

Şəhidin anası Qubada Vətən Naminə futbol klubunu təsis etdi

Qarabağ FK
Bu gün, 10:30

Şamaxı 200-dən artıq heç-heçəni qeyd edib – Azərbaycan çempionatının 3‑cü komandası

Futbol
Bu gün, 10:20

Manchester United 73‑illik antirekordu təkrarladı

Futbol
Bu gün, 10:11

Messi'nin Florida həyat tərzi: Fort Lauderdale'də 10,75M dollarlıq villa və ailə həyatı

Futbol
Bu gün, 10:06

40 yaşlı Vozinya Çili çempionatında həlledici seyvi ilə qalib gəldi

Qarabağ FK
Bu gün, 10:00

“Neftçi – Kəpəz” matçı turun ən çox izlənən qarşılaşması oldu

Digər
Bu gün, 09:46

İkiqat Olimpiya çempionu evindəki yanğın nəticəsində yanıq xəsarətləri aldı

Futbol
Bu gün, 09:40

Ronald Arauxo hələ gələcəyinə qərar vermədi

Futbol
Bu gün, 09:33

Mançester Yunayted, 2027 yay transferi üçün Murilloni araşdırır

Futbol
Bu gün, 09:33

Şamaxı futbolçusu Uğur Cahangirov müdafiə problemlərini vurğuladı

Minifutbol
Bu gün, 09:20

İspaniya "Futsal Finalissima" turnirində Braziliyanı 3:0 məğlub edərək qalib gəldi

Futbol
Bu gün, 09:00

Pyer Saj bu mövsümdə Premyer Liqada istefaya göndərilən ilk baş məşqçi ola bilər

Oxşar xəbərlər