top
Səbuhi Səfiyarlı hakimliyin Qəbələnin xallarını əlindən alması və komandanın vəziyyəti barədə Sport24.az
21 oktyabr 2025, 11:00
- ↺ +

Səbuhi Səfiyarlı hakimliyin "Qəbələ"nin xallarını əlindən alması və komandanın vəziyyəti barədə

"Qəbələ"nin idman direktoru Səbuhi Səfiyarlı Sport24.az-a müsahibə verib.


- "İmişli" ilə oyunda xal itirməyinizə meydançanın durumunun təsiri oldu?
- Ot örtüyünün durumu qələbəmizə mane oldu demək, düz olmazdı. Sadəcə, belə meydançalar çempionatımızın səviyyəsini aşağı salır. O cür qazonda Premyer Liqa səviyyəsində oyun olmamalıdır. Havalar daha da soyumağa doğru gedir, yağış mövsümü başlayır. Ot örtüyünün vəziyyəti necə olacaq? Orada necə futbol oynayacaqlar? Meydançanın vəziyyətinə görə, hansısa matçın yerini dəyişsələr, bizə və orda oyun keçirmiş komandalara qarşı haqsızlıq olacaq. Düzdür, biz iki qol vurduq. Amma bu cür meydançalar çempionatın nüfuzuna xələl gətirir.

- Hakimliklə bağlı narazılıq var. Matçın 59-cu dəqiqəsində "İmişli"nin futbolçusu əllə oynasa da, vərəqə göstərilmədi. Epizodu necə şərh edərdiniz?
- Bəli, hakimlikdən narazı qaldıq. Görüşün 59-cu dəqiqəsində rəqibin futbolçusu əllə oynasa da, heç bir vərəqə göstərilmədi. Bəlkə də xal itirməyimizə səbən həmin an oldu. İki top fərqi ilə irəlidə idik. Həmin epizodda ya 3-cü qolu vuracaqdıq, ya da rəqib azlıqda qalacaqdı ki, ondan sonra 10 nəfərlə üstünlüyümüzü əldən verəcəyimizə inanmıram. Bu epizod konkret olaraq hakimin vicdanınadır. Bu iki xal gələcəkdə bizim komandanın taleyini həll edə bilər. Epizod mübahisəli yox, açıq-aşkardır. Matçda 6 hakim iştirak edir. 6 hakimin hamısı eyni cür səhv fikirləşməyi inandırıcı gəlmir. VAR da müdaxilə etmədi. İkinci sarı verilməli idi. Keçmiş hakimlər, mütəxəssislər vurğulayır ki, bu epizodda ikinci sarını necə verməmək olar? Bir ehtimal var ki, rəqibin müdafiəçisinin əli ilə ayağını səhv salıblar. Ayağı ilə qaytardığını fikirləşibsə, cərimə zərbəsi təyin etməməlidir. Cərimə qeydə alınıbsa, demək ki, əllə oyunu görüb, görübsə də, ən azı ikinci sarı vərəqədir. Bizə qarşı hansısa qərəzin olduğuna inanmaq istəmirəm. Heç kimə pisliyimiz dəyməyib. Çox istərdim ki, Hakimlər Komitəsi bu məsələyə aydınlıq gətirsin. Bəzi komandaların oyunundan sonra Hakimlər Komitəsinin sədri De Bleker epizodla bağlı açıqlama verir. Bizim oyunda yaşanan epizoda bağlı hələ ki, reaksiya yoxdur.

 

- Bu mövsüm hakim səhvləri artıb. Sizcə, səbəb nədir?
- Ona görə maaş alan, məsuliyyət daşıyan adamlar var. Səhvlərin çoxalmasını araşdırmaq bizim işimiz deyil. Bizim oyundakı kimi epizodlara reaksiya verilməyəndə hakimlər düşünür ki, düz edirlər. Bu sualın cavabını biz yox, Hakimlər Komitəsi verməlidir. 

- "Qəbələ" 8 oyuna cəmi 1 qələbə qazanıb. Qalib gəlməyə nə mane olur?
- Oyun planında pis deyilik. Məğlubiyyətlər, xal itkilərimizin səbəbi bir neçə qarşılaşmada 100 faizlik qol epizodlarından yararlana bilməməyimizdir. Bunu komandanın gənc olmasına bağlayardım. Heyətdə təcrübəsiz futbolçularımız var. Akademiyanın oyunçularına şans veririk. Təcrübəsiz futbolçular Premyer Liqadakı təzyiqə tam hazır deyillər. Onlar daim oynamalıdır ki, liqanın sürətinə, gərginliyinə alışsınlar, təcrübə yığsınlar. Artıq bir neçə tur keçib. İnanıram ki, futbolçular həmin təcrübəni qazanmağa başlayıblar.

- Baş məşqçiniz seleksiya işlərində səhvə yol verildiyini, bəzi futbolçuların Premyer Liqa səviyyəsində olmadıqlarını bildirib. Siz necə düşünürsünüz?
- 9 legionerimiz var. Onlardan hansısa adaptasiya prosesində problem yaşayır, bəziləri taktiki cəhətdən məşqçinin istəklərini yerinə yetirə bilmir. Böyük klublarda belə bəzən legionerlər ümidləri doğrultmur. 15 legioner götürsəydik, 1-2-si yalnış olardı, o da gözə görünməzdi. Legioner sayı az olduğuna görə, bir legioner ümidləri doğrultmayanda komandanın oyununa təsir edir. Legionerlərimizin əksəriyyəti gəncdi. Uyğunlaşma prosesindən əmələ gələn problemlərdir. İnanıram ki, aradan qalxacaq. Son matçlarda legionerlər yaxşı çıxış edir.


- Və sonda növbəti turda qarşılaşacağınız "Neftçi" ilə matç barədə fikirlərinizi bilmək istərdik...
- "Neftçi" qarşısına çempionluq, avrokuboklara vəsiqə qazanmaq məqsədi qoyan komandadır. Hələ ki, istədiklərini əldə edə bilmirlər və hər matça qələbə üçün çıxırlar. Bizə asan olmayacaq. Evdə oynayırıq. Xal itirmək kimi qorxumuz yoxdur. Əksinə xal qazanmaq istəyirik. Yəqin ki, maraqlı qarşılaşma olacaq.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 11:18

“Manchester United” Niko Uilyamsı 95 milyon avro üçün almağa hazırdır

Futbol
Bu gün, 11:10

Yurgen Klopp Almaniya millisinin tarixində ən pis startı qeyd etdi;

Futbol
Bu gün, 10:04

“Qəbələ”nin baş məşqçisi Yeton Bekirinin gənc futbolçulara şans vermək məqsədi

Futbol
Bu gün, 09:49

UEFA, Aliyar Ağayevə Gürcüstan‑Ukrayna oyununu idarə etmək üçün təyinat verdi

Futbol
Bu gün, 08:45

UEFA Millətlər Liqası 2026/27 ikinci turunun oyun afişası

Futbol
Bu gün, 05:36

Barselonanın gənc futbolçusu Cessi Bisivu Belçika U-21 və Qana millisi arasında seçim etməlidir

Futbol
Bu gün, 03:44

Məhəmməd Salahın Misir milli komandadan çıxması ölkədə mübahisələrə səbəb oldu

Futbol
Bu gün, 02:38

Arsenal, Tottenham, Liverpool və Manchester United Manchester City-yə qarşı 800 milyon funtluk iddia hazırlayır

Futbol
Bu gün, 02:13

Klopp ilk məğlubiyyətdən sonra sakit qalır: Bu, prosesin bir hissəsidir

Futbol
Bu gün, 01:47

Kamavinqa Fransa millisinin hücumçularının vəzifələri barədə açıqlama verdi

Futbol
Bu gün, 01:28

İspaniya mətbuatı Braziliya milli komandasını ‘Barselona’ stilinə bənzətdi

Güləş
Dünən, 23:40

Azərbaycan çimərlik güləşində iki qızıl üç bürünc medal qazandı, tarixdə ilk dəfə dünya çempionu oldu

Futbol
Dünən, 23:23

Qəbələ ilə Karvan-Yevlax arasında qolsuz bərabərlik

Şahmat
Dünən, 22:38

Vüqar Əsədlinin rəhbərliyi altında Qətər şahmat komandası Səmərqənddə qrup birinciliyini qazandı

Futbol
Dünən, 21:24

Jalə Məhsimova “Neftçi”də davam edəcək

Futbol
Dünən, 19:57

İmişli, Araz‑Naxçıvanı 1:3 hesabı ilə məğlub etdi

Futbol
Dünən, 19:30

Ayxan Abbasov: Litva qarşısında 1:1 oyunla futbolçular milli formanın dəyərini sübut etdilər

Futbol
Dünən, 16:28

Azərbaycan U‑21 millisinin Şotlandiya ilə qarşılaşması üçün norveçli hakimlər təyin olundu

Basketbol
Dünən, 10:47

NTD iki gənc U‑20 oyunçusunun müqaviləsini bir il uzatdı, 10 oyunçu komandadan ayrıldı

Futbol
Dünən, 10:00

“Kəpəz” uzun müddət zədələnən Məqsəd İsayevlə yollarını ayırdı

Şahmat
Dünən, 09:00

Azərbaycan şahmat milli komandası bu gün Səmərqənddə sonuncu oyunlarını keçirəcək;

Futbol
Dünən, 06:27

Dursun Özbek: “Qalatasaray” transferlərindən 50 milyon avro gəlir əldə edib

Voleybol
Dünən, 05:18

Polşa kişi voleybol milli komandası finalda Fransanı məğlub edərək Avropa çempionu oldu

Futbol
Dünən, 03:24

Manchester City futbolçusu Rayan Ayt‑Nuri, Əlcəzair milli komandadan çıxarıldı: məşqçinin göstərişinə əməl etmədi

Oxşar xəbərlər