top
Səbuhi Abdullazadə: Ayxan Abbasov Santuşdan fərqli olaraq bizə milli ruhu hiss etdirdi Idman.biz
10 sentyabr 2025, 14:07
- ↺ +

Səbuhi Abdullazadə: Ayxan Abbasov Santuşdan fərqli olaraq bizə milli ruhu hiss etdirdi

"Ayxan Abbasovla əvvəllər "Sumqayıt"da birgə çalışmışam və onun məşqçiliyinə heç bir söz ola bilməz. O, hər zaman futbolçularla düzgün münasibət qurmağı, komandada birlik və intizam yaratmağı bacarıb. Ən azından Fernandu Santuşdan fərqli olaraq bizə milli ruhu hiss etdirdi".

İdman.biz xəbər verir ki, bu sözləri Futbolinfo.az-a açıqlamasında Azərbaycan millisinin futbolçusu Səbuhi Abdullazadə deyib.

23 yaşlı yarımmüdafiəçi Ukrayna ilə oyundan da danışıb: "Bir neçə gün öncə ağır məğlubiyyət yaşamışdıq. Belə nəticələr futbolun bir hissəsidir, amma istər-istəməz oyunçulara təsir edir. Çalışırdıq ki, bu dəfə meydana çıxanda həmin uğursuzluğu unutduraq və tam başqa ab-hava ilə oynayaq. Açığı, matç çox gərgin və maraqlı keçdi. Meydanın hər qarışında mübarizə aparmaq lazım gəlirdi. Biz də son saniyəyə qədər döyüşdük, heç bir anda geri çəkilmədik. Sonda bərabərlik qazandıq və bu nəticə komanda olaraq bizi motivasiya baxımından bir qədər də gücləndirdi. Ən əsası odur ki, hamı meydanda bir nəfər kimi vuruşurdu".

Abdullazadə, həmçinin gələcək planlardan bəhs edib və məşqçi məsələsinə də münasibət bildirib: "Əslində, futbolçular üçün əsas məsələ meydana çıxıb tapşırıqları yerinə yetirməkdir. Hansı məşqçi təyin olunursa-olunsun, biz onun dediklərini tam şəkildə icra etməliyik. Çünki komandanın uğuru bundan asılıdır. Rəhbərlik hansı qərarı versə, biz oyunçular o qərarı qəbul edib maksimum dərəcədə yerinə yetirməyə çalışacağıq. Hər birimizin arzusu odur ki, Azərbaycan millisi daim uğurlu olsun. Mən də üzərimə düşəni yerinə yetirib həm özümü, həm də ölkəmi layiqincə təmsil etmək istəyirəm".

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər