top
Səbayıl Bağırov: Təcrübə təkbaşına yetərli deyil, meydanda çalışmaq lazımdır - MÜSAHİBƏ Idman.biz
27 avqust 2025, 17:07
- ↺ +

Səbayıl Bağırov: Təcrübə təkbaşına yetərli deyil, meydanda çalışmaq lazımdır - MÜSAHİBƏ

"Səbail"in müdafiəçisi Səbayıl Bağırovun futbolinfo.az saytına müsahibəsi

– I Liqada yeni mövsümün startına yarım ay qalıb. Hazırlıq prosesi necə gedir? "Səbail" yeni sezona tam hazırdır?

– Hazırlıq prosesi planlaşdırdığımız kimi gedir. Fiziki və taktiki baxımdan ciddi şəkildə çalışırıq. Bir neçə yoxlama matçı keçirmişik və növbəti günlərdə də oyun praktikasını artırmaq üçün görüşlərimiz olacaq. "100 faiz hazırıq" demək üçün hələ tezdir. Amma starta qədər tam hazır olacağımıza inanıram.

– İlk turda "Mingəçevir"i qəbul edəcəksiniz. I Liqaya qələbə ilə başlaya biləcəksiniz?

– İlk oyunlar həmişə çətin olur, çünki rəqibin də necə hazırlaşdığını tam bilmək olmur. Biz öz oyunumuzu göstərməyə çalışacağıq. Məqsədimiz mövsümə qələbə ilə başlamaqdır və buna gücümüzün çatacağına inanıram.

– "Səbail"in qarşısına konkret olaraq I Liqa çempionluğu hədəf qoyulub, yoxsa məqsəd çempionluq olmadan da Premyer Liqaya qayıtmaqdır?

– Əsas məqsəd Premyer Liqaya qayıtmaqdır. Amma əlbəttə ki, çempionluq hər bir futbolçu üçün əlavə motivasiyadır. Biz maksimum nəticə üçün mübarizə aparacağıq.

– I Liqa təmsilçiləri arasında hansı komandaları əsas rəqibləriniz hesab edirsiniz?

– Bu mövsüm çox güclü rəqabət olacaq. Bir çox yaxşı yığılmış komanda var və çempionat asan keçməyəcək. Hər matçda maksimum diqqətli olmağa, öz oyunumuzu göstərməyə çalışacağıq.

– "Səbail"in heyətində Premyer Liqa təcrübəsi olan xeyli sayda futbolçu toplaşıb. Bu, komandanın uğurlu çıxışı üçün yetərli olacaqmı?

– Premyer Liqa təcrübəsinə malik futbolçuların olması böyük üstünlükdür. Onlar həm meydanda, həm də komanda daxilində önəmli rol oynayırlar. Amma təkcə təcrübə kifayət deyil, hər kəs maksimal səviyyədə çalışmalı və meydanda bunu göstərməlidir.

– Həm Premyer Liqa, həm də I Liqa təcrübəniz var. "Şamaxı"nın heyətində I Liqada çempionluq da yaşamısınız. 1 il Premyer Liqada oynadıqdan sonra yenidən I Liqada çıxış etmək sizi geri salmayacaq?

– Mənim üçün əsas olan daim oynamaq və komandama faydalı olmaqdır. Hər iki liqada təcrübə toplamaq futbolçu üçün üstünlükdür. Əksinə, bu mənə daha çox məsuliyyət verir. Çünki hədəf yalnız I Liqada qalmaq deyil, komandanın Premyer Liqaya qayıtmasına kömək etməkdir.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 14:19

Bursaspor futbolçusu Toral Bayramov qeyri-adi avtoqol vurdu

Cüdo
Bu gün, 14:06

Azərbaycan ilk dəfə eşitmə qüsurlu cüdoçular arasında V Avropa çempionatına ev sahibliyi edəcək

Futbol
Bu gün, 14:00

Rahid Əmirquliyev: “12 xalla kifayət etmirik, liderdən 6 xal geriyik”

Futbol
Bu gün, 13:48

Cenk Sümer: "Hədəfimiz mövsümün sonunda çempion olmaqdır"

Futbol
Bu gün, 13:30

Niko Pas Mourinyoya zəng edərək "Real"a yalnız ehtiyat üzvü kimi qayıtmaq istəmədiyini bildirib

Qarabağ FK
Bu gün, 13:28

“Şəfa”‑“Araz‑Naxçıvan” sonuncu yerdən qurtulmağa çalışacaq, “Zirə”‑“Qəbələ” isə “Qarabağa” yaxınlaşmaq üçün mübarizə aparır? - İDMAN.BİZ‑in İCMALI

Voleybol
Bu gün, 13:08

Mateus Arauxo: "Azərbaycan çempionatı hər il inkişaf edir və daha maraqlı olub"

Gimnastika
Bu gün, 13:06

Azərbaycan gimnastı Tofiq Əliyev tumblinq üzrə dünya çempionatında gümüş medal qazanıb

Futbol
Bu gün, 12:50

İspaniya 2030-cu il Dünya Çempionatının finalı Mərkirdə keçirilərsə turnirdən imtina edəcək

Futbol
Bu gün, 12:48

Latsio Neapolda Çətin Sınaqla, Inter Komo ilə Mübarizədə

Basketbol
Bu gün, 12:35

Sabah basketbol klubu oyunçusu Mayk Ertel ilə müqaviləni bağlamış

Futbol
Bu gün, 12:30

FİFA prezidenti İnfantino yenidən seçilmək üçün Dünya çempionatının formatını dəyişdirmə planlarından vaz keçə bilər

Futbol
Bu gün, 12:28

Fransa Liqa 1-in 10-cu turu: PSJ-nin liderliyi, "Havr"dakı məşqçi krizi və zirvə komandalarının qarşıları

Futbol
Bu gün, 12:08

İraola: Futbolçular yıxılmağı məsləhət edir, hakimlər qaydanı qeydə alır

Futbol
Bu gün, 12:00

Bəxtiyar Musayev: Ayxan Abbasovun gəncləri milliyə dəvət etməsini alqışlayır

Futbol
Bu gün, 11:59

Prezident İlham Əliyev Xankəndi Şəhər Stadionunun yenidənqurulmuş açılışında iştirak edib

Voleybol
Bu gün, 11:48

Misirli voleybolçu Mariam Metvalli: Azərbaycanlılarla oxşarlıq var, burada evim kimi hiss edirəm

Futbol
Bu gün, 11:30

PSJ‑nin 12 nailiyyəti və 7 komanda rekordu Guinness Rekordlar Kitabına daxil edildi

Basketbol
Bu gün, 11:02

NTD basketbol klubu Hüseyn Məmmədovu mövsüm sonuna qədər müqavilə ilə transfer etdi

Qarabağ FK
Bu gün, 11:00

Musa Qurbanlı "Qarabağ"ın son 4 oyundakı xal itkisi: "Bu, daha çox məşqçilərimizin təhlil etməli olduğu məsələdir"

Cüdo
Bu gün, 10:48

Marneulidə azərbaycanlı yeniyetmə idmançılar Zəfər Gününə həsr olunmuş qarışıq döyüş növləri turnirinə hazırlaşırlar

Gimnastika
Bu gün, 10:38

Selcan Mahsudova dünya çempionatında fərdi proqramın finalına vəsiqə qazanıb

Futbol
Bu gün, 10:30

DAZN-da Qadınlar Super Liqası iki oyunu canlı yayımlanacaq

Futbol
Bu gün, 10:30

Bundesliqada məğlub olmayan iki lider və rekord yarışı

Oxşar xəbərlər