"Real"ın yarımmüdafiəçisi Daniel Sebalyos La Liqanın 17-ci turunun "Barselona" – "Vilyarreal" matçının ABŞ-da keçirilməsi ilə bağlı qərarı şərh edib.
İdman.Biz bildirir ki, oyun Mayamidəki "Hard Rock Stadium"da oynanılacaq.
"Mən indicə sevgilimlə bu barədə danışırdım. Onlar aşkar şəkildə La Liqanın işlərinə qarışırlar", - Sebalyos deyib.
Daha əvvəl "Barselona"nın niderlandlı yarımmüdafiəçisi Frenki de Yonq La Liqa matçının xaricdə keçirilməsi qərarını tənqid etmişdi. Ona cavab verən "Barselona"nın prezidenti Joan Laporta ABŞ-da böyüyən futbol bazarı ilə əməkdaşlığın vacibliyini vurğulamışdı.