"Səbail"un yeni baş məşqçisinin adına aydınlıq gəlib.
İdman.biz xəbər verir ki, Şahin Diniyevin istefasından sonra vakant qalan postu Cavid Hüseynov tutacaq.
Buna qədər "Turan Tovuz"da məşqçi kimi fəaliyyət göstərən Hüseynov milli komandamızdakı çıxışları ilə tanınır.
Gənc mütəxəssis baş məşqçi kimi "Cəbrayıl"ı Region Liqasının qalibi edib, daha sonra İkinci Liqadan Birinci Liqaya yüksəldib.
O, Premyer Liqada yerli futbolçulardan qurulmuş "Şamaxı"nın faktiki baş məşqçisi olub, o zaman kateqoriyasının yoxluğuna görə bu vəzifədə rəsmən Vüqar Əsgərlinin adı gedib (Sports.az).
"Sabail"in noyabrın 23-ü "Qarabağ"la keçirəcəyi matçda Cavid Hüseynov yeni klubunda baş məşqçi kimi rəsmi debütünü edəcək.
İdman.biz