top
Səbailin limiti bitdi və qonşuları təhlükə hiss edir - TƏHLİL Idman.biz
05 may 2025, 18:01
- ↺ +

"Səbail"in limiti bitdi və qonşuları təhlükə hiss edir - TƏHLİL

Misli Premyer Liqasının son 3 turu ərəfəsində 3 komandanın I Liqaya yuvarlanmaq təhlükəsi qalıb.

İdman.biz xəbər verir ki, çempionatın autsayderi "Səbail"lə yanaşı, "Sumqayıt"la "Kəpəz" də elitada yerini itirməkdən siğortalanmayıb.

Lakin bu komandalardan ən azı biri artıq həftəsonu keçiriləcək görüşdən sonra rahat nəfəs ala bilər.

Xal itirmək limiti bitib
"Səbail"in Premyer Liqada xal itirmək limiti rəsmən bitib. Bakı klubu son 3 matçın hamısında qalib gəlməli və digər oyunların nəticələrinə ümid etməlidir. İstənilən xal itkisi "Səbail"i I Liqaya aparacaq. Qarşıdakı turda Elvin Məmmədovun yetirmələri meydana daha tez çıxacaq. "Dənizçilər" mayın 10-da "Zirə"ni qəbul edəcək. Meydan sahibləri xal itirsələr, Premyer Liqa ilə vidalaşacaqlar.

"Səbail"in son 3 oyunu:
XXXIV tur. "Zirə" (e)
XXXV tur. "Neftçi" (s)
XXXVI tur. "Sumqayıt" (e)

Bir xal yetər
Premyer Liqaya vida etməyə digər iki namizəd bir-biri ilə qarşılaşacaq. Tovuzda keçiriləcək matçda "Sumqayıt"a uduzmamaq da kifayətdir. Bir xal Vaqif Cavadovun yetirmələri elitada saxlayacaq. Təbii ki, bir gün əvvəl "Səbail" xal itirməsə. Bakı derbisində "Zirə"nin uduzmaması isə "Kəpəz" - "Sumqayıt" matçını formallığa çevirəcək.

"Sumqayıt"ın son 3 oyunu:
XXXIV tur. "Kəpəz" (s)
XXXV tur. "Turan Tovuz" (e)
XXXVI tur. "Səbail" (s)

Gəncə klubu qələbə arzusunda
"Kəpəz"ə isə Premyer Liqada qalmaq üçün bir qələbə kifayət edəcək. Hətta "Səbail" bütün matçlarda qalib gəlsə belə, gəncəlilərə 3 xal yetər. Azər Bağırovun yetirmələri bunu elə ilk görüşdə gerçəkləşdirmək istəyəcək. Çünki "Sumqayıt"la matçdan sonra iki çətin sınaq olacaq.

"Kəpəz"in son 3 oyunu:
XXXIV tur. "Sumqayıt" (e)
XXXV tur. "Qarabağ" (e)
XXXVI tur. "Turan Tovuz" (s)

Qeyd edək ki, XXXIV tur mayın 9-11-də keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 19:13

Xetafe, Sevilya üzərində 3-1 hesabı ilə qalib gəldi

Futbol
Bu gün, 18:49

Fermin Lopes Manchester Unitedin marağını rədd edib, Barselona’da qalmaq istəyir

Basketbol
Bu gün, 18:25

Sabah və Gəncə Basketbol Liqasında Qələbə Qazanır

Basketbol
Bu gün, 18:13

NTD baş məşqçisi Tahir Baxşıyev: Komanda hələ sabit oyun nümayiş etməyə hazır deyil

Futbol
Bu gün, 17:56

"Qalatasaray"ın vitse-prezidenti Metin Öztürk istefa verdi

Futbol
Bu gün, 17:53

Şamaxı məşqçisi Azər Bağırov məğlubiyyətin səbəblərini açıqladı

Futbol
Bu gün, 17:43

Rafinya Messinin La Liqadakı rekordu təkrarlayıb: 11 turda 15 qol

Futbol
Bu gün, 17:34

"Komo" "Venetsiya"yı 1:0 hesabı ilə məğlub edərək A Seriyasında dördüncü yeri ələ keçirdi

Futbol
Bu gün, 17:33

Azər Bağırov: "Şamaxı"nın "Neftçi"yə qarşı matçında 100%-lik fürsətləri dəyərləndirmədiyini dedi

Futbol
Bu gün, 17:26

Babək Quliyev UEFA Gənclər Liqasının Göztəpə–AZ Alkmaar oyununda hakim‑inspektor təyin edildi

Digər
Bu gün, 17:16

Bakıda 8 noyabrda "Zəfər Kuboku" at yarışı keçiriləcək

Futbol
Bu gün, 17:15

Vernidub: "Şamaxı" heç də asan rəqib deyildi, heç bir halda xal itirə bilməzdik

Basketbol
Bu gün, 17:09

Murad Dikmen: “Gəncə”nin “NTD” üzərindəki qələbəsi və komandanın böyük hədəfləri haqında bəyanatlar verib

Futbol
Bu gün, 17:04

Neftçi Şamaxıya 3-2 qələbə verərək liderliğe yüksəldi

Futbol
Bu gün, 17:02

"Bavariya" Avropanın ilk beş liqasında məğlubiyyətsiz yeganə komanda olaraq qalıb

Basketbol
Bu gün, 17:02

"Sumqayıt" basketbol komandası baş məşqçisi hakimlərin qərəzli idarəçiliyini ittiham etdi

Futbol
Bu gün, 16:57

Everton Cek Qrilişi iki gün spirtli içki üçün heyətdən kənarlaşdırdı

Qarabağ FK
Bu gün, 16:55

"Neftçi" səfərdə "Şamaxı"ya qalib gələrək turnir cədvəlində liderə çevrilib

Futbol
Bu gün, 16:36

Amedspor Super Liqada 5-1 qalib, Balle hat-trik etdi, qırmızı vərəqə aldı

Digər
Bu gün, 16:32

İrlandiyanın 1500 m Avropa çempionu Siara Magian 34 yaşında vəfat edib

Futbol
Bu gün, 15:58

Trabzonspor Braziliyalı Forvard Con Kennedy ilə Danışıqlara Başladı

Futbol
Bu gün, 15:55

Neftçi futbolçusu Qustavo Klinsman 'Ayın qolu' mükafatını qazandı

Futbol
Bu gün, 15:49

PFL rəhbərliyi “Şamaxı” – “Neftçi” matçını stadiondan izləyir

Futbol
Bu gün, 15:28

Manchester United 9 oyunluk qalibiyyətsizlik seriyasını təkrarladı

Oxşar xəbərlər