top
Səbailin kapitanı Yusif Nəbiyev Şahdağ Qusarla oyundan və I Liqadakı hədəflərdən danışıb Idman.biz
27 sentyabr 2025, 17:10
- ↺ +

"Səbail"in kapitanı Yusif Nəbiyev "Şahdağ Qusar"la oyundan və I Liqadakı hədəflərdən danışıb

"Məşqlərdə standart vəziyyətlərin üzərində işləyirdik. "Şahdağ Qusar"la qarşılaşmada bundan maksimum istifadə etdik".

Bu sözləri I Liqada çıxış edən "Səbail"in kapitanı Yusif Nəbiyevin futbolinfo.az saytına müsahibəsi zamanı deyib.

Həmin müsahibəni təqdim edirik:

– I Liqanın 3-cü turunda "Şahdağ Qusar" üzərində qələbə qazandınız. 2:0 hesablı qalibiyyəti və komandanızın sərgilədiyi oyunu necə şərh edərdiniz?

– Matça yaxşı hazırlaşmışdıq. Məqsədimiz qələbə qazanmaq idi. Bilirdik ki, "Şahdağ Qusar" da yaxşı komandadır. Maraqlı oyun alındı. Şadam ki, meydanı vacib 3 xalla tərk etdik.

– Maraqlıdır ki, görüşdə birini siz olmaqla, hər iki qolu müdafiəçilər vurdu. Təsadüfən belə alındı, yoxsa məşqlərdə bunun üzərində işləmişdiniz?

– Məşqlərdə standart vəziyyətlərin üzərində işləyirdik. "Şahdağ Qusar"la qarşılaşmada bundan maksimum istifadə etdik.

– "Səbail" ilk 3 turdan maksimum nəticə ilə – 9 xalla ayrılıb. Bu tempi uzun müddət saxlamaq mümkün olacaq?

– Bizim məqsədimiz çempion olmaqdır. Buna görə də hər oyunda qələbə qazanmalıyıq. Bilirik ki, bu, çətin olacaq. Buna baxmayaraq, hazırkı tempi saxlamaq, maksimum nəticə əldə etmək üçün vuruşacağıq.

– Növbəti turda "Şimal"ın qonağı olacaqsınız. Səfərdən 3 xalla qayıda biləcəksiniz?

– Səfərə qələbə üçün gedəcəyik. İnşallah, istəyimizə çatarıq. Vaxtımız var, oyuna yaxşı hazırlaşacağıq.

– Uzun illər Premyer Liqada oynamış futbolçu olaraq, I Liqa haqda ilkin təəssüratınız necədir? Bu liqada əsas çatışmazlıqlar hansılardır?

– Bəli, mənim üçün I Liqada ilk sezondur. Heç də asan deyil, hər oyun ağır keçir, döyüşkən komandalar çoxdur. Çatışmazlıqlara gəlincə, bu barədə nəsə deyə bilmərəm. Çünki mövsüm yeni başlayıb, hələ az sayda oyuna çıxmışıq.

– Çempionluğu və Premyer Liqaya qayıtmağı hədəfləyən "Səbail" istəyinə çata biləcəkmi? Çempionluq mübarizəsində yeganə rəqibinizin "Şəfa" olması fikri ilə razılaşırsınız, yoxsa başqa komandalar da sizə problem yarada bilərlər?

– İstəyimizə çatmaq üçün əlimizdən gələni edəcəyik. Mən bütün rəqiblərə eyni gözlə baxıram. Hamısına hörmət edirəm, heç bir komandanı digərindən ayırmıram. Bütün görüşlər bizim üçün önəmlidir. Çalışacağıq ki, Premyer Liqaya I Liqanın çempionu kimi qayıdaq.

İdman.biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
12 oktyabr 2026, 11:51

“Sabah” və “Slaviya” qarşılaşması üçün 51 minə yaxın bilet satılıb – KLUBDAN İDMAN.BİZ-ə açıqlama

Futbol
12 oktyabr 2026, 11:07

Harri Keyn “Bavariya” ilə 2030-cu ilin yayınadək müqaviləsini uzada bilər

Qarabağ FK
12 oktyabr 2026, 10:00

VII tur: 12 qol, Sumqayıtın möhtəşəm qalibiyyəti və turnirin digər əsas nəticələri

Futbol
12 oktyabr 2026, 09:44

“Real Madrid”ın hücumçusu Vinicius Junior sevgilisindən ayrıldı

Futbol
12 oktyabr 2026, 06:47

Spalletti: “Yuventus” qələbəni öz təşəbbüsü ilə əldə etməlidir

Futbol
12 oktyabr 2026, 04:40

“Aston Villa” Endricki icarəyə götürməyi planlaşdırır

Futbol
12 oktyabr 2026, 01:30

Nihat Kahveci, Türkiyə milli komandasının yeni baş məşqçisi olaraq Fatih Tekkeyi təklif etdi

Futbol
11 oktyabr 2026, 23:58

Ramil Şeydayev Soçi–Ufa matçında qalibiyyətdə iştirak etdi

Futbol
11 oktyabr 2026, 22:55

Arda Turan Türkiyə milli komandası üzrə məşqçilik təklifini rədd etdi

Futbol
11 oktyabr 2026, 22:55

Turan Tovuz, Şəfaya 0:1 qalib gəldi - Video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 22:30

Əvəzedicilər Liqası: “Qarabağ‑2” və “Sumqayıt‑2” qalib gəldi

Qarabağ FK
11 oktyabr 2026, 22:25

İmişli – Qarabağ (0:2) matçının video icmalı

Qarabağ FK
11 oktyabr 2026, 21:49

Qurban Qurbanov: “Qələbəmiz önəmlidir, amma hələ də komandamızda bəzi çatışmazlıqlar mövcuddur”

Futbol
11 oktyabr 2026, 21:26

Manchester City 3-0 Liverpool, Crystal Palace 3-1 Nottingham Forest – nəticələr + video

Qarabağ FK
11 oktyabr 2026, 17:36

Kamilo Duran “Seltik”in 2:0 qələbəsində qol vurdu – VİDEO

Qarabağ FK
11 oktyabr 2026, 13:24

Avstriyalı hakim Sebastian Qishamerin doğum günündə “Sabah” – “Slaviya” oyununu idarə edəcək

Futbol
11 oktyabr 2026, 11:20

“Sabah” müdafiəçisi Puxaç Levandovskiyi görkəmli natiq hesab etmir

Qarabağ FK
11 oktyabr 2026, 10:37

Duran, “Qarabağ”dan “Seltik”ə keçidinin Kolumbiya millisində dəvətə əsas faktor olduğunu bildirib

Futbol
11 oktyabr 2026, 10:19

Şəfa və Turan Tovuz Misli Premyer Liqasının 7-ci turunda ilk dəfə qarşılaşacaq

Qarabağ FK
11 oktyabr 2026, 09:31

“İmişli” “Qarabağa” qarşı: İlk qolmu, dördüncü məğlubiyyətmi?

Futbol
11 oktyabr 2026, 09:19

Messi Inter Miami-də 934-cü qolunu vurdu, 1000-ə 66 top qaldı

Cüdo
11 oktyabr 2026, 01:49

Rəşad Nəbiyev dünya çempionatında rekord 7 medal qazanmış cüdoçularımızı təbrik etdi

Futbol
11 oktyabr 2026, 01:04

Real Madrid Vilyarrealı 1-0 məğlub etdi, Vinicius qırmızı kart gördü; Barcelona 3-0 Xetafe

Futbol
11 oktyabr 2026, 00:12

Filipe Kandido: 4-1 qələbə ilə Qəbələyə tam haqq etdik

Oxşar xəbərlər