top
“Səbail”in israilli legioneri: “Çatışmazlıqları aradan qaldırıb irəli baxmalıyıq” Sport24.az
05 avqust 2024, 10:00
- ↺ +

“Səbail”in israilli legioneri: “Çatışmazlıqları aradan qaldırıb irəli baxmalıyıq”

Dünən keçirilən"Zirə" - "Səbail" qarşılaşması ilə Premyer Liqanın I turuna yekun vuruldu. 5 qolun vurulduğu görüşdə meydan sahibləri qalib gəldi. Bu oyunda "dənizçilər"in heyətində Azərbaycan çempionatında debüt edən legionerlər var idi ki, onlardan biri də Gitay Sofir idi. Yəhudi futbolçu matçdan sonra Sport24.az-a müsahibə verib.  

- Azərbaycana xoş gəlmisən. Ölkəmiz haqqında təəssüratların maraqlıdı...
- Azərbaycan çox yaxşı ölkədi. İnsanlarınız gülərüz və istiqanlıdı. Qısa zamandı burdayam. Buna baxmayaraq, özümü rahat və doğma məkandakı kimi hiss edirəm.


- Bu gün Premyer Liqada debüt etdin. Şərəfini qoruduğun "Səbail" çempionatın ilk turunda məğlub oldu. Meydandan uğursuz nəticə ilə ayrılmamağınızı nə ilə izah edərdin?
- İlk yarı bizim üçün yaxşı keçmədi. Ardıcıl qollar buraxdıq. Amma fasilədən sonra toparlanaraq hücumlar təşkil etdik. Təəssüf ki, şanslarımızdan ancaq birini qola çevirə bildik. Ümumi götürəndə oyunumuz istədiyimiz kimi alınmadı. Bir çox səhvlərə yol verdik. Düşünürəm ki, çatışmazlıqları aradan qaldırıb irəli baxmalıyıq.


- Yeni kollektivə tam uyğunlaşmısan?
- Adaptasiyada problem olmadı, yaxşı kollektivimiz var. Bircə qalıb meydanda da özümü yaxşı tərəfdən göstərib komandaya faydalı olmaq.  


- İlk dəfədi bir azərbaycanlı baş məşqçinin rəhbərliyi altında oynayırsan. Şahin Diniyevi məşqçi necə xarakterizə edərdin?
- Zəngin futbol savadına malik mütəxəssisdi. Hər məşqdə öz futbol fəlsəfəsini futbolçulara aşılamağa çalışır. Bir sözlə, yaxşı məşqçimiz var.


- Texnikalı və sürətli oyunçusan. Məhz sən meydana daxil olandan sonra komandanın hücumları daha kəsərli alındı...
- Bura gəlmişəmsə, maksimum komandama fayda verməkdə maraqlıyam. Konkret olaraq qarşıma bombardir olmaq hədəfi qoymamışam. Amma hər oyunda maksimum qol vurmaq və məhsuldar ötürmə ilə yadda qalıb "Səbail"ə faydalı olmaq istəyirəm.



- Azərbaycan futbolu haqqında ilkin təəssüratların necədi?
- Azərbaycan futbolunda inkişaf görünür. Ən azı "Qarabağ"ın avrokuboklarda uğurlu çıxışı buna sübutdur. Çempionatınıza gəlincə, temp yüksəkdi və taktiki planda da komandalar pis təsir bağışlamırlar. Sadaladıqlarım xoşuma gəlir. Ümumi götürəndə  futbolunuzu yaxşı qiymətləndirirəm.

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Futbol
Bu gün, 09:40

Aston Villa 19 yaşlı yarımmüdafiəçisini beş illik müqavilə ilə bağladı

Basketbol
Bu gün, 09:31

Neftçi Yunanistanın 'Mikonos' klubu ilə FIBA Avropa Kubokunda görüşəcək

Futbol
Bu gün, 09:20

Fransa klubu Yannik Kaüzakı işdən çıxarır

Basketbol
Bu gün, 09:15

Azərbaycanda qadın basketbol milli komandası Avropa çempionatı seçməsində İsveçrə ilə üz-üzə gəlir

Futbol
Bu gün, 09:08

Athletic'in 17 yaşlı futbolçusu Kristian İmqa'ya 15 Çempionlar Liqası klubu maraq göstərir

Futbol
Bu gün, 09:06

AFFA-nın Kifayət Mustafayeva UEFA-nın qadınlar Çempionlar Liqasının IV turu nümayəndəsi təyin edildi

Voleybol
Bu gün, 09:00

Xilasedici komandası CEV Çempionlar Liqasında cavab oyununa çıxır

Futbol
Bu gün, 09:00

Markus Türam Interin yeni təklif etdiyi müqavilə uzatmasını rədd etdi

Futbol
Bu gün, 08:40

Qalatasaray, Ştutqartın 40 milyon avroluq oyunçusu Bilal El Xannusuna maraq göstərir

Futbol
Bu gün, 08:20

Frankfurt Alman klubu Arno Kalimuendo üçün Nottingem Forest-dan transferi nəzərdən keçirir

Futbol
Bu gün, 08:12

“Arsenal” qış transfer pəncərəsində dörd oyunçunu nəzərdən keçirir

Futbol
Bu gün, 08:00

Cek Rudoni qışda Coventri-dən ayrılmaq üzrədir

Basketbol
Bu gün, 07:46

"Trabzonspor" basketbol komandası "Sabah" məğlubiyyəti üzündən baş məşqçi Selçuk Ernakı işdən çıxardı;

Futbol
Bu gün, 07:21

Rio Nqumoa “Çelsi”dən ayrılma səbəbini və Liverpoola keçidini izah etdi

Futbol
Bu gün, 06:13

Maktominey: Dünya çempionatının ilk oyununa iki gün qalmış ürək müdaxiləsi üçün xəstəxanada oldu

Futbol
Bu gün, 04:08

Merson, Alonsonun Estevaonu oyununa çıxarmamasını tənqid etdi

Futbol
Bu gün, 03:11

Fermin Lopes Barcelona klubunda özünü kifayət qədər dəyərləndirilmədiyini bildirir

Futbol
Bu gün, 02:13

Barcelona və CBF arasında Rafinyanın zədələnməsinin qarşısını almaq üçün oyun vaxtını tənzimləmək razılaşması

Futbol
Bu gün, 01:51

Yamalın Azərbaycan üçün hədiyyəsi Qazaxıstanla qarışdırıldı

Futbol
Bu gün, 01:15

Mark Kukurelya: Arda Güler meydanda oynadığı zaman komanda dəyişir

Futbol
Bu gün, 00:56

Romano Floriani 2031-ci ilə qədər Latsio klubu ilə müqavilə uzadı

Olimpiada
Bu gün, 00:37

Bu gün Azərbaycan idmançılarımız Dakar-2026-da boks və taekvondo üzrə yarımfinala çıxacaq

Futbol
Bu gün, 00:21

Kubarsi Flik ilə dil maneəsi barədə danışır: "Səsinin tonundan hər şey aydın olur"

Futbol
Bu gün, 00:02

Spalletti, Anqissanı Yuventus'a Transfer Etmeyi Hədəfləyir

Oxşar xəbərlər