top
Səbaildən Elvin Məmmədovla ayrılıq: İcraçı direktorun müsahibəsi Idman.biz
29 noyabr 2025, 13:10
- ↺ +

"Səbail"dən Elvin Məmmədovla ayrılıq: İcraçı direktorun müsahibəsi

"Bu, bizim üçün prinsipial məsələ deyil. İstənilən komandaya məğlub da olmaq olar, qalib gəlmək də".

Bunu I Liqada çıxış edən "Səbail"in baş icraçı direktoru Firuz Abdulla offsideplus.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik:

- Komanda baş məşqçi Elvin Məmmədovla yolları ayırdı. Maraqlıdır, bu gedişi labüd edən səbəblər nə idi?

- Elvinin işindən heç bir narazılığımız yox idi. O, işinə peşəkar şəkildə yanaşan məşqçidir. Ancaq nəticələrlə bağlı müəyyən problemlər ortaya çıxdı. Bir qədər başqa şəkildə ifadə etsək, deyə bilərəm ki, bəzən biz hadisələri yox, hadisələr bizi idarə edir. Elə vəziyyət yarandı ki, bu qərarı verməli olduq. Geridə qalan oyunları müzakirə edib, qarşılıqlı şəkildə ayrılmaqla bağlı qərara gəldik. Beləcə mehriban, dostluq şəraitində yollarımızı ayırdıq.

- 18 xalla turnir cədvəlində ikincisiniz. Nəticələrlə bağlı narazılıq deyəndə konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Birinci yerdəki komandadan 5 xal geridəyik. Üstəlik, 9 turda 9 xal itkimiz var. Bilirsiniz ki, bizim məqsədimiz Premyer Liqaya qayıtmaqdır. Əgər vaxtımız daha çox olsaydı və başqa platformada çıxış etsəydik, nə mən, nə də idarə heyətinin digər üzvləri Elvinin getməsi ilə razılaşmazdıq. Mən inanıram ki, Elvin bundan sonra harada işləsə, yaxşı nəticələrə imza atacaq. Düzü, bütövlükdə nəticələrdən narazı olduğumuzu deyə bilmərəm. Sadəcə, bugünkü reallıq bizi dəyişikliklərə getməyə məcbur etdi.

- Dəyişiklik qərarı "Cəbrayıl"a uduzandan sonra verildi. Eks-məşqçiniz Cavid Hüseynovun bu komandada olması hər hansı formada qərarınıza təsir etdimi?

- Bu, bizim üçün prinsipial məsələ deyil. İstənilən komandaya məğlub da olmaq olar, qalib gəlmək də. Şəxsən mən istənilən oyuna itirilən və qazanılan xallar prizmasından baxıram. Rəqibin adının burada elə bir əhəmiyyəti yoxdur.

- Çox güman, məşqçi namizədləriniz var.

- Əlbəttə. Qarşıda bizim 10 gündən çox vaxtımız var. Növbəti oyunumuz dekabrın 11-də olacaq. Müzakirələr aparılır və namizədlərimiz də var. Ancaq hələlik ad açıqlamağı məqbul hesab etmirik.

- Seçiminizdə yerli mütəxəssisə üstünlük verəcəksiniz, yoxsa xariciyə?

- Birmənalı şəkildə yerli məşqçi olacaq. Bu, həm bizim büdcəmizlə, həm də futbola baxışımızla bağlıdır. Şəxsən mənim yanaşmam belədir ki, şərait varsa, yerli mütəxəssislərin işləməsinə imkan yaratmalıyıq.

- Bəs yaxın gələcəkdə heyətdə hər hansı dəyişikliklər gözlənilirmi?

- Yeni məşqçinin təyinatından sonra bu haqda söhbət etmək olar. Ancaq hazırda kiminsə göndərilməsi və ya hansısa futbolçunun komandaya cəlb olunması gündəmdə deyil. Fikrimcə, kifayət qədər geniş və keyfiyyətli heyətimiz var.

- Premyer Liqadan sonra I Liqaya adaptasiya olmaq sizə çətin olmadı?

- Çətindir. Ancaq bu yola çıxmışıqsa, öhdəsindən gəlməyi bacarmalıyıq. Bizim üçün əlavə bir çətinlik də ondan ibarətdir ki, heyətimizin xeyli hissəsi əvvəllər Premyer Liqada oynamış futbolçulardır. Onların birinci liqaya uyğunlaşması daha çətin oldu. Digər səbəb isə I Divizionda bizə qarşı oyunların daha aqressiv və prinsipial xarakter daşımasıdır. Futbolda belə bir şey var ki, hansısa komanda yuxarı liqadan düşübsə, onlara qarşı oynayanda futbolçularda istər-istəməz əlavə motivasiya formalaşır. Biz bundan şikayət etmirik. Ancaq hazırda əsas hədəfimiz Premyer Liqaya qayıtmaqdır.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Boks
Bu gün, 16:49

Lebosnoyani: Fərman Həsənovla döyüşü gözləntilə qarşılayır

Futbol
Bu gün, 16:40

FİFA nümayəndələri 2030 Dünya Çempionatı üçün stadionları yoxlayacaq

Futbol
Bu gün, 16:27

Prezident İlham Əliyev Bakıdaki FIFA U-15 Dünya Çempionatının finalçılarını mükafatlandıracaq

Futbol
Bu gün, 16:20

Yuventus rəhbərliyi Spallettiyə 3 oyun şansı təklif edir

Cüdo
Bu gün, 16:19

62 ildir eyni çəkidəyəm: Asanbəylər kimi olimpiya çempionları yetişdirən məşqçi Tərlan Həsənov müsahibə verdi

Futbol
Bu gün, 16:10

Elvin Məmmədov: U-15 dünya çempionatı Azərqbaycan millisinin inkişafı üçün əla fürsətdir

Qarabağ FK
Bu gün, 16:05

Qurban Qurbanov və Futbolçular Milli Onkologiya Mərkəzi Uşaq Klinikasını Ziyarət Ediblər

Digər
Bu gün, 16:03

Fərman Həsənov: "Favorit Lebosnoyani hesab edilsə də, mən qalib gələcəyəm"

Futbol
Bu gün, 16:00

Neftçi Andrey Shutkin ilə yolları ayırmaq planlaşdırır

Tennis
Bu gün, 15:55

17 yaşlı Slovak tennisçi Mia Poqankova Tokioda Naomi Osakayı məğlub etdi

Digər
Bu gün, 15:48

Elnur Məmmədov: 'Oceanman Azərbaycan – Sea Breeze' yarışının Azərbaycanda keçirilməsi etimadın göstəricisidir

Qarabağ FK
Bu gün, 15:34

"Qarabağ"ın payı 62,3%-dir: Azərbaycan UEFA reytinqində bir klubdan asılılıq göstəricisinə görə 4-cüdir

Futbol
Bu gün, 15:26

FIFA U-15 dünya çempionatı və festivalının Bakıda təşkilatçılığını yüksək qiymətləndirir;

Minifutbol
Bu gün, 15:25

Oktay Rüstəmli: Bundan sonra Uypestlə Bakıda oynayacağıq

Futbol
Bu gün, 15:20

Antonio Cabrini: Hakan Çalhanoğlu üçün Juventus müqaviləsini uzatmaq vacibdir

Futbol
Bu gün, 15:19

Spalletti 'Yuventus' komandası da çətin vəziyyətdə: Cenoa mağlubiyyəti sonrası istefa çağırışları

Digər
Bu gün, 15:16

Azərbaycanın qadın oxatma yığması Asiya Kubokunda qızıl medal qazandı

Voleybol
Bu gün, 15:04

Polina Rəhimova: "DH Volley"i adıma və xidmətlərimə hörmət edən klub olduğu üçün seçdim, karyeramı çempionluqla başa vurmaq istəyirəm

Futbol
Bu gün, 15:00

Qalatasarayın yeni transfer hədəfi Leo Pereyra: Flamenqo 12 milyon avro tələb edir

Boks
Bu gün, 14:49

Tayson Fyuri və Entoni Coşua arasındakı ilk qarşılaşma 11 dekabrda baş tutacaq, sənədli film isə 29 noyabrda Netflix-də yayımlanacaq

Futbol
Bu gün, 14:40

Fənərbağça alman məşqçi Yulian Naqelsmannı namizəd etdi

Boks
Bu gün, 14:20

Edmond Xudoyan 10 ay sonra məğlubiyyətini siyasətə bağlayır

Cüdo
Bu gün, 13:49

Azərbaycanda adaptiv cüdo üzrə məşqçi kursu keçirildi

Qarabağ FK
Bu gün, 13:45

“Qəbələ – Qarabağ” matçının hakim və texniki heyət təyinatları açıqlanıb

Oxşar xəbərlər