top
Səbaildən ayrılan Elvin Məmmədov: İndiki məqamda belə bir addım atmaq lazım idi Idman.biz
28 noyabr 2025, 16:22
- ↺ +

"Səbail"dən ayrılan Elvin Məmmədov: "İndiki məqamda belə bir addım atmaq lazım idi"

Azərbaycanın I Liqasında çıxış edən "Səbail"in baş məşqçi postundan istefa verən Elvin Məmmədov indiki məqamda belə bir addımın lazım olduğunu bildirib.

Mütəxəssis "Səbail"in cari mövsümdəki çıxışı haqqında da fikirlərini bölüşüb.

"İndiki məqamda belə bir addım atmaq lazım idi. Mövsümə pis başlamamışdıq. Bəzi məqamlarda xallar itirdik ki, bu da normaldır. Futbolda qaçılmaz anlar var. Oyunlarda çox qol vəziyyətləri yaradırdıq, sadəcə, onlardan istifadə edə bilmirdik. Bu, məni çox qayğılandırırdı. "Cəbrayıl"la matçda da xeyli qol vəziyyətləri yaratdıq. Amma 5 metrdən qapıya "düşə" bilmirsənsə, deməli, nələrisə dəyişmək lazımdır", - deyə o, "Report"-a açıqlamasında deyib.

Sabiq yarımmüdafiəçi klub rəhbərliyi ilə heç bir problem yaşamadığını vurğulayıb:

"Rəhbərliklə tam səmimiyyətlə razılaşdıq, ayrıldıq. Belə dönəmdə nələrisə dəyişmək üçün bu addım atılmalıdır. Bir-birimizi anladıq. Liderlə arada 5 xal fərqimiz var idi. Durumu düzəltməyə çalışdım. Öz yolumuz var və buna da davam etmək istəyirik. Getdiyimiz yol nə qədər düz və ya səhvdir, bu, başqa mövzudur. Amma ən azı futbol oynamağa çalışırdıq, nələrisə öyrətmək istəyirdim. Xeyrilisi nədirsə, o da olsun".

O, məşqçi kimi inkişaf etmək istədiyini söyləyib:

"Bu yola girmişəmsə, məqsədim inkişaf etməkdir. Böyük ambisiyam yoxdur. Onsuz da məndən yaxşı məşqçilər də istefa verib və ya yola salınıb. Məşqçiliyə yeni başlamışam. Bu baxımdan heç bir problem yoxdur. Hər şeyi ölçüb-biçirəm. İşim, yolum budur. Məşqçiliyə davam etmək istəyirəm. Hər şey mənim üçün böyük bir təcrübədir. Yəqin ki, təkliflər olacaq və seçim edəcəyəm".

Qeyd edək ki, E.Məmmədov ötən gün qarşılıqlı razılıq əsasında "Səbail"dən ayrılıb. Komanda hazırda I Liqanın turnir cədvəlində 18 xalla ikincidir.

İdman.Biz

Birev — ev elanları, mənzil, həyət evi, torpaq, ofis | Daşınmaz əmlak platforması
Qarabağ FK

Son xəbərlər

Cüdo
Bu gün, 21:48

İJF Könül Əliyevanın Əbu-Dabidə tarixi qızıl medalını təqdim etdi

Futbol
Bu gün, 21:42

Levandovski: Arsenal'ə qoşulmadım, çünki titul qazanmaq istəyirdim

Futbol
Bu gün, 21:27

Kataloniya polisi Barselona azarkeşinin Kamavinqaya bayraq dirəyi ilə hücumu üçün 650 min avroya qədər cərimə təklif edir

Futbol
Bu gün, 21:26

La Liqası, dəmir yolu qəzası məzunları üçün bir dəqiqəlik səssizliyə başlayacaq

Futbol
Bu gün, 21:13

Espanyolun Sabiq Həcumçusu Mişel Pineda 62 Yaşında Ölüm

Futbol
Bu gün, 20:57

Everton Markus Reşford üçün danışıqlara başladı

Futbol
Bu gün, 20:55

Juventus Kenan Yıldızı satmaq məcburiyyətində qala bilər, Arsenal onun ən böyük maraqlananıdır

Futbol
Bu gün, 20:41

Barselona’da Jul Kundenin zədəsi hələ də davam edir

Futbol
Bu gün, 20:29

Azərbaycan U-15 milli komandası FIFA Dünya Çempionatıda Vyetnamı 2:4 hesabı ilə məğlub etdi

Futbol
Bu gün, 20:27

Çelsi, İspaniya milli müdafiəçisini transfer etmək istəyir

Futbol
Bu gün, 20:27

Mançester Siti beş ildə transferlərdən bir milyard qazandı, Mançester Yunayted isə 405 milyon funt itirdi

Futbol
Bu gün, 19:59

Maykl Karrik vəzifəsinin saxlanılmasına “Təəccüblənmirəm” deyə cavab verdi

Futbol
Bu gün, 19:58

Qalibləri futbolçuların səsverməsi ilə seçiləcək

Futbol
Bu gün, 19:46

Conston Berq eyni gündə 30 dəqiqəlik fasilə ilə iki kubok oyunu oynayacaq

Futbol
Bu gün, 19:24

Xristo Stoiçkov Bakıya gəlib və 120 uşaq arasında FIFA-nın “Boots for All” festivalında iştirak edib

Cüdo
Bu gün, 19:20

Balabəy Ağayev BƏƏ-də “Böyük Dəbilqə” turnirində qızıl medala yiyələndi

Digər
Bu gün, 18:59

"Mançester Yunayted"in hücumçusu üçün 2026-cı il erkən başa çatdı

Digər
Bu gün, 18:51

Qakpo penalti vurmağın sirrini açdı: “Əvvəlcədən küncü seçirəm”

Cüdo
Bu gün, 18:41

Könül Əliyeva 'Böyük Dəbilqə' turnirində qızıl medal qazanan ilk Azərbaycan qadın cüdoçusu oldu

Futbol
Bu gün, 18:31

Arsen Venger: Bakı U‑15 Dünya Çempionatı və Festivalının Formatı Mükəmməl İşləyir

Futbol
Bu gün, 18:25

Cristiano Ronaldo tarixən Qızıl Top səsverməsindəki qələbəsinə reaksiyası

Digər
Bu gün, 18:11

“Mançester Yunayted”in heyəti ödənilən puldan 187 milyon ucuz çıxdı

Futbol
Bu gün, 18:00

Fransa 2026/27 UEFA Millətlər Liqasının final mərhələsinə ev sahibliyi etmək istəyir

Futbol
Bu gün, 18:00

İngiltərə millisinin və "Əl-Əhli"nin futbolçusu İvan Toni zorakılıq ittihamı ilə məhkəmə qarşısına çıxıb

Oxşar xəbərlər