"Səbail"in müvəqqəti baş məşqçisi bəlli olub.
İdman.biz xəbər verir ki, bunu Bakı klubunun mətbuat xidməti açıqlayıb.
Baş məşqçi vəzifəsinin icrası müvəqqəti olaraq Elvin Məmmədova həvalə olunub. Klubun U-19 komandasının çalışdırıcısı yeni baş məşqçinin təyinatına qədər komandaya rəhbərlik edəcək.
Qeyd edək ki, bunadək komandanı çalışdıran Şahin Diniyev Misli Premyer Liqasının XII turunun "Kəpəz"lə oyunundan (0:1) sonra istefa verib.
İdman.biz