"Səbail" heyətini daha bir futbolçu ilə gücləndirib.
İdman.biz xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Paytaxt təmsilçisi Vüsal Şabanovu heyətinə qatıb. 23 yaşlı qapıçı ilə 1+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, o, sonuncu dəfə "Araz-Naxçıvan"da çıxış edib.
İdman.biz