"Şahdağ-Qusar"ın hücumçusu, Birinci Liqada bombardirlər siyahısında ikinci yerdə qərarlaşan Ruslan Voronsov qış fasiləsindən sonra yeni komandada oynayacaq.
İdman.Biz sportal.az-a istinadən xəbər verir ki, Birinci Liqanın lideri olan "Şəfa" onu heyətinə qatmaq istəyib.
Lakin bu transfer mübarizəsindən "Səbail" qalib ayrılıb. Belə ki, Premyer Liqaya geri qayıtmaq istəyən paytaxt təmsilçisi daha yüksək maaş təklif edərək, R.Voronsovla rəsmi müqavilə imzalayıb.
Qeyd edək ki, Ruslan Voronsovu heyətinə qatmaq istəyən klublar arasında "Baku Sportinq" də var idi.