"Səbail"də daha bir ayrılıq yaşanıb. Sport24.az-ın əldə etdiyi məlumata görə, klub rəhbərliyi "dənizçilər"in futbol akademiyasına rəhbərlik edən Mirbağır İsayevlə yolları ayırıb.
Məsələyə aydınlıq gətirmək üçün klub rəsmiləri ilə əlaqə saxlasaq da, zənglərimiz cavabsız qaldı.
Qeyd edək ki, maliyyənin azalması səbəbindən son günlər paytaxt klubunun aşağı yaş qruplarında 10-na yaxın məşqçinin müqaviləsinə xitam verilib.